Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:46

Richard Morningstar: «ABŞ demokratiya və insan haqlarına hər zaman önəm verir» [VIDEO]


Richard Morningstar: «ABŞ demokratiya və insan haqlarına hər zaman önəm verir»
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

Richard Morningstar: «ABŞ demokratiya və insan haqlarına hər zaman önəm verir»

-
«Biz gələcəkdə səylə çalışacağıq ki, iqtidar və müxalifət konstruktiv şəkildə dialoqlarını, qarşılıqlı təmaslarını davam etdirsin».

Bunu sentyabrın 10-da Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş səfiri Richard Morningstar jurnalistlərlə keçirdiyi görüşündə AzadlıqRadiosunun sualına cavab olaraq deyib. Səfir əlavə edib ki, dialoq mühiti daha güclü, sağlam və inkişaf etmiş Azərbaycanın meydana çıxmasına gətirib çıxaracaq.

«İSTƏNİLƏN MÖVZUYA DİQQƏT YETİRMƏYƏ HAZIRAM»

«2013-cü ildə Azərbaycanda prezident seçkisi öncəsi ABŞ Azərbaycana hansı yardımları edə bilər» sualına cavab verən R.Morningstar deyib ki, ABŞ demokratiya və insan haqlarına hər zaman çox böyük önəm verir:

«Biz bu məsələlər üzrə Azərbaycanla sıx əməkdaşlıq etmişik və bu əməkdaşlıq davam edəcək. Azərbaycanda keçiriləcək prezident seçkisinə gəldikdə isə, deyə bilərəm ki, biz çoxsaylı müxtəlif proqramlarımız vasitəsilə plüralizmin inkişaf etdirilməsinə və dəstəyinə çalışacağıq. Dövlət katibi - xanım Hillary Clinton Bakıya səfərləri zamanı açıqlamalarının birisində söyləmişdi ki, bizim ölkəmizin ən yaxşı əlaqələri demokratiya və insan haqlarını təmin edən ölkələrlədir».

Səfir əlavə edib ki, 90-cı illərdən Azərbaycanla enerji məsələləri ilə bağlı sıx təmaslar qurub:
Richard Morningstar
Richard Morningstar

«Bu, heç də o demək deyil ki, mən digər məsələlərlə məşğul olmayacam və diqqət yetirməyəcəyəm. Mən Dövlət Departamentində 12 illik fəaliyyətim zamanı müxtəlif sahələr üzrə çalışmışam. Bu illərdən yalnız 4 ilini enerji məsələlərinə ayırmışam. Mən Dövlət Departamenti üçün çalışarkən siyasət, təhlükəsizlik, iqtisadiyyat və bir sıra digər sahələrdə də fəaliyyət göstərmişəm. 90-cı illərdə - 4 il ərzində keçmiş sovet ölkələri ilə birgə həyata keçirdiyimiz çoxsaylı proqramların əlaqələndirməsini həyata keçirmişəm və vaxtımın çox hissəsini demokratiya ilə bağlı olan proqramlara yönəlmişəm. Sizi əmin edirəm ki, ABŞ-la Azərbaycan arasında istənilən məsələyə, mövzuya diqqət yetirməyə hazıram».

«DAĞLIQ QARABAĞ PROBLEMİNİN KONSTRUKTİV HƏLLİ PROSESİ DAVAM EDƏCƏK»

Səfir Macarıstanda ömürlük həbs cəzası alan Ramil Səfərovun əfv edilməsinə də münasibət bildirib:

«Biz hesab edirik ki, Ramil Səfərovun azadlığa buraxılması və əfv edilməsi narahatlıq doğuran məqamdır. Bu bölgədə gərginliyin azaldılmasına deyil, iki ölkə arasında daha da böyük münaqişənin yaranmasına gətirib çıxarır. Biz çox ümidvarıq ki, Minsk Qrupu vasitəçiliyi ilə Dağlıq Qarabağ probleminin konstruktiv həlli prosesi davam edəcək».
XS
SM
MD
LG