Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:57

"Qadın da ağac kimidir..." Narıngüldən yeni kitab


-

Yazar Narıngülün “Qadın da ağac kimidir...” şeirlər kitabı işıq üzü görüb.

“Elm və təhsil” nəşriyyatının bu yaxınlarda çap etdiyi kitabda yazarın lirik-fəlsəfi şeirləri toplanıb:

Poetik-psixoloyi fraqmentlər, xaotik düşüncə işığında yaranan bədii mənzərələr, sırf qadın dünyasına məxsus detallar....

Kitabı şəhərdəki kitab mağazalarından əldə etmək olar.


NARINGÜL


Dayanacaq

Sən dayanacaq yersən
nəfəsini dərir sonuncu sərnişin
Sənə üz tutacaq
zamanın qovduğu qadın
getməyə yeri yox.
ən azı səhv etmək qədər
şansı var qadınların.

bir sığınacaq qədər
haqqı var adamların

Sən dayanacaq yersən
dünya başdan-başa işıqdır
günün gühortası
bax otlar, ağaclar oxuyur.
əllərimi burax, kənar dur
ehtirasdan sonra yerdə nə qalırsa
sevgi odur.

sən dayanacaq yersən
səndən cıxacağam
məni asadlığım çağırır
mənim azadlığım
mənim təkliyimdir
mən sükuta daş atan uşağam.
XS
SM
MD
LG