Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:48

Tehranda Qoşulmama Hərəkatına üzv ölkələrin sammiti başlayıb


Arxiv foto:Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin görüşü
Arxiv foto:Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin görüşü
Avqustun 30-da İranda Qoşulmama Hərəkatına üzv ölkələrin iki günlük sammiti başlayıb.

Tehranda keçirilən sammitdə Suriyadakı münaqişənin həlli, insan haqları və nüvə məsələləri ilə bağlı müzakirələr aparılacaq.

Misir prezidenti Mohamed Morsi artıq Tehrandadır. 1979-cu il İran inqilabından sonra ilk dəfədir ki, Misir rəhbəri bu ölkəyə gəlir.

Sammit iştirakçıları arasında Əfqanıstan, Pakistan prezidentləri, o cümlədən BMT-nin baş katibi Ban Ki Moon da var.

Azərbaycandan isə sammitdə xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edir.

Sammit təşkilatçıları 36 ölkə liderinin tədbirə qatılacağını deyir.

120 üzvü olan Qoşulmama Hərəkatı Soyuq Müharibə dövründə yaradılıb.
XS
SM
MD
LG