Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:19

Kafkanın porno kolleksiyası... (Məşhur yazarların hobbiləri)


-

Guşənişin həyat tərzinə baxmayaraq 19-cu əsr Amerika şairəsi Emily Dickinson biş-düşü çox sevər və tez-tez bişirdiklərindən bir zənbilə yığıb pəncərəsindən küçədəki uşaqlara sallayarmış.

Məşhur rus-amerikan yazıçısı Vladimir Nabokov kəpənək tutmağı sevərdi. Bu ona elmi məqsədlər üçün lazım idi. “Ədəbiyyatın verdiyi sövq və gətirdiyi mükafatlar mikroskop altında yeni orqan kəşf etməyin, yaxud İranda, Peruda yeni növ həşərat tapmağın sevinci yanında heç nədir. Əgər Rusiyada inqilab olmasaydı, mən bütün həyatımı lepidopterologiyaya həsr edər və heç vaxt roman yazmazdım” – deyə o, müsahibələrinin birində etiraf etmişdi.

Franz Kafka-nın böyük pornoqrafiya kolleksiyası olub. Baxmayaraq Kafkanın araşdırıcları onun bu hobbisi haqda yazmağı sevmirlər və bunun oxucuların təsəvvüründəki Kafka obrazına ziyan vuracağını düşünürlər. Kolleksiyada çoxlu əcaib şəkillər də var, o cümlədən lesbiyan əlaqəsi, eləcə də heyvanlar arasında cinsi əlaqəni əks etdirən şəkillər.

Amerika yazıçısı Flannery O’Connor (1925-1964) karikatura çəkməklə yanaşı həm də quşbaz idi. Onun əsərlərində tez-tez tovuzquşuların “gözə dəyməsi” təsadüfi deyil. Yazıçının 100-dən çox tovuzquşusu vardı. Eləcə də çoxlu sayda ördəyi, toyuğu, qazı... Quş ferması ona valideynlərindən miras qalmışdı.

Amerika yazarı Sylvia Plath və ingilis şairi Ted Hughes arıçılıqla da məşğul idilər.

Plath deyirdi ki, praktiki sənətlərin sahiblərini çox sevir: “Məsələn, mənə arı saxlamağı bir mamaça öyrədib. Bəli, o mənim yazdıqlarımı anlaya bilməz, amma mən onu şairlərin əksəriyyətindən çox sevirəm. Mənim dostlarım arasında qayıqlar, yaxud müəyyən idman növləri haqqında hər şeyi bilən adamlar var. Yaxud insan bədənini yarıb onun hansısa orqanını necə çıxarmağı bilənlər. Mən praktiki sənətlərə heyranam. Şairlər bir növ göylərdə yaşayırlar. Həmişə elə adamları sevmişəm ki, mənə nəsə praktiki bir şey öyrədə bilsin”.

Haruki Murakami qaçmağı sevməklə yanaşı caz dəlisidir.

Gün ərzində caza on saat da qulaq asa bilər.

O, bir essesində yazır: “Bəlkə də bu, təzad kimi səslənəcək, amma əgər mən musiqini bu qədər sevməsəydim, güman ki yazıçı olmazdım. Hətta indi – 30 il sonra da yaxşı musiqiyə qulaq asmaqla mən yazmaq haqqında yeni-yeni şeylər öyrənməkdə davam edirəm”. Murakami deyir ki, onun yaradıcılığına F. Scott Fitzgerald-ın axıcı nəsrinin nə qədər təsiri olubsa, Amerikalı caz saksafonçusu və bəstəkarı Charlie Parker-in musiqisi də bir o qədər təsir edib...
XS
SM
MD
LG