Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:06

"Ulduz" tamaşası


Mirmehdi Ağaoğlu
Mirmehdi Ağaoğlu
-

...Gənclərə də jurnalı verib onların başının üstündə dayanaraq “bunu eləmə, onu elə” deməklə keyfiyyətli jurnal çıxarmaq çətin məsələdi...


"Ulduz" jurnalının gənclər buraxan son sayının "Oxu zalı"nda müzakirəsi davam edir. Gənc yazar Mirmehdi Ağaoğlu da kulis.az saytında mövzu ilə bağlı fikirlərini bölüşüb.


Mirmehdi Ağaoğlu


"ULDUZ" TAMAŞASI


“Ulduz” jurnalının Aysel Əlizadənin redaktorluğu ilə nəşr olunan 7-ci sayında əlbəttə bəzi nöqsanlar var.

Məsələn, üz qabığında bəzi şəkillər iki dəfə verilib. Ciddi dizayn nöqsanıdı. Bir də jurnal üçün marketinq prinsiplərini nəzərə alaraq qadın yazarların şəkillərini kişi yazarlara nisbətdə daha çox vermək olardı.

Jurnalın içindəki şəkillər isə çox duyğusal, qaramat şəkillərdi. Emo uşaqların jurnalı təsir bağışlayır. Heyrətləndirəcək, üz gözündən kədər yağmayan şəkillər qoymaq olardı.

İçindəki mətnlərə görə isə Aysel xanımı qınamaq yersizdi. Kim nə göndəribsə onu da çap edib.

Bu sayda mənim də iki yazım çap olunub. Buna görə azacıq haqqım çatır tənqid etməyə.

Amma gənc yazarlara ildə bir dəfə jurnalı çap etmək imkanı yaradıb sonra da tənqid etmək ədalətsizlikdi.

Türkiyədə cocuqlar bayramında uşaqlar prezident sarayına dəvət olunurlar. Deməli onlardan bəziləri, bir neçə dəqiqəlik prezident, ya da baş nazir kreslosuna əyləşir. Başlayır göstərişlər, sərəncamlar verməyə. Ora toplaşmış hökümət işçiləri, prezident, jurnalislər də başlayırlar gülüşməyə. Beləcə uşaqların könlünü alırlar.

Oxşar şey Bakı Slavyan Universitetində də hər il bir dəfə baş verir. Orda prezindet yox, xəlifə seçirlər. Tələbələrdən biri xəlifə olur, bir gün rektor vəzifələrini icra edir.

Təbii hamıya aydındır ki, bu tamaşadır.

Artıq üçüncü dəfə “Ulduz” jurnalının gənclərə verilməsi də oxşar tamaşadı. Türkiyənin perzidenti kreslosuna əyləşmiş uşaqdan nə gözləmək olarsa, “Ulduz”un gənc rəhbərlərindən də onu gözləmək olar. Çünki əllərində tam səlahiyyət yoxdu. Yalnız binə qədimdən cızılmış çərçivələr daxilində nəsə edə bilərlər.

Facebookdakı statuslarımdan bildiyiniz kimi 5 aydır maşın alsam da hələ də tam sürə bilmirəm. Nə vaxt atam yanıma oturur, o dəqiqə özümü itirirəm. Çünki bilirəm ki, nə cür manevr eləsəm, maşını yerindən nə cür götürsəm də atam narazılıq edəcək. Tərslikdən
"Ulduz" jurnalının Aysel Əlizadənin redaktorluğu ilə çıxan son sayı
"Ulduz" jurnalının Aysel Əlizadənin redaktorluğu ilə çıxan son sayı
hər dəfə atam yanımda olanda maşın altımda sönür. Tək sürəndə isə elə bilirəm Şumaxerəm.

Gənclərə də jurnalı verib onların başının üstündə dayanaraq “bunu eləmə, onu elə” deməklə keyfiyyətli jurnal çıxarmaq çətin məsələdi.

Siz rəhbərliyi verin onların birinə. Qoy bir il “Ulduz” jurnalının bütün səlahiyyətləri əlində olsun. Nə bilir, eləsin. Bir ildən sonra jurnalın satış statisitikasına, haqqındakı tənqidi yazılara, yaratdığı təəssürata baxıb sonra gənclərin fəaliyyətinə qiymət verin.

Yoxsa Elçin Hüseynbəyli kimi “Azərbaycanda ilk dəfə bir jurnalın rəhbərliyini gənclərə verdik” deməklə ancaq Ginnesin rekordlar kitabı üçün maraqlı olmaq olar.
XS
SM
MD
LG