Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:01

Rafiq Tağının ailəsi prezidentə şikayət etdi: "Kimlərsə əlbir olub onu öldürdülər"


Rafiq Tağı bıçaqlanandan sonra xəstəxananın reanimasiya şöbəsində, Bakı, 20 noyabr 2011
Rafiq Tağı bıçaqlanandan sonra xəstəxananın reanimasiya şöbəsində, Bakı, 20 noyabr 2011
-

Rafiq Tağının ailə üzvləri prezident İlham Əliyevə müraciət ediblər.

Mərhum yazıçı-publisist Rafiq Tağının ailə üzvləri prezident İlham Əliyevə müraciət ediblər.

Bu barədə APA-ya yazıçının qardaşı İlqar Tağıyev məlumat verib:

“Biz müraciətimizdə qeyd etmişik ki, qatil Rafiq Tağını öldürə bilmədi, lakin həkimlərin fəaliyyətsizliyi nəticəsində kimlərsə əlbir olub onu öldürməyə nail oldular.

Həkimlərin fəaliyyətsizliyi nəticəsində Rafiq Tağı öldü. Həmçinin istintaqın gedişindən narazı olduğumuzu da bildirmişik və prezident İlham Əliyevlə görüşmək istədiyimizi vurğulamışıq” .

Xatırladaq ki, Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda, yaşadığı evin yaxınlığında bıçaqlanıb, noyabrın 23-də müalicə olunduğu Klinik Tibbi Mərkəzdə vəfat edib.
XS
SM
MD
LG