Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:58

Hökumət YouTube portalını bağlamağa hazırlaşır


Məhəmməd peyğəmbər haqda çəkilən film üzündən Rusiyada da YouTube portalına giriş bağlana bilər. Rusiyanın Rabitə naziri Nikolai Nikiforov Twitter səhifəsində yazıb ki, əslində noyabrın 1-də uşaqların internetdə zərərli informasiya almasıyla mübarizə haqda yeni qanun qüvvəyə minməsiylə, onlar YouTube portalını bağlaya bilərlər.

YouTube portalının sahibi olan Google müsəlmanların etirazlarına səbəb olan filmə çıxışı Misir, Hİndistan, İndoneziya, Liviya və Malayziyada bağlayıb. Ancaq filmi tam yığışdırmaqdan imtina ellədiyi üçün bir çox ölkələr ümumilikdə YouTube-a çıxışı bağlayırlar.

İranın ali Ruhani lideri Ayatollah Ali Khamenei isə deyib ki, bir çox Qərb ölkələri faşizm təbliğatını və başqa ideyaları qadağan etsələr də, Məhəmməd peyğəmbərin təhqir olunmasına göz yumurlar.
XS
SM
MD
LG