Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:46

Əkrəm Əylisli "Ətirşah Masan" (davamı - 5)


-

əvvəli

XIV. ƏMİOĞLULAR

O ilin iyun ayının axırlarında Masanın qardaşı oğlu dəli-dolu Ələddin öz uzun səfərindən, axır ki, qayıdıb gəldi. Özü də yaman havalı gəlmişdi: fərəhindən, hədsiz-hüdudsuz sevincindən yerə-göyə sığmırdı.

Kənddə olmadığı uzun illər boyunca Ələddinin başlı-başına qalmış ata yur-du dağılıb, tamam məsrəfdən çıxmışdı: evin damı batmışdı, divarları nəm çəkib yavaş-yavaş.yerə oturmuşdu. Buna görə da Ələddin elə gəldiyi gündən, bibis

Uzun illərin ayrılığı Ələddini tamam dəyişib, elə bil bir az da uşaqlaşdırmıs-dı. Ələddin ev-eşikdə, həyət-bacada sanki uça-uça gəzirdi. Dağa baxırdı - dağı tərifləyirdi, göyə baxırdı - göyün gözəlliyindən dil-dil ötürdü. Masanın ətirşahla-rından danışanda Ələddinin dili ağzına sığışmırdı. Elə hey: "Ay bibi, ay bibi! -deyirdi - Bu cənnətin bircə Adəmnən Həvvası çatışmır. O göydəki cənnət belə olsaydı, Allah ora heç o Adəmnən Həvvanı da buraxmazdı.ay bibi - deyirdi. -Cənnəti özəlləşdirərdi özü üçün - Şeytana dağ çəkərdi..."

Kəndə gündüz gələn Ələddin elə gəldiyi günün axşamı bir karlı heyvan kəs-dirib, qonum-qonşunu Masanın həyətinə yığıb, qonaqlıq eləmək istəyirdi. Ma¬san razılıq vermədi və elə o gün Ələddin bəyan elədi ki: bəs, bibi, bu dəfə çox yaxşı gəlmişəm. Day bu kənddən heç yana getməyəcəm. Bir yaxşı yerdə qə-şəng torpaq alıb, özümə təzə ev tikəcəyəm. Bir gözəl-göyçəyin də tapıb burdan, evimin xanımı eləyəcəyəm. Bu dəfə çox yaxşı gəlmişəm, bibi, yüz min dollar pul gətirmişəm!

100 min dolların nə qədər pul olduğunu bizim kənddə bəlkə 10-15 adam dü-rüst təsəvvür eləyə bilərdi. Masan da bu məsələdə dərinə getmək istəmədi. Ax-şamtərəfi Həbib arvad-uşağını da götürüb, əlində bir şüşə araq, Ələddini gör-məyə gəldi. Əimoğlular mehribanca görüşüb-öpüşdülər. Ələddin sevindi, bərk sevindi:

-Mən içkini tərgitmişəm, əmoğlu, - dedi. - Ancaq bu gün yüz qram vuraca-ğam sənnən.
Ələddin doğrudan da az içdi, çox içmədi. Həbib o bir şüşə arağın hamısını bir oturuma qarnına doldurdu və birdən elə bir söhbət başladı ki, Masan da, Ələddin də çaş qaldı. (Evi hasarın o tayında ola-ola, sən demə Həbibin qulağı çoxdan burdaymış).

-Deyirsən yüz min dollar gətirmisən?! - İçkidən gözləri qızarmış Həbib bu sözləri elə bir nifrət və qəzəblə dedi ki, bir azca aralıda durmuş Süsənbər dik-sinən kimi oldu.
Masan əlini uzadıb, ərk ilə Həbibin qulağını burdu.

-Sənin belə işlərin də varmış, a qırışmal! - dedi. - Qulağın burdaymış, de-mək. Bayaqdan o divarın dalında mısıb qulaq asırmışsan ki, görəsən biz burda nə danışırıq.
Əgər Həbib ayıq olsaydı, Masanın dediyindən yəqin ki, böyük xəcalət çəkər-di. Amma heç halını da pozmadı. Səsinə bir az da güc verib:
- Mən bəyəm nə deyirəm ki? - dedi. - Sözdü soruşuram da!
Həyətdə, eyvanın qabağında oturmuşdular. Balacaboy, çəlimsiz Həbibin ya-nında olduğundan da nəhəng görünən boyiu-buxunlu Ələddin, Həbibə baxa-baxa, mehribanca gülümsəyirdi.
- Hə, gətirmişəm, əmoğlu,- dedi. - Düz yüz min gətirmişəm.Ehtiyacın olsa, utanma. Əmoğluyuq, yad deyilik ki.- Şalvannın yan cibindən bir dəstə pul çıxa-rıb Süsənbərə uzatdı.- Götür, əmgəlni. Uşaqlara bir şey gətirməmişəm. OzOn alarsan nə istəsən.
Dollar deyildi, bir sanballı büküm göy 50 minlik idi. Süsənbər əlini pula uzat-sa da, gözlərini Həbibə zilləyib durdu. O pulu Ələddindən Masan aldı. Alıb, Süsənbərin jaketinin cibinə soxdu.
- Götür! - dedi. - Görmürsən - ürəyinən verir! - Ələddinə, bayaqdan bəri heyrətlə tamaşa eləyən Ərtoğrulun, Aytəkinin başına sığal çəkdi. - Ancaq buna (Ərtoğrulu deyirdi) taraqqa almayasan. Bunun taraqqalarının guppultusundam baş-qulağımız gedib. Ərtoğrul deyil, itoğludu bu. Mən buna o adı düz qoymuşam. (Masan, həqiqətən, Ərtoğrula İtoğluğu, Aytəkinə "Əttökən" deyirdi).

Həbib qaşqabağını sallayıb. hələ ki, sakit oturmuşdu, ancaq üz-gözünün zəhərindən bilinirdi ki, yeni hücuma hazırlaşır
- Deməli, yüz min! -Həbibdən bir qəribə - xırıltılı səs çıxdı. ancaq bilinmir ki, ağlayır, yoxsa gülür.

Məsələ burasındaydı ki, elə əvvəldən də Həbib Ələddini çox böyük gopçu hesab eləyirdi. Və məsələ bir də burasındaydı ki, 100 min dollar. Həbibin nəzərində həddən ziyadə böyük pul idi. Onun təsəvvürünə görə, heç Bakının hələm-hələm milyonerlərinin bu qədər pulu ola bilməzdi.

- "Yüz min, yüz min!" -Masan kinayə ilə Həbibin ağzını əydi. - Bunun pulların saymaq sənə qalıb? Şeyir yazmağı hamıdan yaxşı bilirsən. Ancaq araq içəndə o saat ağzın əyilir...Sən gətir, - Süsənbərə dedi, - çay ver bunnara. Mən gedirəm televizora baxım.

Uşaqlar da, Masanın dahnca, evə - televizora baxmağa cumdular. Həbib isə Əladdinin yaxasından bərk yapışmışdı.
- Yaxşı, tutaq ki, yüz min... Sən o yüz mini hardan qazanmısan?
Ələddin başını qaldırıb, heyran-heyran ulduzlara tamaşa eləyirdi. Həbibin
sualını, deyəsən, eşitmədi.
- Deyirəm: sən o yüz mini hardan qazanmısan? -Bu dəfə Həbib bir az da bərkdən soruşdu.
Ələddin, gözlərini göydən ayırmadan, tənbəl-tənbəl ayağa qalxdı. Əlini Həbibin çiyninə qoyub:
-Qorxma, əmoğlu, oğurlarnamışam. - dedi. - Adam-zad da öldürməmişəm, qorxma. Moskvada maqazinim vardı, satdım yüz minə, çıxıb gəldim.
- Hökumətin maqazinin yüz minə satdın?
Ələddin yavaş-yavaş hövsələdən
çıxırdı:
- Ə, sən silisçisən, nəsən!.. Hökumətin niyə? Öz maqazinim idi, pul verib özəlləşdirmişdim. İndi harda hökumət maqazini var? Sən dəmsən. Dur get, yat evində. Allah qoysa, sabah dərdləşərik.

Heç dəm olmasaydı da, Həbib bu söhbətdən çətin ki, bir şey qanaydı, çünki Həbibin təsəwüründə hələ də bütün dükanlar hökumətin idi, halbuki onun özü neçə illərdi ki, hər şeyi şəxsi adamların dükanından alırdı.

Həbib rayon maarif şöbəsində instruktor vəzifəsində işləyirdi, aldığı maaş da elə, bir ortabab müəllimin maaşı qədər olardı. Süsənbərin təsərrüfatçılığı, qə-naətcilliyi və Masanın əliaçıqlığı olmasaydı, o maaşla Həbib, söz yox ki, ailə dolandıra bilməzdi. Buna görə də Həbib gün-gündən daha çox bədbinləşirdi. Və sındıqca, əzildikcə Həbibin zahiri hərəkətlərində təkəbbür, lovğalıq, özündən razılıq əlamətləri durmadan çoxalırdı. O vaxt, universiteti bitirib, Bakıda qalmamağının ağır, üzücü peşimançılığı indi get-gedə Həbibə daha çox yer eləyirdi... Bir yandan da - Sülü!.. Sülünün - biri-birinin dalınca çap olunan qalın-qalın kitabları, onun ağlasığışmayan uğurları... Və dəhşətin ən yekəsi buydu ki, bir vaxt Sürəyyayla evlənmədiyinə görə indi Həbib, ürəyində, gündə yüz dəfə özünə lə-nət yağdırırdı. Onların arasında bir vaxt olub-keçmiş o "fındıqlıq" əhvalatının əsl sevib-sevilməyə heç bir dəxli olmadığını çoxdan və çox gözəl bilə-bilə, indi, öz təsəvvüründə Həbib o köhnə əhvalatı əsl sevgi dastanına çevirməkdə idi.

Son vaxtlar Həbib özünü inandırmışdı ki, Sülü onu heç vaxt unuda bilməz. Və Sülünün hələ də ərə getmədiyini ondan-bundan eşitdikcə Həbibin öz həyatını yenidən qurmaq arzusu get-gedə bir az da pərvazlanırdı. Sürəyyanın o vaxtkı hərəkətlərini indi Həbib, ən xırda detallarınacan, birbəbir yada salırdı və həvəs-lə araşdırırdı. Hətta bir dəfə, onu öpə-öpə, Sülünün bir başqa adamın (dəqiq de-səm, Ələddinin!) adını dilinə gətirməyini də Həbib unutmamışdı. Ancaq özünün təzəlikcə uydurduğu sevgi nağılında bir vaxt özü ilə Sülünün arasındakı olub-keçmiş o haqq-hesabın həqiqi məhəbbət olduğuna Həbib heç bir şübhə yeri qoymamışdı. Və "And yeri" qəzetində çıxan o şerdə də Həbibin öz keçmiş səh-vini etiraf etməkdən savayı heç bir başqa niyyəti olmamışdı. Şerlərinin dərc edildiyi qəzetin o qoşa səhifəsi Həbibin evindəki yeganə stolun üstündə eləcə - açılı halda çoxdan bəriydi ki, qalırdı. Və çoxdan bəriydi ki, Həbib gecələr yeri-nə girəndə də, səhərlər yerindən duranda da o qoşa səhifəyə mütləq tamaşa eləyirdi. O şerlərin çap olunmağının hesabına bir-iki həftəydi ki, Həbib az-maz özünə gəlmişdi. Ancaq, eyni zamanda da, Həbibin Bakı dərdi yaman təzələn-mişdi. Indi, imkanı olsaydı, Həbib kənddə bir gün də qalmazdı.

... O gecə Masan öz iki otağının birini Ələddinin sərəncamına verdi, onun üçün təptəzə yorğan-döşək açdı.

- Get, yıxıl yat. - dedi. - O dollar-mollar söhbətini də day heç yerdə açıb-ağartma. Özün gördün ki, bu kənddə divarların da qulağı var.

XV. AY İŞIĞINDA SÖHBƏT

Başını yastığa qoyan kimi Ələddini yuxu apardı. Ancaq sonra - Ayın otağı doldurmuş gur işığında - yuxudan ayılıb, qotundakı saata baxanda Ələddin əməlli-başlı heyrətləndi: cən demə onun yatağa girməyindən hələ heç, bir saat da keçməmişdi.

Ayın ayna kimi işığı Ələddini sanki adam dililə çağırdı. Masanı oyatmamaq üçün o, paltarını geyinib, çox ehtiyatla həyətə çıxdı. Amma Masan da, demə, yatmamışdı. Həyətdə, ətirşah kollarının arasında, köhnə taxtın üstündə fikirli-fi-kirli oturub, təsbeh çevirirdi. Və Ələddinin həyətə çıxdığını görəndə Masan hiss ediləcək dərəcədə sevindi.
-Nə oldu? Nə tez durdun? - dedi. - Pullar qoymadı yatasan? Ələddin ora-bura boylanıb, hayıl-mayıl kəndə tamaşa elədi. Ay dağın dalın-dan hələ təzəcə çıxmışdı. Dərələrin dibində elə bil hər yerdə nəhəng tonqallar qalamışdılar -işığı dağların döşünə düşmüşdü.
-Sənə qurban olum, bibi! Olsəm, məni bu həyətdə basdırarsan. - Ələddin ayaqlarını uzadıb, yerdəcə, Masanın yanında oturdu.

-Məni ələ salırsan, a qırışmal? Yəni deyirsən ki, man sənnən çox yaşayaca-ğam?
-Onu bilmək olmaz, bibi. Əzrayıl çox əclaf gədədi. Aparanda cavana-qoca-ya baxmır.
-Nə oldu, Əzrayılı nə tez yadına saldın? Bayaq arvad almaqdan danışırdın? Ələddin birdən-birə yaman coşdu:
-Bibi! Bax, o göydəki Aya and verirəm sənə! Düzün de: bu kənddən qız gə-lər mənə?
-Neçə yaşında istiyirsən? Ələddin bir qədər çaşdı.
-Necə yəni neçə yaşında? Qız elə qız yaşında olur da, qızın əlli yaşı olmur ki.
-Olur, niyə olmur. Bu sahat bu kənddə əlli qız var əlli yaşında.
-Yenə zarafata keçdin?
-Yox, əşi, nə zarafat? Kənddə kişi qafıb ki? İndi, ayağı yer tutan cumur Ba-kının, Mosqovanın bazarına.
-Orası elədi, Moskvada doludu bizimkiiər. '- Ələddin dərindən ah çəkdi.
-Ah çəkmə, ahın dağlara. - Masanın səsi nədənsə titrədi bu dəfə. - İndi q«z hər şeydən boldu, ağlın o vədələrə getməsin. Bir də, nə olub ki sənə. Boyun-bu-xunun, hər şeyin cağbacağdı. Canısulu kişisən - kişmiş kimi! Pulun da ki, deyirsən, lap çoxdu. İndinin qızları kişinin ağzının dişin saymır, cibinin pulun sayır.

Ələddin böyrünü yerə verib, göydəki aya-ulduza heyran-heyran tamaşa eləyirdi. Birdən dikəlib oturdu.
-Bizim Sülü də, deyirlər, Bakıda lap qan eləyir! - dedi. Ancaq bu söhbəti sal-mağına tez də peşman oldu, çünki Sülünün, elə bu həyətdəcər bir vaxt onunla oynadığı o "ər-arvad" oyununu yaddan çıxarmaq heç vaxt mümkün olan şey de¬yildi.
-Sülünün səs-sorağı yəni Mosqovaya da gedib çıxıb?! -Təəccüblənmiş Masan
şübhəli-şübhəli soruşdu.
-Hə də, Moskva nədi ki, bəyəm? Amerika-zad deyil ki. - Ələddin, nədənsə. yenə ah çəkdi. - Solmaz da Bakıdadı?
-Yox. O heç bilinmir hansı cəhənnəmdədi. Heç öldüsü-qaldısı da malum deyil. - Və Masan bir azca susub, Ələddinə bir də sataşdı. - Olmuya Sülüdə gözün qalıb?
-Bəsdi də, az dola məni. Mən Sülünün atası yaşdayam.
-Gop eləmə, sən Aslandan düz yeddi on yeddi gün xırdasan. - Masanın boğuq səsində bu dəfə bir qəribə, cingiltili qəhər duyuldu. Ələddin yerdən qalxıb, xiyabanda gəzinməyə başladı:
-Heç bayaqdan soruşmuram: Aslandan nə xəbər var?

Masandan səs çıxmadı. Sonra Ələddin dönüb baxanda Masanın, o taxtın üstündə, birdən-birə inanılmaz dərəcədə buzüşüb balacalaşdığını gördü. Elə bil bu adam heç o adam deyildi. Ələddin əməlli-başlı pərt oldu.

-Sən Allah bağışla, bibi! - dedi. - Deyəsən. dərdini təzələdim.
Əyilib dfzlərini ovuşdura-ovuşdura Masan yenə bir müddət dillənmədi. Son¬ra dikəlib, qəddini düzəldib:

-Belə dərd köhnəlmir, bala! -dedi. - Üstünnən yüz il keçsə, yenə təzədi ki, tə-zədi. Gecənin bu vədəsi məni burda elə o Aslanın dərdidi oturdan. Axı bu gün iyunun iyirmi ikisidi. Dava başlanan gündü. Asian doğulan gündü. Aslanım o qapıdan axsrıncı dəfə çıxandan bu yana hər ilin iyun ayının bu günlərini man hə-mişə səhər açılanacan, burda oturmuşam. Sən get yat, mənə baxma. Sən uzaq yol gəlmisən.

... O gecə, yerinin içində, Ələddin hələ 10-15 yaşından kənddə "ALLAHIN BƏLASI" adı ilə tanınan - at minməkdə, ağır daş qaldırmaqda, güləşməkdə, mil durub, əllərinin üstündə küçə aşağı, küçə yuxarı yürüməkdə və xüsusilə də çayın ən gurr ən xatalı yerlərində, qorxu-hürkü bilmədən, balıq kimi üzməkdə özündən yaşlı igid oğlanları da həmişə heyrətə salan Aslanı xatırladı. Və o gecə səhərəcən Ələddin yuxusunda, elə bir hey, cürbəcür sular gördü: çay suyu, göl suyu, arx suyu, yağış suyu, çeşmə suyu...
Və o suların hamısından Aslanın şən və şaqraq səsi gəlirdi.

XVI. HƏBİBİN FANTAZİYASI

Həbib, doğrudan da, özünü son dərəcə qəribə aparırdı: bir-iki gündü ki, heç həyət-bacadan da səs-səmiri gəlmirdi.

Süsənbər günuzunu Masanın həyətindəydi: çeşmədən su gətirirdi, həyət-bacanı silib-süpürürdü, bostanın, kərdi-külənin alağını eləyirdi və bu işlərin hər birinin arasmda mütləq bir-iki dəqiqə vaxt tapıb, ucadan, hirsli-hirsli Həbibin qa-rasınca deyinirdi:

-Külbaşın əlinə müftə pul düşüb,-deyirdi, - orda-burda piyanısqalıq eləyir. Neçə gündü gecəyarısı gəlir evə. Ələddin əmoğlum gərək verməyəydi o pulu. Hamısın aldı mənnən, basdı cibinə. İndi qudurub, evə də gəlmək istəmir.

Və Ələddinin kəndə qayıtmağından təxminən bir həftə sonra bir gün axşam-tərəfi Həbib yırğalana-yırğalana Masanın həyətinə girdi və eyvana qalxan səki-nin üstündə, əlləri cibində, dayanıb, qəribə, anlaşılmaz bir əda ilə Ələddini alt-dan-yuxarı süzməyə başladı.

Ələddin eyvanda oturub çay içirdi. Həbibin, altdan-yuxarı, o təhər kinli-kinli baxmağı əwəl Ələddinə qəribə gəldi, sonra ondan elə bir şaqqanaq qopdu ki, bayaqdan içəridə oturmuş Masan da şübhələnib, özünü eyvana saldı.

-Sən bir ona bax e, bibi! Onun duruşuna bax! -Ələddin gülməkdən boğulur-du. - Ə, bu ki, yatıb ayaq üstdə! Bunda, bibi, iş var deyəsən.

Həbibi görən kimi Masanı da gülmək tutdu.

-Ə, keç-gəl də, şair Həsrət. - dedi. -Nə bərk mıxlanmısan ora. Vurmusan, vurmusan da. Day qulaqların niyə sallanıb?

Həbib bir addım qabağa gəldi. Ancaq eyvana qalxmadı, oradaca dirənib durdu. Qızarmış gözlərini yenə Ələddinə zilləyib: -Sənin yüz min dolların yoxdu! - dedi.

Və bu sözləri Həbib elə bir nifrət və qəzəblə dedi ki, Ələddinin üzünün işığı o andaca çəkilib getdi. Masan da xeyli ciddiləşdi.

-Ə, tosu köpəyoğlu, - dedi, - Ələddinin pullarının dərdi sənə qalıb? Yəni sən belə qurdduymuşsan, ay koramal! Utan, ayıbdı! Çıx-get yat xarabanda.

Masan eyvandan çəkilib getdi. Amma Süsənbər də, sən demə, hasarın o ta-yından, bayaqdan boylanıb baxırmış.

-Əmoğlu! - dedi. - Sənə qurban olum, əmoğlu! Sən bunun sözlərinə fikir ver-mə. Bunun ki, ağzına bir damcı içki dəydi, həmişə belədi bu. Bibim düz deyir: o pulun söhbəti çıxannan bunun qarnının qurddarı qaynaşır gecə-gündüz. Başı batmış neçə vaxtdı evdə-eşikdə yer tapmır özünə. -Süsənbər hönkür-hönkür ağlayırdı.

-Sən itil ordan! Rədd ol! - Həbib, uzaqdan-uzağa, var səsilə Süsənbərin üs-tünə bağırdı. Sonra yenə gözlərihi Ələddinin üzünə zillədi. - Sən nəşə çəkmi-sən, çəkməmisən?
Ələddin bir də şaqqanaq çəkdi. Amma bilinirdi ki, hirsindən gülür.

-Çəkmişəm,-dedi,- əmoğlu. Çox çəkmişəm.
-İndi çəkmirsən?
-Yox, əmoğlu, iyirmi ildi ki, çəkmirəm. Nə deyirsən -istiyirsən yenə çəkim? - Özünü o yerə qoymasa da, Ələddinin hövsələsi tükənməkdə idi.

-Ə, çıx-gəl evə də! - Süsənbər hasarın o tayından, ağlar səs ilə, Həbibi ça-ğırdı.
Həbib Süsənbərin çağırmağına heç bir əhəmiyyət vermədi. Ələddinə tərəf bir addım da irəliləyib:

-Yalan deyirsən! - dedi. - Sən köhnənin gopçususan. O gün dediklərin də go-pudu başdan-ayağa. Sənin o pulun heç, bir aya da çatmayacaq. Sonra gedib ondan-bundan araq pulu dilənəcəksən.

Ələddinin səbri tükəndi. Şığıyıb, ikiəlli, Həbibi qamariadı. Süsənbər hasarın dalında: "Vay, kişim öldü!" - deyib, darvaza qapısına tərəf cumdu. Ancaq Ələd-dinin Həbibi incitmək fikri yox idi: onu uşaq kimi qucağına alıb, aparıb küçə qa-pısından eşiyə atdı və qapını bağlayıb, qayıdıb gəldi.

Ətirşah Masan içəridə, televizoru açıb, konsertə baxırdı.

O "yüz min dollar" məsələsi Həbibi doğrudan da yerindən oynatmışdı. Ələd-dinlə birinci dəfə görüşdüyü və evə dəm qayıtdığı o gecə Süsənbəri də Həbib az qala səhərəcən girinc elədi: Ələddin yalan deyir - vəssalam.

0 səhər işə gedəndə, yolboyu, Həbibin ağlına, bircə Allah bilir ki, nələr gəl-mədi. Nahar fasiləsi - iş yerində heç kəs olmayanda - Həbib xəlvətə salıb, hət-ta Bakıya -dostu Abdullaya zəng də elədi. Bir xeyli ordan-burdan danışandan sonra o yüz min dollar məsələsini Həbib, öz aləmində, Abdulladan çox böyök ustalıqla xəbər aldı:

-Sənnən bir şey də soruşum, Abdulla, - dedi. -Bir adamda yüz min dollar ola bilər?
Atilla Azərbəy gözləmədiyi sualdan bir azca çaşdı deyəsən. Bir müddət dil-lənməyib, sonra elə bil telefonda bərkdən hüştürək çaldı:
-Ə, o yüz min kimdədi ki, elə?
-Heç kimdə. Elə-belə maraq üçün soruşuram... Biriynən mərc gəlmişəm. De görüm: bir adamda o qədər pul ofa bilər? -Yüz min dollar? -Hə.
Telefonda Abdulladan bir dəli gülmək qopdu.
-Ə, sən lap fil qulağında yatmısan ki! - dedi. - Bu saat Bakıda ön milyonu olan yüz adam var.

Ancaq Həbib Abdullanın dediyinə bir zərrə də inanmadı. Dəstəyi yerinə qoyandan sonra da bir müddət key-key telefon aparatına baxdı.

Sonra yadına düşdü ki, cibində xeyli pul var: Ələddinin dünən axşam Süsənbərə verdiyi pul. Düz 15 dənə əlliminlik pul idi. Əslində, o pulu Həbib Süsənbə-rin əlindən xərcləmək üçün almamışdı. Əksinə: istəyirdi ki, Süsənbər o pulun bir qəpiyini də xərcləməsin. Çünki Ələddinin o pulu həmişəlik verdiyinə Həbib bir o qədər də arxayın deyildi. Həbibə görə, Əfəddin, brrmöddətdən sonra, rnütləq pulsuz qalacaqdı və verdiyi o pulu Həbibgildən hökmən istəyəcəkdi. Äncaq elə o gün, o nahar fasiləsində, o 15 əlliminliyin bircəsini kababxanada xərcləyən ki¬mi, Həbibin o pulları saxlamaq planı tamam alt-üst oldu. Və indi - o pulu xərclə-yə-xərcləyə Həbib yavaş-yavaş özünü inandırmağa çalışırdı ki, Ələddində pul var, Ələddində put çoxdur - Ələddin o 15 əlliminliyi ondan heç vaxt istəməyə-cək. Çünki o pulu Ələddinə qaytarmağın perspektivi Həbibdən ötrü həddən zi-yada qaranlıq idi.

Əslinə qalsa, Həbibi heç qınamağa da dəyməzdi. Axı "dollar" deyilən şeyi Həbib harda görmüşdü?.. Hələ lap uşaqlıqdan atadan da, anadan da yetim böyümüşdü. Universitetdə oxuduğu vaxt yataqxanada yaşayıb, yalnız öz təqaüdü ilə dolanmışdı. Az-maz sanballı pulu Həbib o vaxt Bakıda kitabı çıxanda görmüşdü. Bir də, yüz min dollar Həbib üçün təkcə pul miqdarı deyildi. Həbib tənbəllik eləməyib, hesablamışdı: yüz min dollar pula, məsələn, azı iki min qoyun-quzu almaq olardı. 0 iki min qoyun-quzunu kandin bir başından ötürsəydin, ondin o biri başmacan bəlkə ayaq qoymağa da bir qarış yer qalmazdı. Amma bu kənddə onlarca adam beş-on qoyun-quzunu qabağına qatıb, ilboyu dağda-daşda otarmaqdan özünə, ailəsinə bir tikə çörək qazanırdı. Dükanda bir tay unu 5-6 "şirvana" satırdılar və bu kənddə neçə-neçə adamın maaşı, pensiyası da elə 5-6 "şirvan" idi. Camaatın çoxusu yandırdığı işığın pulunu da hər ayın başında etə bil balasının ətindən kəsib verirdi. Ayağı yer tutan kənddən çıxıb gedirdi. Kənddə yüzdən çox ev başlı-başına qalmışdı -bu kəndin tarixində belə şey heç vaxt olmamışdı. Burda çörək almağa bir "məmməd" pul tapmayan adamlar ola-ola, Bakıda on milyon dollar pulu olan o "yüz adam" hardan tapılıb çıxmışdı? O adamlar o pulu necə qazanmışdı? Düz yolla bu qədər pul qazanmaq, Həbibin ftkrincə, əsla mümkün deyildi. Və agar o adamlar o pulu əyri yolla qazanırdısa, bəs hökumət hardaydı? O adamları niyə tutub dama basmırdılar?.. Əgər Həbib Ələddinin o yüz min dollarının mövcudluğuna inansaydı, onda gərək bu dünya-da "haqq-ədaləf deyilən şeyin birdəfəlik yoxa çıxdığına da inanaydı. Elə Həbib də məhz buna inanmaq istəmirdi.Çünki buna inanandan sonra bu dünyada ya-şamaq Həbib üçün daha çətin ola bilərdi. Bilərəkdən özünü aldatdığını bəzən Həbibin özü də hiss eləyirdi. Ancaq aldadırdı. Həbib özünü aldatmağı həmişə yaxşı bacarmışdı.

Ancaq Ələddinin Moskvadan "yaxşı gəlməyinə" kənddə inananlar da çox idi. Əwəla, ona görə ki, bu kənddə Ələddinsiz bütöv bir nəsil yetişmişdi. Bu nəslin Ələddinin keçmişindən - araq içməyindən, nəşə çəkməyindən, qumar oynama-ğından xəbəri yox idi. Ələddinin, Aslandan sonra, bir vaxt kənddə "Allahın ikin-ci bəlası" olduğunu hələ unutmayan yaşlı adamlarınsa bir qisminə görə, bu dəfə Ələddin gedib, dünya görüb, kəndə ağıllanıb gəlmişdi. Camaatın başqa bir qismi, keçmiş şələşur işlərinə görə, Ələddindən indi də ehtiyat eləyirdi, digər qismi isəonun nə keçmiş dəliliyinin, nə də indiki ağıllanmağının marağındaydı. Hər halda, bütün kənddə, Ələddini Həbib qədər gözügötürməyən ikinci bir adam yox idi. Və bunu Ələddinin özü də get-gedə daha aydın görürdü.

Ələddinin araq içdiyi, qumar oynadığı vaxtlar Həbibin yaxşı yadındaydı. An¬caq bu kəndə başqa kənddən gəlin gəlmiş Süsənbərin, malum məsələdir ki, bu işlərin heç birindən xəbəri yox idi. Buna görə də, Ələddinin keçmiş bəd əməllərindən gündə bir dastan qoşub, evdə səhər-axşam danışan Həbibin heç bir sö-zünə Süsənbər inanmırdı. Əksinə: əri bu söhbəti salanda Süsənbərin nəzərin-də Ələddin hər data bir az da böyüyürdü, şirinləşirdi. Və Ələddini gördüyü ilk gündəncə bu dünya Süsənbərin nəzərində, deyəsən, yavaş-yavaş dəyişirdi. Uşaq böyütməyin, ev-eşik saxlamağın, günuzunu bağ-bağçada, həyət-bacada əlləşməyin əziyyətindən savayı ömründə heç nə görməyən Süsənbər özünün qadın olduğunu, deyəsən, hiss eləməyə başlayırdı. Həmişə eyni paltar geyib, eyni görkəmdə gəzən Süsənbər indi Masanın həyətinə tez-tez əyin-başını dəyi-şib gəlirdi. Hələ bu bir yana dursun, Həbib işdə, uşaqlar kücə-bacada olanda evdə televizora səs verib, ucadan mahnı oxumaq Süsənbərin xasiyyətində, hər halda, tamamilə təzə şey idi.

Arvadının, Ələddinə görə, bir azca havalanan kimi olduğunu Həbib hiss eləyirdi. Ancaq bunu heç vaxt üzə vurmurdu. Və ona görə yox ki, Həbib arvadını istəmirdi və yaxud Süsənbərin heç bir hərəkəti Həbibi maraqlandırmırdı... Ona görə ki, o günlərdə Həbib xəyalında qələmsiz-kağızsız nəsə yazırdı. Və Həbibin qələmsiz-kağızsız yazdığı o əsər, sözün klassik mənasında, faciə janrında idi.

Faciənin variantları çox idi. Ancaq bütün variantlarda başlanğıc eyni idi: bütün variantlarda Həbib özünün, ya Masanın evində, ya da haradasa, hansısa xəlvət bir yerdə qəfildən peyda olub, Süsənbərlə Ələddinin arasında baş verən o intim mənzərənin üstünə çıxırdı. Və bu dəhşətli mənzərəni görəndən sonra, variantlartn birində, Həbib - namusu ləkələnmiş kişi məğrurluğu ilə - oradan səssiz-səmirsiz uzaqlaşırdı, bir də heç vaxt evinə dönmədən, birbaş Bakı səm-tə yol alırdı və bir vaxt dahi bir şairi itirdiyini indi tezliklə dark eləyən Bakı Həbibi, ana məhəbbətilə, yenidən ağuşuna alırdı... Faciənin başqa bir variantında, birgə, hansısa əlçatmaz dağlara, heç vaxt insan ayağı dəyməyən əngin meşə-lərə çəkilirdi və orada - insanlardan uzaq o məkanda yeni bir həyat qurub, xoş-baxt və asudə yaşamağa başlayırdı. O biri variantda Həbib çıxardığı ölüm hök-münü arvadına tətbiq eləmirdi, təkcə Ələddinin meyitini yerə sərib, sonra gedib öz əmoğlusunu namus ustdə öldürdüyünü polisə xəbər verirdi. Ələddinin pulla-rının taleyi də faciənin məhz bu variantında həll olunurdu: Həbib, polisə getməz-dən qabaq, əmoğlusunun o "yüz min" dollarını tapıb, haradasa - heç kəsin ağlı-na gəlməyəcək bir yerdə bərk-bərk gizlədirdi... Və Həbibin, qələmsiz-kağızsız, xəyalında yazdığı bu faciənin ən böyük müsibəti burasındaydı ki, öz arvadını başqasının ağuşunda görməyi arzulamağın necə alçaq bir iş olduğunu Həbib heç vaxt ağlına gətirmirdi.

Ələddinlə Süsənbəri "o işin" üstündə yaxalamaqdan ötrü Həbib bir müddət ra¬yon mərkəzindən nataraz, gözlənilməz vaxtlarda qayıdıb gəldi. Hətta bir müddət heç işə də getmədi, işə getmək adı ilə evdən çıxıb, kənddə -orda-burda gizlənən-dən sonra qəfildən evə cumdu ki, bəlkə öz çirkin və rəzil arzusuna, nəhayət, ça-ta bilə. Sonra gördü ki, onun arvadını Ələddin o mənada heç adam yerinə də qoymur - Süsənbəri birmərrə arvad gözündə görmür. Başa düşdü ki, Süsənbər Ələddinlik deyil. Və Həbib bu miskin fantaziyadan axır ki, əl çəkməli oldu.

DÖRDÜNCÜ FƏSİL

XVII. "QIZ QALDI, MASAN QALDI"


İyulun axırlarında (yayın qızmar istiləri hələ təzə-təzə düşməyə başlayanda) bir gün Ələddin kənd içindən qayıdıb, sevincindən az qala uça-uça, Ətirşah Masanın başının üstünü kəsdirdi:
- Bibi! Bibi! Evin yerin tapmışam. Elə əvvəldən də ürəyimdə oranı tutmuş-
dum. Ancaq bir yekə əmması var: indi oranı, deyirlər, mənim bu məssəbsiz
əmoğluma veriblər.
- Oram yellə getsin. Ora bir yer deyil ev tikmək üçün. -Ələddinin seçdiyi ye-rə Masan qabaqcadan mız qdydu. - Düzdü, çox mənzərəli yerdi. Səfaiıdı, axar-baxarlıdı. Amma axı su yoxdu orda. Qar-yağışa umud olub, gedib orda ev tikə-cəksən? Məsrəfli yer olsaydı, orda yüz il bundan qabaq ev tikərdllər.
- Man ora su çəkdirəcəyəm! - Ələddinin həvəsdən göziəri alışıb yanırdı.
- Hardan çəkdirəcəksən?
-Hər yerdən, lap dağın təpəsindən çəkdirəcəyəm!

Masan Ələddinin gözlərindən gördü ki, agar ürəyində qoysa. bu adam lap Arazdan-Kürdən də özünə su çəkdirər. Ancaq dediyindən da tez dönmədi:
-Bəyəm kənddə yer yoxdu? Nə qədər desən yer var - suyu başının östündə. Bu sahat kimə pul versən, torpağın oynaya-oynaya satar. Ev tikirsən, sulu yer-də tik də, niyə artıq xərc qoyub uzaqdan su çəkirsən?

Bibisinin dedikləri Ələddinin beyninə batmadı.
- Sənə qurban olum, bibi. Sən o tərsəməssəbi yola gətir, qalan şeyinən işin olmasın. Pulun verəcəyəm - nə qədər desə.
- Həbibin minnəti olsun. - Masanın Ələddini fikrindən döndərmək niyyəti yox idi. - Susuz yerdi ora. Çoxdan başlı-başına qalıb. Həbib ordan indiyəcən heç beşdənəacı bibər də götürməyib. Pulu olsa, bəlkə bir tövlə tikər həyətində. Üç-dörd dənə qoyun-quzu alıb saxlayar. Bu sahat pul lazımdı hamıya. İndi torpaqdan nə çıxır ki?.. -Ucadan Həbibi çağırdı. - Ədə, şair Həsrət, yenə harda gizlənmisən?.. Dur bir bura gəl görüm.

Hasarın o tayında Həbibin yerinə Süsənbərin başı görsəndi:
- Bizi çağırırsan, bibi?
- Evdə yoxdu ərin?
- Evdədi, bibi, işdən gəlib yatıb. istəyirsən gedim oyadım.
- Yatıb qoy yatsın, dəymə. Duran kimi yolla yanıma.
Süsənbər, o divarın dalında, Masanla Ələddinin söhbətini onsuz da eşitmişdi. Heç beş dəqiqə də keçməmiş Həbib darvazanın ağzında göründü. Və Həbibin Ələddinin yanında bir də sarsaqlayacağından ehtiyat eləyən Masan elə o darvazanın ağzıdaca işi yerinə qoydu. Ələddin o torpağa görə Həbibə dörd min dollar pul verdi. Və Ələddinin verdiyi o pulu Həbib dördəlli qamarladı və pu¬lu cibinə basıb, bır göz qırpımındaca o həndavərdən uzaqlaşdı. Çünki kəndin, adı dillərdə gəzən, ən yaxşı bağının, lap elə bu son günlərdə, cəmi iki min dol-iara satılmağından Həbibin də xəbəri vardı və Ələddinin birdən-birə fikrini də-yişəcəyindən Həbib, söz yox ki, qorxurdu.
Və məhz o qorxuya görə də, Həbib ertəsi gün, hələ səhər-səhər, Ələddinlə birgə alqı-satqı məsələsini rəsmiləşdirməyə girişdi. Əmoğlular cəmi 4-5 saatın içində bu işi həll eləyib qurtara bildilər. Sonra Həbib özünü rayonun poçt şöbə-sinə verib, Atilla Azərbəylə telefon danışığı sifariş elədi.
- Abdulla necəsən?
Elə bil Atilla Azərbəy Həbibin səsini tantmadı. Quru-quru:
-Yaxşıyam, - dedi və susdu.
-Mənəm e, Abdulla, Həbib Həsrətdi.
-Ə, Həbib! Ə, xoş gördük! Səsivə nə olub, a? Elə bil öz səsinnən danışmır-fsan bu gün.-Abdulla ucadan gülürdü.
-Alo, alo, eşidirsən, Abdulla?- Həbib mətləbə keçdi.-Mənə orda bir iş tapmaq olar?

-Olar, niyə olmur.-Abdulla tərəddüdsüz dedi.-Elə öz yanımda müavin yeri boşdu. İki qardaş əl-ələ verib, qəzeti çıxardarıq.
-Axı mən uşaqlarınan gəlmək istəyirəm. Bir az pulum da var. Orda evi neçəyə almaq olar?
-Baxır necə ev alırsan.-Abdulla fikirləşdi-Ucuz ev tapmaq olar. -Bəlkə gəlim evi bir yerdə axtaraq? -Havaxt gəlirsən?
-Elə sabah çıxım gəlim də... Necə deyirsən? -Gəl.

Elə o "sabahdan da Həbib 10-15 gün kənddə görünmədi. Və bir gün Bakıdan qayıdıb, Ətirşah Masanın qapısından yelli-yelli içəri girdi. -Mən yığışıb gedirəm, bibi. Gəldim deyim biləsən. Masan eyvanda oturub, əlində alma soyurdu. Heç başını qaldırıb Həbibin üzünə də baxmadı. -Uzağa gedirsən?

-Bakıya gedirəm də. Uşaqları da aparacağam. -Uşaqları aparıb Bakıda harda saxlayacaqsan?
-Ev almışam, bibi. Şəhərdən bir az aralıdadı. Ancaq pis deyil, qalmaq olar.-Həbib, həqiqətən, Biləcəri tərəfdəki köhnə tikililərin arasında (iki min beş yüz dollara) bir otaqlı həyət koması almışdı və Atilla Azərbəyin məşhur adam olma-ğının hesabına evi, az vaxtda, rəsmiləşdirib, 6z adına saldıra bilmişdi.
Həbibin bu sözlərindən sonra Masan inandı ki, qardaşı oğlu doğrudan da yol üstdədir.
-Demək, sən də qırağını çəkirsən buralardan?
-Neynim e, bibi? Qalım neynim bu kənddə?-Həbib ora-bura boylandı. -Əmoğlum gözə dəymir.
-Əmoğlun evinin binövrəsin qazdırır. Yüz maşın daş tökdürüb ora. Deyir: qı-şacan tikib qurtarmalıyam evi.
-Tikər də, niyə tikməsin? O qədər pul ki, ondadı.
-Görürdüm: onun o pulları qarnına qurd salmışdı sənin. -Masan Həbibi qəs-dən acılamaq istədi. Çünki Həbibin, bibisinə heç nə demədən, bu dərəcədə ala¬rm qatıb-qarışdırmağı Masana möhkəmcə yer eləmişdi.

Həbib cavab vermədi. Başını aşağı salıb, part halda, yerə baxdı.
-Süsənbər razıdı getməyə? - Masan soruşdu.
-Deyəsən, razılaşır yavaş-yavaş. Əvvəl çox nəm-nüm eləyirdi.-Həbib doda-ğının altında mızıldandı.
-Uşaqların ikisin də aparırsan? - Masanın səsi titrədi, almanı, bıçağı yerə qoyub, diqqətlə Həbibin üzünə baxdı.
-Hə də... Deyirsən, aparmayım?
Masan əsəbi qətiyyətlə:
-Gədəni apar, qızı qoy qalsın! - dedi və heç Sülünü görüb-görmədiyini də Həbibdən soruşmadan, durub eyvandan uzaqlaşdı.

Ertəsi gün Həbib qab-qaşıqdan tutmuş, yorğan-döşəyəcən - evin bütün əş-yasını maşına doldurub, hələ günortaya qalmış köçüb getdi. Aytəkin Masanın yanında qaldı.

... Sonra, kəndin ağız ədəbiyyalında, Ətirşah Masanın həyatı bir qəmli das-tana çevriləndə Süsənbərlə Həbibin kənddən getdiyi o günün barəsində (baya-tı dilində) belə deyiləcəkdi:

"Qız qaldı, Masan qaldı.
Bu dərdi yazan qaldı.
Çarxın çevrilsin fələk,
Toy getdi, əzan qaldı".

XVIII. YAY XƏZƏLİ

Həmin il, hələ yayın ortalarında, cəviz ağaclarının yarpağı birdən-birə saralıb tökülməyə başladı. Bizim kəndin tarixində belə şey heç kəsin yadına gəlmirdi.

O xəzəli yığıb-yığışdırmaqdan büsbütün təngə gəlmiş arvadlar həyətdə, kü-çədə, çeşmədə - hər yerdə günuzunu deyinirdilər. Bu nagahan bəlanın səbəbi-ni kimisi Allaha asilikdə, kimisi Sovet hökumətinin nahaqdan yıxılmağında, ki-misi də kəndin ərlik qızlarının kənd içində şalvar geyib gəzməyində görürdü. Bi-ri deyirdi: day Allahın bu kənddən birmərrə xəbəri yoxdu. Biri deyirdi: bu kəndi o Allahın elə özü qarğıyıb... Hətta bu bəlanın səbəbini kənddə mollaların çoxal-mağında görən bir qocaman kənd müəllimi də vardı: bəli, O! - bizim dünya gör-müş Xeyrulla müəllim. Bu dünyanın bütün bəlalarmın səbəbini müsəlman üm-mətinin artıb çoxalmağında görən və bu xatalı söhbəti həryerdə eləməkdən heç vaxt qorxub-çəkinməyən o xatakar Xeyrulla müəllim indi bu fikirdəydi ki, məm-ləkətdə bəlaların çoxalmağı mollaların artımı ilə düz mütənasibdir və bu proses belə də davam eləsə, bu kənddə nəinki yayın yay vaxtı ağacların yarpağı sara-lıb töküiəcək, hətta ola da bilər ki, lap yaxın zamanlarda ağaclar meyvə yerinə veyranbul qurdu yetişdirəcək...

O "cəviz xəstəliyinin" ətirşahlara da yayılacağından bir müddət bərk narahat-lıq keçirən Ətirşah Masan, o xəstəliyin ətirşahlardan yan keçdiyini görəndən sonra toxdayıb özünə gəldi. Ancaq o cəviz yarpağının söhbəti hələ bitib qurtar-mamış, kəndi, uşaqlı-böyüklü, heyrətə gətirən təzə bir mövzu peyda oldu. Qırx il evindən eşiyə çıxmayan Adil müəllim indi, guya, gecələr səhərəcən kəndin hər yerində kölgə kimi gəzib dolanırdı. Ucaboy, nazik-şivərək - ağappaq saç-saqqalı bir az da uzanıb, az qala yerlə sürünən Adil müəllimi gah kəndin kəna-rındakı çöl-biyabanda, ay işığında, dağları seyr eləyən görürdülər. Adil müəllim gah kəndin qəbiristanlığında qəbirlərin arasında peyda olurdu. Gah kiminsə darvazası qabağmda dayanıb, dərin xəyala gedirdi. Hətta Adil müəllimin məs-cidin qapısı ağzında ağappaq kəfənə bürünüb oturduğunu da guya kimsə öz gözlərilə görmüşdü...

Adil müəllimin gecələr, ay işığında, dağları seyr eləməyi və əyninə kəfən ge¬yib, məscidin qapısı ağzında oturmağı Ətirşah Masan üçün bu işin bir o qədər də vacib tərəfi deyildi. Ancaq bu sayaq söz-söhbətin, əvvol-axır, ziyansız, fəla-kətsiz ötüb keçməyəcəyinə Ətirşah Masan bəlkə hamıdan çox inanırdı: 'O gəzən ruhdu,- deyirdi,- insan deyil. Nə bilirsiz, bəlkə Adilin öz ruhudu. O Adil qırx ildi ki, Allahın yanındadı". Və bu, kifayət qədər realist fərziyyəni Ətirşah Masan belə bir, ağlabatan, nikbin mülahizə ilə yekunlaşdırırdı: "Bir yerdə ki, gecə ruh-lar dolanır, demək, o yerin üstündən Allahın nəzəri hələ çəkilməyib".

Adil müəllim gecələr o çölün düzündə həqiqətən ruh kimi gəzirdi: bunu mən özüm də görmüşdüm. Ancaq ruha inanmayanları çətinə salmamaq üçün deməliyəm ki, Adil müəllimin xalis ruh olmağına onda hələ bir müddət qalırdı. Gecələr çölün düzündə ruh kimi dolanan Adil müəllim bir səhər yerindən durmayacaqdı. Bir gecə Adil müəllim elə yatdığı yerdəcə kimsədən xəbərsiz keçinəcəkdi. Ancaq bu hadisə Ətirşah Masanın özünün də ruhlar aləminin əbədi sakini olmağından sonra baş verəcəkdi. Hələlik bir də bunu deməyi lazım bilirəm ki, kəndi bit kimi basmış bu mistik-melanxonik ovqat, hələ ki, təkcə Ələddinin vecinə deyildi. İndi Ələddin hər səhər Masandan da tez durub, sevinə-sevinə öz tikintisinin üstünə gedirdi. ARDI
XS
SM
MD
LG