Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:40

Elçin Quliyev: «Dövlət sərhədi daha çox İran istiqamətində pozulur»


Foto: Arxiv
Foto: Arxiv
-
«Son 6 ayda dövlət sərhədində daha çox sərhəd pozma halları İran istiqamətində baş verib. Qeyd etmək istərdim ki, son vaxtlar qeyd olunan istiqamətdə sərhəd pozulmalarında azalma tendensiyası da müşahidə olunur».

Bunu jurnalistlərə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev deyib.

O bildirib ki, bu yaxınlarda dənizdə İran istiqamətində əməliyyat keçirilib və alınmış müasir avadanlıqlar sayəsində sərhəd pozucuları aşkarlanıb:

«Sərhədçi zabitlər şücaət göstərərək dənizdə həmin qayığı saxladılar və əməliyyat tədbirlərini sona çatdırdılar. 3 gün əvvəl Dövlət Gömrük Komitəsi ilə birgə də analoji əməliyyat keçirilib. Yaxın günlərdə həmin əməliyyatın detalları ictimaiyyətə açıqlanacaq. Yenə dövlət sərhədini pozaraq, İrandan Azərbaycan keçən 3 nəfər saxlanılıb. Hazırda zəruri istintaq tədbirləri aparılır».

/apa/
XS
SM
MD
LG