Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:58

Tofiq Abdin. Hara gedir bu məmləkət görəsən?..


-

hara gedir bu məmləkət görəsən
gedir şellənə-şellənə
qarşıdan bir bəla gəlir
aman yellənə-yellənə

adamları adamlıqdan çıxıbdı
boyunbağı körpüləri taxıbdı
öz əliylə öz evini yıxıbdı
yollarını daş- kəsək yox
sular tutub
sular sellenə-sellənə

sözlərinə heç bir məhəl qoyan yox
təklənibdi bir kimsədən həyan yox
tikənindən dağıdanı daha çox
danışmağa dili də var
eşitmirlər
qalıb-dillən-dillənə

yaman uzun sürdü bu alış-veriş
zamana sığmayır bu vaxtsız gərdiş
xeyrə yozulmayır bu gediş-gəliş
bizsə qalmışıq ortada
hələ küllənə-küllənə

küçələri gül-çiçəyə bürünür
adamları yaşamır ki,sürünür
kimsə bilmir sabah necə görünür
gözlər ora millənib
qalıb-millənə-millənə...

2009
XS
SM
MD
LG