Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:47

Gürcü idmançılar 7 medalla geri dönüblər


Olimpiyadanın qızıl medal mükafatçısı, cüdoçu Laşa Şavdatuaşvili
Olimpiyadanın qızıl medal mükafatçısı, cüdoçu Laşa Şavdatuaşvili
Azadlıq Radiosu ilə müsahibədə Cüdo Federasiyanın prezidenti Qiorqi Aleksidze deyir ki, idmanın bu növü üzrə Gürcüstanda idmançılar üçün yaradılan şərait nəzərə alınsa, bir qızıl medalın qazanılmasını böyük uğur hesab edir.

«Gürcüstanda Rusiya, Amerika və ya İranda olduğu kimi baza yoxdur. Amma Allaha şükür ki, biz elə bir nəticə göstərdik ki, hamını təəccübləndirdik. Prezident söz verdi ki, baza və bütün lazımi şərait yaradılacaq. Biz buna çox sevinirik və ümid edirik ki, bu nəticə ona gətirib çıxaracaq ki, idmançılarımızın şəraiti yaxşılaşacaq».

Olimpiyadanın qızıl medal mükafatçısı, cüdoçu Laşa Şavdatuaşvili isə öz uğurunu azarkeşlərin və ətrafındakı insanların əməyinin bəhrəsi hesab edir və qələbəsini öz ölkəsinə ithaf edir:

«Əldə etdiyim uğur, qızıl medal mənə dəstək olan bütün insanların – bütün Gürcüstanın, azarkeşlərin, yığma komandanın məşqçilərinin, şəxsi məşqçimin, komandanın həkimlərinin, bir sözlə bütün Gürcüstanın əməyinin nəticəsidir».

İDMANÇILARA «4» QİYMƏTİ VERİLDİ


Avqustun 15-i keçirilən mətbuat konfransında Gürcüstanın Olimpiya Komitəsinin prezidenti Qiya Naçvlişvili elan edib ki, idmançıların London Olimpiadasından gətirdikləri 7 medal məşqçilərin, idmançıların səhvləri, həmçinin sonuncuların gənc olmasını nəzərə alsaq obyektiv nəticədir. Demək lazımdır ki, 35 idmançının 27-si debütantdır. Məşqçilərin səhvləri deyərkən, olimpiya komitəsinin prezidenti, cüdoçu Betkil Şukvana qarşı məşqçinin buraxdığı səhvi nəzərdə tutur. Hazırda idmançı Londonda məhkəməyə müraciət edir. Eyni sözləri sərbəst güləşçi Vladimir Xinçeqaşvili barədə demək olar. Xinçeqaşvili gümüş medal qazansa da, sonuncu yarışmasından sonra şikayətləri nəzərə alınmadı. Bütövlükdə isə olimpiya komitəsinin prezidenti idmançıların çıxışını belə qiymətləndirir:

Gürcü idmançı Rauli Tsirekidze
Gürcü idmançı Rauli Tsirekidze
«Bu olimpiyada uğurlu oldu. 5 ballıq sistemlə 4 qiyməti vermək olar. İdmançılarımızın gənc və az təcrübəli olduğunu nəzərə alsaq hətta bu dördün yanına üstəgəl də qoymaq olar. Bu, növbəti olimpiyada ilə bağlı da xeyli ümidlər verir. Əminəm ki, hazırkı yığmamızın 80 faizi növbəti olimpiyadaya da qatılacaq».

KOMANDA OYUNLARINA DOĞRU

Bütün bunlarla yanaşı olimpiya komitəsinin prezidenti onu da deyir ki, medalların həm sayını, həm də dəyərini idmanın komanda növlərinə qatılmaqla da artırmaq olar. Qiya Naçvlişvili hesab edir ki, 2016-cı il Braziliya Olimpiya Oyunlarında həm də basketbol və futbol komandası ilə təmsil olunmaq olar.

London olimpiadasına gəlincə isə, əldə olunan medallar müxtəlif idman növləri üzrədir. Qızıl medalı cüdoçu Laşa Şavdatuaşvili qazanıb. Üç gümüş medal sahibləri roma-yunan güləşçisi Revaz Laşxi, sərbəst güləşçilər Lado Xinçeqaşvili və David Modzmanaşvilidir. Bürünc medalları isə roma-yunan güləşçisi manuşar Çxadaiya, sərbəst güləşçilər David Marsaqişvili, Qiorqi Qoqşelidze əldə ediblər.

CÜDOÇULARDAN NARAZILIQ EDƏNLƏR DƏ VAR

Olimpiya oyunlarını Londonda izləyən idman şərhçisi Oto Maqlakelidze deyir ki, cüdoda qazanılmış qızıl medal böyük uğurdur, amma digər cüdoçuların məğlubiyyəti yanında solğun görünür:

Atıcı Nino Salukvadze
Atıcı Nino Salukvadze
«Biz nə qədər desək ki, cüdoçular olimpiyadada uğurlu çıxış ediblər, buna qarşı fikirlər də var. 7 iştirakçıdan 5-i yarışmanı heç bir fənd işlətmədən tərk etdilər. Məncə, bunun üzərində düşünmək lazımdır».

11 idman növü üzrə 35 idmançı haqda danışarkən Oto Maqlakelidze deyir ki, idmançılardan bəziləri olimpiyadada yaxşı nəticə göstərə bilmədi. Bunu deyərkən o, daha çox tapanca atıcısı Nino Salukvadze, ox atıcısıKristina Esebua və ağır atlet Qiya Maşavarianini nəzərdə tutur:

«7 olimpiya iştirakçısı Nino Salukvadze və dünya çempionatının gümüş medalını qazanmış Kristina Esebua təəssüf doğurur. Medal bir yana, bu idmançılar elə ilk mərhələdən keçə bilmədilər. Qiya Maçavariani öz nəticəsini pisləşdirdi və medalsız qaldı. O, Gürcüstan çempionatında iştirak etdiyi çəkidə qalsaydı, olimpiya çempionu ola bilərdi».

Oto Maqlakelidze deyir ki, olimpiadanı medalsız başa vursa da, öz rekordunu yeniləyən yeganə idmançı üzgüçü İrakli Bolkvadze oldu. Bu olimpiadanı 7 medalla başa vuran Gürcüstan idmançılarının 2016-ci il Rio de Janeyroda keçiriləcək növbəti olimpiyadaya kimi hələ qarşıda 4 ili var ki, səhvlərini düzəltsin, yeni təcrübə əldə etsin.
XS
SM
MD
LG