Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:56

YAP-ın İdarə Heyəti toplaşdı


-
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin oktyabrın 12-də keçirilən iclasında 2 məsələ müzakirə olunub: Partiyanın yaradılmasının 20 illik yubileyi və Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) Bakıda keçiriləcək VII Baş Assambleyasına hazırlıqlar.

Bu haqda YAP-dan AzadlıqRadiosuna verilən məlumatda deyilir.

Partiyanın rəsmi saytında yerləşdirilən məlumatda isə bildirilir ki, sədr müavini Əli Əhmədov noyabrın 21-də keçiriləcək forumdan danışıb. Bu forumun Azərbaycanda keçirilməsini YAP-ın beynəlxalq nüfuzunun göstəricisi kimi dəyərləndirib. Qeyd olunub ki, bu cür yüksək etimad YAP-ın ICAPP Daimi Komitəsinin üzvü kimi səmərəli fəaliyyətinin nəticəsidir.

İdarə Heyətində Gülər Əhmədova ilə bağlı müzakirə aparılmayıb.

Deputat Siyavuş Novruzov «Mediaforum»a deyib ki, bu məsləyə partiyanın Yasamal rayon təşkilatında baxılacaq. Sadəcə, təşkilat sədri Fikrət İsmayılov Bakıda deyil:

«Fikrət İsmayılov qayıdan kimi rayon təşkilatının toplantısı olacaq və Gülər Əhmədovanın YAP-dan çıxarılmasına baxılacaq».
XS
SM
MD
LG