Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:26

Ülkər Ucqar. Məndə bir əmanətin var, sarıcıq çoban!


-

Məndə bir əmanətin var, sarıcıq çoban!

səsin gəlsin!
səsin gəlsin!
mənim oddan köynəyim
kimə qaldın?
püşk atdılar əsgərlər
İsanın tikişsiz köynəyinə
heyfdir parçalansın deyə
püşk atdılar əsgərlər
İsa çarmıxın başında ikən*
sən kimə düşdün oddan köynəyim mənim?
qollarin kimə yetişdi?
kimə düymələndi yaxan?

səsin gəlsin!
heç bir qız əbədi susa bilməz.
qollarımda gömdüyün sirlər açılası bir gün.
indi köksümün başında bir ilan yatıb,
sabahı nə edəcəyəm?
biri günü?
o biri ili?

qızlar
ilanlardan çox ömr edir görünən.
mən necə saxlayım bu sirri sənə?
qadınlar
sevdiklərindən uşağa qalar
mən səndən bu sandıqçaya qaldım
və üstundə çömbəlib
bıldır-bıldır baxan ilana!
məndə bir əmanətin var, sarıcıq çoban
doqquz ay sonra gəlib alarsan...

_______
* Yəhyanın İncili - 19,23-24
XS
SM
MD
LG