Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:19

AzadlıqRadiosunun Ümummilli Heykəl xəritəsi CNN-də [VIDEO]


CNN AzadlıqRadiosunun xəritəsinə müraciət edir
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

CNN AzadlıqRadiosunun xəritəsinə müraciət edir

-

CNN-nin «GPS» proqramı AzadlıqRadiosunun «Heydər Əliyev heykəlləri» xəritəsinə müraciət edir. Proqram aparıcısı Fareed Zakaria Meksika paytaxtındakı «İslahatlar prospektindəki» heykəllərdən söhbət açaraq izah edir:

«Heykəllər şahmat fiqurları kimi bir-birinin ardınca quraşdırılaraq bəziləri yerli qəhrəmanları, bəziləri də dünya miqyaslı şəxləri tərənnüm edir. Burada Gandhi, Christopher Columbus və Abraham Lincoln-nun heykəllərini görürük. Sonuncu heykəl Heydər Əliyevindir. Sizdə sual yarana bilər ki, Heydər Əliyev kimdir? Elə yerli sakinlər də eyni sualı verirlər».

Daha sonra Zakaria Heydər Əliyevi öz tamaşaçılarına təqdim edir. Deyir ki, Heydər Əliyev neft ölkəsinin avtoritar lideri olub və 10 il əvvəl vəfat edib. Onun hazırda ölkənin prezidenti olan oğlu neft pullarından Mexiko şəhərində park salınmasına 5 milyon dollar pul xərcləyib, onların birində - Azərbaycan parkında da heykəl ucaldılıb.

Şərqi Avropada və Aziyada ucaldılan Heydər Əliyev heykəllərinin şəbəkəsini göstərən müəllif, fikrini tamamlayır:

«Ola bilər ki, tezliklə belə heykəllərdən biri də sizin qonşuluğunuzdakı parkda peyda olsun».
XS
SM
MD
LG