Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:36

London 2012: Əvvəlcə boş tribunalar, indi isə boş London


London taksilərinin oplimpiada dərdi
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00
Direct-ə keçid

London taksilərinin oplimpiada dərdi

-
London Olimpiadasının başlanğıcında oyunların keçirildiyi stadionlarda tribunaların yarıboş olması narahatlıq doğurmuşdu.

Bu məsələ tezliklə həll olundu. Biletləri pulsuz payladılar və tribunalar doldu.

İndi isə bəlli olur ki, Britaniya paytaxtının otelləri və mağazaları da boş qalıb.

Olimpiada öncəsi hökumət, adamları lüzumsuz olaraq şəhər mərkəzinə gəlməməyə çağırırdılar. Hökumət bildirirdi ki, Londonun mərkəzində tıxaclar ola bilər.

Amma indi Londonun mərkəzi küçələrində heç bir tıxac yoxdur. Adamlar da seyrəkdir.
Ən bahalı otellərdə çoxlu boş otaqlar var, bahalı mağazalara gələnlərin sayı isə bir xeyli azalıb.

Bahalı otellər otaqlarını ucuz satmağa utanırlar, lakin satmağa məcburdurlar.

Ancaq otelin adını «batırmamaq» üçün onlar otaqları vasitəçi və ya «gizli» internet saytları vasitəsilə satırlar.

Bu saytlarda oteli sifariş etməmiş onun adını öyrənmək mümkün deyil.

Londonun mərkəzində, «Oksford Strit»də gecəsi 1000 funt sterlinqə olan otellərdə bu günlərdə gecəsi 300 funt sterlinqə yaşamaq mümkündür.

EVLƏRİNİ KİRAYƏ VERMƏK İSTƏYƏNLƏR DƏ PƏRİŞANDIRLAR

Olimpiada günlərində Londonun «basabas» olacağını güman edən varlı müştərilər Olimpiada qurtaranadək Britaniya paytaxtından uzaqda qalmağı məsləhət biliblər.

Bu isə o deməkdir ki, həmin o otellərin yaxınlığındakı bahalı mağazalarda da bahalı müştərilər azdır.

Rəsmi rəqəmlər göstərir ki, Londonun bahalı mağazalarında alış-veriş 10 faiz aşağı olub.
Olimpiya oyunlarından əvvəl evlərini kirayə vermək istəyən londonlular da pərişan olublar. Bahalı otellərin ucuzlaşdığı bir vaxtda kim adi evdə yaşamaq istəyər ki?...
«The Guardian» yazır ki, bu günlərdə Londonun mərkəzində 5-ulduzlu otellərdə gecəsi 60 funt sterlinqə otaq tapmaq mümkündür.

Belə bir şəraitdə Londonun taksiçiləri də gileylənirlər.

Onların bazarı 40 faizədək azalıb.

Ekspertlər bildirirlər ki, hər yay Londona adi, lakin varlı turistlər gələrdilər. Bu yay idman turistləri gəliblər.
XS
SM
MD
LG