Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:06

Zaur Qurbanlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanır [Video]


Vəkil Zaur Qurbanlı ilə görüşdü
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

Vəkil Zaur Qurbanlı ilə görüşdü

-
«Nida» Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Zaur Qurbanlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır.

Oktyabrın 1-də vəkili Əsabəli Mustafayev onunla görüşüb. Əsabəli Mustafayev AzadlıqRadiosuna bildirib ki, Zaur Qurbanlıya polisin qanuni tələbinə riayət etməmək ittihamı ilə 15 günlük inzibati həbs cəzası verilib.

Əsabəli Mustafayev
Əsabəli Mustafayev
«Saxlanma şəraiti, ona olan münasibətdən şikayət etmədi. Tutulan vaxt isə müəyyən problemlər, mübahisə olub. Hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Orada nə qədər saxlanılacağı məlum deyil. Adətən inzibati həbs olunanları Binəqədidəki müvəqqəti məntəqədə saxlayırlar. Ancaq belə məlum olur ki, Zauru Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayacaqlar».

Daxili İşlər Nazirliyinin məlumatlında deyilir ki, «Zaur Qurbanlı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar daxil olan əməliyyat məlumatı əsasında saxlanılıb. Saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib. Asayiş keşikçilərinin qanuni tələblərinə qəsdən tabe olmadığına görə Abşeron Rayon Məhkəməsi tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsinin tələblərinə əsasən 15 gün müddətinə inzibati həbs qərarı çıxarılıb».

Əsabəli Mustafayev deyir ki, bu gün Zaur Qurbanlıya narkotik maddə ilə bağlı ittihamın irəli sürülməsi gündəlikdə yoxdur. «Ancaq orada saxlanması müəyyən təhlükələrdən xəbər verə bilər. Ona görə də onun tezliklə azad olunmasını rəhbər tutaraq müəyyən məqamları açıqlamamalı oluram».

DİN SAXLANMA SƏBƏBİ HAQDA

Orxan Mansurzadə
Orxan Mansurzadə
«Zaur Qurbanlı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar daxil olan əməliyyat məlumatı əsasında saxlanılıb. Saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib. Asayiş keşikçilərinin qanuni tələblərinə qəsdən tabe olmadığına görə Abşeron Rayon Məhkəməsi tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsinin tələblərinə əsasən 15 gün müddətinə inzibati həbs qərarı çıxarılıb».

Bu haqda AzadlıqRadiosuna məlumat verən Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyib ki, NİDA Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlının iş yerində axtarış zamanı qanunsuz sənədlər və digər əşyalar da götürülüb. Hazırda bununla bağlı araşdırma aparılır.

Orxan Mansurzadə deyib ki, «sonra nə olacaq zamanı çatanda məlumat veriləcək».

DİN rəsmisi Zaur Qurbanlının saxlandığı yer haqda da məlumat verməyib.

Sentyabrın 29-u səhər saatlarında NİDA Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlı yaşadığı evin önündə saxlanıb.

Onu saxlayanların özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etdiyi bildirilir. Paralel olaraq Müsbət Dəyişiklik Hərəkatının ofisində də axtarış aparılıb. Axtarış zamanı ofisdən NİDA Vətəndaş Hərəkatına məxsus çap materialları götürülüb.

İCTİMAİ PALATA ZAUR QURBANLI İLƏ BAĞLI BƏYANAT YAYIB

İctimai Palatanın Koordinasiya Şurası və Gənclər Təşkilatı «Nida» Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Zaur Qurbanlının həbsinin pisləyir və gənc fəalın dərhal azadlığa buraxılmasını tələb edir.

Bu barədə hər iki qurumun yaydığı bəyanatda deyilir.

Zaur Qurbanlı
Zaur Qurbanlı
Bəyanatda bildirilir ki, sentyabrın 29-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları «Nida» Vətəndaş Hərəkatının ofis kimi istifadə etdiyi məkanda axtarış aparıb. Yoxlama zamanı qurumun rəsmi saytı ilə bağlı təbliğat materialları polis tərəfindən götürülüb. Z. Qurbanlı heç bir əsas göstərilmədən polis əməkdaşları tərəfindən saxlanılıb və naməlum istiqamətə aparılıb.

Gənclər Təşkilatı ehtimal edir ki, Z. Qurbanlı ölkə rəhbəri barədə broşura hazırladığı üçün həbs olunub.

İP Koordinasiya Şurası və Gənclər Təşkilatı Z. Qurbanlının həbsini pisləyir, həbsi gənclərə qarşı repressiyanın növbəti tərkib hissəsi kimi qiymətləndirir.

«Hakimiyyətdən Zaur Qurbanlını ən qısa zamanda azadlığa buraxılmasını və həbs zamanı alınan materialların geri qaytarılmasını tələb edirik», deyə bildirilir.
XS
SM
MD
LG