Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:27

Qalmaqallı nağılla bağlı debat: folklorçular və qəzəblənmiş oxucu üz-üzə gəldilər


Qalmaqallı nağılla bağlı debat: folklorçular və qəzəblənmiş oxucu üz-üzə gəldilər
Gözlə

No media source currently available

0:00 0:54:31 0:00
Direct-ə keçid

Qalmaqallı nağılla bağlı debat: folklorçular və qəzəblənmiş oxucu üz-üzə gəldilər

-
Tofiq Babayev: “Ağaverdi müəllim dedi ki, çalışacaqlar bundan sonra vulqar sözlərdən istifadə edilməsin. Onların yazdıqları vulqar ifadələr deyil, ondan o tərəfədir”.

Oruc Əliyev: “Biz folklor materiallarına bu günün gözü ilə baxmamalıyıq. Burda yüz illərin təfəkkürü, təsəvvürü var”.



Qalmaqallı lətifə Milli Elmlər Akademiyasının Folklor İnstitutunun "Azərbaycan Folkloru Külliyyatı"nda 6-cı cildə - "Nağıllar" kitabına necə düşüb?

“Pen klub”dakı debata kitabın tərtibçilərindən olan Oruc Əliyev, Folklor İnstitutunun digər bir əməkdaşı Ağaverdi Xəlil, “ədəbsiz nağıllar”a görə Folklor İnstitutunu məhkəməyə vermiş Tofiq Babayev adlı sıravi vətəndaş (telefonla) və yazar Zahid Sarıtorpaq (telefonla) qatıldılar.

PROQRAMI DİNLƏ


LƏTİFƏYƏ GÖRƏ KİM CƏZALANDIRILIB?

Şahnaz Bəylərqızı:

- Oruc müəllim, həmin lətifə külliyyata necə düşüb?

Oruc Əliyev:

- İnstitutumuzun direktoru Muxtar İmanov bununla bağlı açıqlama verib. Açıqlamada deyilir ki, yaranmış narahatlığın əsas səbəbi “Arzuolunmaz kürəkən” nağılında vulqar ifadələrin olması və nəşr zamanı onların olduğu kimi saxlanmasıdır. Qeyd etmək lazımdır ki, folklor mətnini olduğu kimi yazıya almaq, mətnin dil və üslubunu qoruyub saxlamaq folklorşünaslıqda mühüm xüsusiyyətdir. Bunu nəzərə alan Folklor İnstitutu folklor nümunələrini çap edərkən vulqar ifadələri mətnlərə gətirməməyə çalışır. Və bu cür mətnləri arxivdə hifz etməklə kifayətlənir. “Azərbaycan folkloru” külliyyatının yalnız bir cildində və yalnız bir mətndə vulqar ifadələrin yer alması diqqətsizlik ucbatından, arxiv materialını başdansovdu oxuyub kitaba daxil etmək səbəbindən, təsadüfən baş verib. Həmin cild Folklor İnstitutunda müzakirə edilib, ictimaiyyətin narahatlığına səbəb olan həmin faktın təkrarlanmaması üçün tədbirlər də görülüb. Külliyyatın redaksiya heyətinin tərkibində əsaslı dəyişikliklər edilib. 6-cı cildin nəşrinə məsul olan 3 əməkdaşa xəbərdarlıq olunub. Cildin nəşrinə cavabdeh olan şəxslərdən biri isə hələ ötən ilin oktyabrında direktor vəzifəsindən azad edilib. O kitabın əsas tərtibçisi, Redaksiya Heyətinin sədridir
.
- Hüseyn İsmayılovu nəzərdə tutursuz?

- Bəli. Bununla yanaşı deyək ki, bu cür şeylər İnstitutun fəaliyyəti üçün səciyyəvi deyil. Onun mətbuatda və sosial şəbəkələrdə bilərəkdən şişirdilməsini müsbət hal kimi qiymətləndirmək olmaz.

“BİZ BU İRADI QƏBUL EDİRİK”

Şahnaz B.

- Amma artıq həmin lətifə üzə çıxıbsa, müzakirələrin getməsi təbiidir. Hətta Tofiq Babayev kimi bir vətəndaş İnstitutu məhkəməyə də verib. İddiaçı kimi o cavabdeh tərəfdən 400 min manat təzminat, təkzib və kitabların satışdan yığılaraq məhv edilməsini tələb edir. Kitab satışdadırmı?

Ağaverdi Xəlil:

- Xeyr, satışda deyil. Akademik nəşr elmi məqsədlərlə istifadə üçün nəzərdə tutulub. İnstitut heç bir kitabı satış üçün nəşr etmir. Kitab 300-500 nüsxədə çıxıb. O da mağazalara və kitablara verilmir. Yalnız arxivə və dövlət kitabxanalarına göndərilir.

- Dövlət kitabxanalarına gedirsə, deməli, adi oxucular üçün də əlyetərli olur.

- Məktəblilər və gənclər üçün nəzərdə tutulan nəşrlərin üstündə qriflər olur. Bu, dövlət
Ağaverdi Xəlil
Ağaverdi Xəlil
qurumunun akademik nəşridir və mütləq kitabxanalara göndərilməlidir. Amma bu, kütlə üçün deyil. Onu da deyim ki, külliyyat adı altında nəşr olunan nümunələrin dərininə getmirlər.

- Yəni ucdantutma çap edirlər?

- Bəli, ucdantutma. Bəlkə ola bilər ki, bir nağıl ifadə planında çox vulqardır. Amma mahiyyət planında o bir nağıldır, ya da lətifədir.

- Elə götürək bu lətifəni, bunun folklorşünaslar üçün önəmi, mahiyyəti nədir?

- Qeyd etdik ki, bu, tam texniki xəta üzündən çapa gedib. 5 min səhifədən çox materialın içində 1-2 səhifə qüsurlu mətn var.

- Amma külliyyatın böyük Redaksiya Heyəti var, tərtibçilər var, redaktor var, korrektor var. Necə olur bu mətn hamının gözündən yayınır? Belə çıxır ki, heç kim oxumayıb o mətnləri?

- Bu xəta müasir texnologiyaların imkanları ilə bağlıdır. Mətnlər kompüterlərdə yığılır və müəyyən fayllarda qruplaşır. Deyək ki, nağıl faylları, bir düyməni basmaqla o hansısa cildin içinə dolur. Amma bütövlükdə nağıl nəşrə hazırlandığı zaman oxunmalıydı və vulqar fraqmentlər çapa getməməliydi. Biz bu iradı qəbul edirik. Bu, diqqətsizlikdən baş verib.

- Ağaverdi müəllim, həmin cild 2007-ci ildə çap olunub. Əgər oxucular belə narazılıq etməsəydilər hər hansı ölçü götürülməyəcəkdi?

- Bu məsələ İnstitutda buna qədər müzakirə olunmuşdu. İctimaiyyət çox gec reaksiya verib və bunu da təbii qəbul edirik.

- İctimai reaksiyadan söz düşmüşkən, Tofiq Babayev sizin institutu məhkəməyə verib. O, sizdən 400 min manat təzminat və kitabın yığışdırılmasını tələb edir. Gəlin görək, İnstitutun rəsmi açıqlaması onu qane edirmi?

“MƏSƏLƏ MƏHKƏMƏDƏ ARAŞDIRILAR, BAXARIQ”

Tofiq Babayev:

- Xeyr. Mən iddiamdan geri çəkilən deyiləm. onlar Azərbaycan xalqına qarşı elə bir hərəkətə yol veriblər ki, bizə başqa düşmən lazım deyil.

- Amma onlar bunu texniki xəta sayırlar və əməkdaşları cəzalandırdıqlarını deyirlər.

- Məhkəmədə araşdırılar, baxarıq. İndi görək kimi çıxarıblar? Çıxarılan adam nə məqsədlə həmin nağılı ora salıb? Məhkəmədə həqiqət üzə çıxacaq.

Ağaverdi X:

- Biz birincisi Tofiq Babayevə diqqətli oxucu kimi və vətəndaş mövqeyinə görə təşəkkür
Oruc Əliyev
Oruc Əliyev
edirik. İkincisi, gələcək nəşrlərdə bu qüsurların yol verilməməsi üçün çox ciddi tədbirlər görülüb. Məsuliyyət artırılıb, kitab çapdan öncə dəfələrlə yoxlanacaq və ora təsadüfi material düşməyəcək. Bizim üçün də nağıl mətnlərinin sayının çox olması deyil, ordakı didaktika və təbiyəvi məna daha əhəmiyyətli olacaq. Yəni cildlərin sayının çox olması vacib deyil. Təki xalqımıza təqdim etdiyimiz materialın keyfiyyəti yüksək olsun. Mətnlərdə vulqar ifadələr getməsin.

- İddiaçı həmin kitabların həm də məhv edilməsini tələb edir. Bu yöndə hansısa addım atılacaqmı?

- Təbii. Artıq həmin qüsurlu cildlərin yığışdırılmasına başlanıb. Altıncı cild yenidən nəşr olunacaq. Başqa nəşrlərdə vulqar ifadələr olarsa, müvafiq bilinsə yenidən nəşr olunacaq.

“ONLARIN YAZDIQLARI VULQAR İFADƏLƏR DEYİL”

Tofiq B:

- Bizim də məqsədimiz odur ki, bu hadisə hamıya dərs olsun. Hər kəs məsuliyyətli olsun. Azərbaycan xalqının gələcəyinə zərər verməsin və mənəviyyatımıza zidd kitablar dərc olunmasın. Ağaverdi müəllim dedi ki, çalışacaqlar bundan sonra vulqar sözlərdən istifadə edilməsin. Onların yazdıqları vulqar ifadələr deyil, ondan o tərəfədir. Orda elə bir yazı gedib ki, o nə Azərbaycan xalqına yaraşır, nə almana, nə fransıza, nə də bir başqasına. Bizim də məqsədimiz gələcəkdə bunların təkrarlanmamasıdır. Ona görə də məhkəməyə baş vurduq. Artıq Apellyasiya Məhkəməsində bizim xeyrimizə qərar verildi, iddia təmin olunmalıdır.

- Belə çıxır ki, Folklor İnstitutu təzminat ödəməlidir?

- Bu, Səbail rayon Məhkəməsinin qərarından asılı olacaq.

- Tofiq Babayev 400 min manat təzminat tələb edir. Bu pulu ödəməyə Folklor İnstitutunun imkanı varmı?

“FOLKLOR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI 150-200 MANAT MAAŞ ALIR”

Ağaverdi X:

- Folklor İnstitutunun əməkdaşları 150-200 manat maaş alır. Ümumiyyətlə, o cildlərin hazırlanması üçün bir adama bir qəpik pul ödənməyib.

- Bəlkə buna görə də bu qüsurlar ortaya çıxır?

- Ola bilər ki, bu amil məsuliyyəti azaltsın, diqqətsizliyə səbəb olsun.

“AVROPADA EDİP KOMPLEKSİ VAR”

Şahnaz B:

- Tofi Babayev Folklor İnstitutunu həm də başqa iki nağıla görə məhkəməyə verib: “Şəmil cuhudun nağılı” və “Qara Vəzirin nağılı”na görə. O nağıllarda ata qızına vurulur və onunla evlənmək istəyir. Bu nağıllar hardan qaynaqlanır?

O.Ə:

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı
- “Qara Vəzirin nağılı” hələ 1935-ci ildə toplanıb və 1960-cı ildə “Azərbaycan nağılları”nın birinci cildində nəşr olunub. Dünya nağıl kataloqu, nağıl süjet göstəricisi var. Həmin kataloqda həm Qərbdə, həm Şərqdə yayılmış süjetlər haqda məlumatlar verilib. Yəni dediyim odur ki, bu iki nağıldakı süjet başqa xalqlarda da var, tək Azərbaycanla bağlı deyil.

- Yəni ata qızına vurulur, qardaş bacı ilə evlənir?

- Əlbəttə. Bu çox yayğın süjetdir.

- Bir nümunə gətirin.

- Bayaq dediyim kataloqda, Anri Andreyevin cədvəlində 760-cı nömrə altında bu süjet qeyd olunub. Biz folklor materiallarına bu günün gözü ilə baxmamalıyıq. Burda yüz illərin təfəkkürü, təsəvvürü var.

Ağaverdi X:

- Avropada “Edip komleksi” anlayışı var. Bu, antik mədəniyyət üçün, eyni zamanda poliqamiyanın hakim olduğu, hələ cəmiyyətin lap ibtidai dövrü üçün xarakterikdir. Amma o bir şəkildə şüuraltında, folklor mətnlərində transformasiya olunaraq bu günə qədər öz izlərini, qalıqlarını qoruyub saxlayıb.

O.Ə:

- “Şəmil Cuhudun nağılı” geniş yayılıb. Onun süjeti əsasında dastanlar yaranıb. Həmin süjetləri yalnız Azərbaycan xalqı ilə bağlamaq düzgün deyil. Orda hər hansı xalqa nifrət yoxdur, sadəcə ticarət adamlarından söhbət gedir. Tacirlərəsə həmişə mənfi münasibət olub.

Ş.B:

- Tofiq müəllim, folklorşünasları dinlədiniz. Onlar sizi inandıra bildilərmi?

“SİZ ÖZ ÖVLADINIZA QARŞI BELƏ HƏRƏKƏT EDƏRSİZMİ?”

T.B:

- Onlar dünya folklorundan da danışdılar, hər şeydən də. Amma biz demirik ki, nağıl yazılmasın, dastan yazılmasın. Biz deyirik ki, yazının içində elə şeylər getməsin. Bu cür şeylər heç bir xalqda ola bilməz. Əgər nümunə varsa, qoy məhkəmədə göstərsinlər. Elə onlardan soruşuram ki, siz öz övladınıza qarşı belə hərəkət edərsizmi? Və ya kim bunu edər? Mən şəxsən qoymadım həmin cildləri uşaqlar oxusun. Uşağın əxlaqına, tərbiyəsinə pis təsir edir axı. Biabırçılıqdır.

Ş.B:

- Tərtibçilərsə deyirlər ki, bu kitab geniş kütlə üçün nəzərdə tutulmayıb, satışa çıxarılmayıb.

T.B:

- Satırlar axı. Özü də 2007-ci ildən satışdadır. Mən özüm də məhkəməyə müraciət etməzdən qabaq gedib almışam.

A.X:

- Bu nağıl qalmaqala səbəb olduğu üçün bəlkə kimsə gizli yolla, pirat yolla yayır?

Ş.B:

- Həmin nağıl AzadlıqRadiosunun saytında bir-iki həftədir çap olunub. Qısa müddətdə pirat yolla necə yaymaq olardı? Üstəlik iddiaçı kitabın çoxdan satışda olduğunu deyir. Demək kitab məhdud sayda deyil?

A.X:

- Məhdud saydadır. Satışa verilməyib. Bu artıq hüquqi məsələdir..

T.B:

- Bu kitab satışda bu gün də var, bu məsələ artıq məhkəmədə həll olunmalıdır...

“SEYİD ƏZİMİN HƏCVLƏRİ AĞIZ-AĞIZ DOLAŞIR, HEÇ YERDƏ DƏ ÇAP OLUNMAYIB”

Zahid Sarıtorpaq:

- Sərt deyilmiş, amma bədii mətnin tərkibində yer almış sözün üstündən pərdəni götürmək insanın lüt-üryan evdən çölə çıxmasına bənzəyir. Mən əminəm ki, bizim kasıb olmayan dil imkanlarımız istənilən ifadəni tülə bürümək imkanına malikdir. İstər yazılı ədəbiyyat olsun, istər şifahi, o, ustalıq istəyir. Yəni folklor adına bu şeyləri sırımağın vaxtı keçib. Hər halda mən sözün sanbalına, falxarına daha çox önəm verirəm. Mən həmin adamların gücünə də bələdəm. Oruc müəllimi çoxdan tanıyıram. Mən bilmirəm necə olub ki, onun əlindən xəta çıxıb. Hər halda işləmək, don geyindirmək lazım idi. Bəs alim nəyə lazımdır, folklorşünas nəyə lazımdır? Bundan nə böyüklər bir şey əxz edə bilər, nə kiçiklər. Hər halda vulqar şeylərdir. Onları yoluna qoymaq sənətkardan asılı idi. Bəlkə də kitaba salmaq lazım deyildi. Seyid Əzimin elə həcvləri var ağız-ağız dolaşır. Amma harda çap olunub? Heç yerdə. Yəni kimə lazımdırsa, yadında saxlayıb o birinə ötürür. Nə bilim, bəlkə də çap eləmək lazımdır? Mən bir az sözün falxarına fikir verirəm.

- Bu məsələnin məhkəmə predmetinə çevrilməsinə necə baxırsız?

- Biz hüquqi dövlətdə yaşayırıq. Mən həmin adamın vətəndaşlıq mövqeyini başa düşürəm.
XS
SM
MD
LG