Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:38

AzadlıqRadiosunun müxbiri hədələnir


Yafəz Əkrəmoğlu
Yafəz Əkrəmoğlu
-

AzadlıqRadiosunun əməkdaşı Yafəz Əkrəmoğlu bir neçə gündür hədə və şantaj mesajları alır.

Zənglər onun mobil telefonuna bilinən nömrələrdən gəlir. Yafəz Əkrəmoğlunun bildirdiyinə görə, bundan əvvəl də ailəsinin və özünün öldürüləcəyi ilə bağlı bir neçə dəfə xəbərdarlıq zəngləri alıb. Hədə zəngləri və mesajlarda ondan Naxçıvanla bağlı araşdırmaları dayandırmaq tələb olunur.

Yafəz Əkrəmoğlu ötən ilin avqustunda Naxçıvan MTN-də işgəncə verilərək öldürüldüyü iddia edilən Turac Zeynalovun işi ilə bağlı əldə etdiyi yeni məlumatları araşdırmağa başladıqdan sonra hədə-qorxu hədəfinə çevrilib.

Əməkdaşımız əldə etdiyi məlumatı dəqiqləşdirmək üçün Naxçıvan MTN-i ilə əlaqə saxlayaraq həmin qurumun mövqeyini aydınlaşdırmağa cəhd edib.

Hədə zəngləri də bu cəhddən az sonra başlayıb. Daha sonra gələn təhdid mesajlarında isə «dilini dinc qoymasan, görəcəklərin səni şok edəcək» səpkili şantaj hədələri yer alır.

Turac Zeynalovun Naxçıvan MTN təcridxanasında ölməsi ilə bağlı xəbərlər yayıldıqdan sonra, Yafəz Əkrəmoğlu ötən il avqustun 30-da bu xəbəri araşdırmaq üçün Naxçıvana getmişdi. Bir gün sonra isə naməlum şəxslər tərəfindən İrana deportasiya olunmuşdu.

AzadlıqRadiosu faktı araşdırmaq üçün Daxili İşlər Nazirliyinə müraciət edib.
XS
SM
MD
LG