Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:43

Ayaz Arabaçı. Küçəmiz


-

KÜ­ÇƏ­MİZ

Kü­çə­miz ya­man bo­şa­lıb,
Çə­ki­lib ge­dib­di ha­mı,
Be­lə də sü­kut­mu olar,
Va­hi­mə ba­sır ada­mı.

Kə­si­lib sə­sin-so­ra­ğın,
Qa­rı­şıb ba­şın gö­rü­nür.
Nə uşaq­lar at oy­na­dır,
Nə bir yad ma­şın gö­rü­nür.

Xəl­vət-xəl­vət iş gö­rüb­sən,
Mey­li­ni bi­zə bi­lir­dik.
Bu kü­çə­nin şan­sı­nı lap
Dox­sa­na, yü­zə bi­lir­dik.

Hə­rə bir­tə­hər ovu­nur,
O dal­da­da, bu dal­da­da.
Heç bu olan iş­di­mi ki,
Bir qız ha­mı­nı al­da­da.

Tə­ki bi­zim kü­çə­li ol,
Pa­yı­zın, qı­şın bəs idi.
Ölüb-ölüb di­ril­mə­yə
Bir­cə ba­xı­şın bəs idi.

Bil­dir­səy­din pis ol­maz­dı,
Gə­lər­dik, yo­la sa­lar­dıq.
Tək-tək gü­cü­müz çat­ma­dı,
Yı­ğı­şıb üzük olar­dıq.

"Azərbaycan"
XS
SM
MD
LG