Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:01

Aeroportdakı terror aktı Məhəmməd peyğımbərlə bağlı filmə görə törədilib


Əfqanıstanda Kabul aeroportunun yanındakı partlayışa görə Hezb-e-İslami qrupu məsuliyyəti üzərinə götürüb. Qrupdan bildiriblər ki, intiharçı bomba hücumu Məhəmməd peyğəmbər haqda filmə etiraz olaraq törədilib.

Sentyabrın 18-dəki partlayışda 12 nəfər həlak olub, azı 7-si xaricilərdir.

Eyni gündə Konduz əyalətində yüzlərlə tələbə polislə toqquşub, aksiya zamanı ABŞ prezidenti Barack Obamanın şəkilləri də yandırılıb. Son ay ərzində ABŞ-da çəkilən film üzündən müsəlman ölkələrində etirazlar baş qaldırıb. Liviyadakı ABŞ səfiri və başqa 3 amerikalı da daxil olmaqla, cəmi 19 nəfər bu toqquşmalarda həlak olub.
XS
SM
MD
LG