Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:04

Gürcüstan azarkeşləri yalnız cüdo və sərbəst güləşçilərə bel bağlayıb


Olimpiyada Gürcüstanı təmsil edəcək idmançılar
Olimpiyada Gürcüstanı təmsil edəcək idmançılar
Mziya Cuqeli çox çətinliklə yeriyir. Əl ağacının köməyi ilə güclə addım atır, amma buna baxmayaraq Olimpiya komitəsinin iclasında iştirak etmək qərarına gəlib. İclasda sonuncu Pekin Olimpiadasından sonra 4 ilin yekunları müzakirə olunub.
Mziya Cuqeli Olimpiya oyunlarında ilk iştirak etmiş gürcü idmançısıdır. 1952-ci ildə 15-ci Helsinki Olimpiya oyunlarında Sovet İttifaqını təmsil edib. Bu, SSRİ-nin iştirak etdiyi ilk olimpiada idi.
Gimnast Mziya Cuqeli etiraf edir ki, yarışlarda ölkəsini təmsil etmək, azarkeş olub öz idmançılarına görə həyəcan keçirməkdən daha asandır. Mziya Cuqeliyə görə, Olimpiada sülh və dostluğun simvolu olsa da, idmançılar arasında bu, bir idman müharibəsidir:
«Olimpiadada həmişə dostluq və sevgi üstün gəlir. Mən 70-dən çox ölkədə olmuşam. İş ondadır ki, bizim diplomatlar, fərq etməz səfir və ya başqa işçilər həmişə bizə təşəkkür edirdilər. Deyirdilər ki, siz xalq üçün o qədər iş görürsüz ki, xalqda son dərəcə məhəbbət hissi yaradırsız. Bu isə daha vacibdir. Biz onların minnətdarlığını qəbul edirdik. Bu həqiqətən də dostluq oyunudur».
«BU, HƏR BİR İDMANÇININ ARZUSUDUR»
Velisopedçi Qiorqi Nadiradze bu il ilk dəfədir ki, öz gücünü olimpiadada sınayacaq. Gürcüstan olimpiada oyunlarında velosiped idmanı üzrə sonuncu dəfə ötən əsrin 60-cı illərində təmsil olunub. Qiorqiyə görə, olimpiadada iştirak onun bir idmançı kimi karyerasının kuliminasiya nöqtəsidir. Deyir ki, bu hər bir idmançının arzusudur:
«Olimpiada iştirak hər bir idmançının arzusudur. Olimpiada idmançının iştirak edə biləcəyi ən ciddi yarışmadır. Sözsüz ki, hər bir olimpiada vacibdir. Amma ilk olimpiada hər zaman ilk olaraq qalır».
«GÖZLƏNTİLƏR REALLIĞA ÇEVRİLDİ»
Gürcüstan Olimpiya Komitəsinin prezidenti Qiya Naçvlişvili
Gürcüstan Olimpiya Komitəsinin prezidenti Qiya Naçvlişvili
Gürcüstan Olimpiya Komitəsinin prezidenti Qiya Naçvlişvili London Olimpiadasında ölkəni 35 idmançının təmsil edəcəyini böyük uğur hesab edir. Deyir ki, bir vaxtlar yalnız optimistlər xəyal edə bilərdilər ki, olimpiadaya bu qədər idmançı yollanacaq. Bu cür optimist gözləntilər reallığa çevrildi:
«İndi növbə Londonundur. Biz ora layiqli komanda ilə yollanırıq. İdmançılar çox gəncdirlər. Lisenziya qazanan 35 nəfərdən 28-i debütantdır, yəni ilk dəfədir ki, olimpiadada iştirak edirlər. Ötən olimpiadaya cəmi 7 nəfər debütant var idi. Bunun mənfi tərəfi var. Amma digər tərəfdən bunda bir müsbət cəhət də var, ola bilsin ki, məhz gənclərin köməyi ilə biz daha yaxşı nəticə göstərə bilək».
Gürcüstanı təmsil edəcək bütün idmançılar fərdi idman növündə mübarizə aparacaqlar. Azarkeş Luka diqqəti məhz bu məqama çəkir:
«Bizdə komanda oyunları üçün vacib olan birlik yoxdur. Səbəb məhz birliyin olmamasıdır».
«İNAM CÜDOÇU VƏ SƏRBƏST GÜLƏŞÇİLƏRƏDİR»
Tbilisi sakinlərinin fikrincə, qələbəyə daha şanslı idmançılar cüdoçular və sərbəst güləşçilərdir. İdmanın digər növlərini təmsil edənlərin uğur qazanacağına elə də inam yoxdur:
«Düzünü desəm biz gürcülərdə elə də çox ümid yoxdur. Necə deyərlər, idmançıların məşq etdikləri yerə bax, çıxış edəcəkləri yerə. Ancaq cüdoçular nəsə edə bilərlər. Qalanlarına inam yoxdur».
Gürcü güləşçi Vladimir Xinçaqaşvili məşq zamanı
Gürcü güləşçi Vladimir Xinçaqaşvili məşq zamanı
«Bizdə indi güclü məşqçi cüdo üzrədir. Ona görə də yaxşı nəticə gözləyirik. Bu il hətta ağır atletlərimiz də olimpiadaya yollanır, əvvəllər belə uğurumuz olmayıb. Mənim praqnozuma görə, biz 6 qızıl və 4 digər medal qazanacayıq. Bu da Gürcüstana bəs edir».
«Güləşdə biz mütləq uğur qazana biləcəyik».
«İDMANA QAYĞI ARTIB»
Gürcüstan vətəndaşlarının təxminən yarısı bu fikirdədirlər ki, hazırda ölkədə idmanın inkişafına bir neçə il əvvəlki dövrlə müqayisədə daha çox qayğı var. Azarkeş Temur Çinçaradze deyir ki:
«Dövlət idmançılar üçün əlindən gələni edir. Bunu idmançılara baxanda da görmək olur. Son illərə nəzər salsaq görərik ki, çoxlu yarışlar keçirilir, bütün idman növləri üzrə komandalar xarici turnirlərə gedirlər. Bütün bunlara görə demək olmaz ki, idman unudulmuş sahədir. əksinə əvvəllər heç belə qayğı olmayıb».
Gürcüstanı olimpiadada ilk təmsil edənlərdən ağır atlet Rafael Çimişkyana görə, olimpiada təkcə idman yarışması deyil, həm də bayramdır. Bayram əhvalını yaradan isə təkcə öz ölkəni təmsil edənin qələbə qazanması yox, elə bütövlükdə bu yarışmanın yaratdığı mənzərədir:
«Yay olimpiadası sevincdir, dostluq və sağlamlığın göstəricisidir. Bütün yaxşı şeylər məhz olimpiada zamanı üzə çıxır».
XS
SM
MD
LG