Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:48

Azərbaycan XİN-i Obamaya cavab verir


-

«ABŞ hökumətinin iki müstəqil ölkənin – Azərbaycan və Macarıstanın münasibətlərinə qarışması təəccüb doğurur».

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.

APA-ya müsahibəsində Elman Abdullayev bildirib ki, Macarıstanın Azərbaycan zabiti Ramil Səfərovu Azərbaycana qaytarması məsələsi iki ölkənin qanunvericiliyi çərçivəsində baş tutub:

«Biz, həmçinin anlayırıq ki, Amerikanın bu mövqeyi ABŞ-da seçkilər öncəsi daxili siyasi vəziyyətlə əlaqəlidir. Azərbaycan dövləti başda prezident İlham Əliyev olmaqla hər zaman Azərbaycan xalqının və bütün soydaşlarımızın müdafiəsində dayanıb, dayanır, bundan sonra da dayanacaq. Nə Ermənistan, nə digər hanısa ölkə Azərbaycanla bu tonda danışa bilməz. Xüsusən o halda ki, Azərbaycan tam olaraq qanunlar əsasında hərəkət edir».

ABŞ Ramil Səfərovun Azərbaycana gətirilərək əfv olunmasından narahatlığını bildirib.
XS
SM
MD
LG