Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:37

Səməd Seyidov: «Christoph Strässer Avropa Şurası demək deyil»


Səməd Seyidov
Səməd Seyidov
-
«Christoph Strässer Avropa Şurası demək deyil».

Bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. O, almaniyalı deputat, siyasi məhbuslar üzrə məruzəçi Christoph Strässer-in hazırladığı məruzəni yalan və böhtanla dolu, reallığı əks etdirməyən, Azərbaycanın Avropa Şurasına inteqrasiyasına xidmət etməyən sənəd kimi qiymətləndirib.

«AZƏRBAYCANA TƏZYİQİN ƏLEYHİNƏYİK»

Christoph Strässer-in məruzəsi AŞPA-nın yanvar sessiyasına təqdim olunub:

APA-nın məlumatına görə, Səməd Seyidov Azərbaycanın tənqiddən qorxmadığına diqqəti çəkib. Əlavə edib ki, tənqidlər diqqətlə dinlənilir, reallıqları əks etdirirsə, qəbul olunur:

«Beynəlxalq qurumlarda sözügedən tənqidlərdən istifadə edib Azərbaycana qarşı təzyiqin əleyhinəyik. Bu təzyiqin qarşısında tutarlı cavab verməyə hazırıq. Christoph Strässer Avropa Şurası demək deyil. Belə təqdim etməyə çalışırlar ki, Christoph Strässer mövqeyi beynəlxalq təşkilatın mövqeyidir. Əsla belə deyil. Azərbaycanla AŞPA arasındakı münasibətləri heç vaxt bir şəxsin timsalında təhlil edilməməlidir. Bu münasibətlər normal, konstruktiv şəkildə inkişaf edir».

CHRISTOPH STRÄSSER NƏ YAZIB

Christoph Strässer hesabatda bildirir ki, Parlament Assambleyasının davamlı cəhdlərinə baxmayaraq, Azərbaycanda siyasi məhbuslar məsələsi hələ də həll
Christoph Strässer
Christoph Strässer
olunmayıb.

Azərbaycanın Avropa Şurasına qəbul olunduğu vaxtdan qalmış bir neçə həll olunmamış işlə yanaşı, yeni siyasi məhbuslar də yaranıb.

Christoph Strässer yazır ki, humanitar səbəblərdən (məhbusların yaşı, onların səhhətinin pisləşməsi) bəzi məhbuslar dərhal həbsdən buraxılmalıdır. Bir neçə halda Avropa İnsan Haqları Konvensiyası bu sənədin pozulmasını qeydə alıb.

Hesabatda Azərbaycan hakimiyyətinə tövsiyə olunur ki, siyasi məhbus sayılan şəxslərin məsələsi onlardan günahlarının etirafı istənilmədən həll olunsun. Yeni siyasi məhbusların yaranmaması üçün uyğun tədbirlər görülsün. Eləcə də tövsiyə olunur ki, dinc aksiya iştirakçıları saxlanmasın, mediada siyasi və dini fikirlərin ifadəsi kriminallaşmasın. Polisdə işgəncə verilməməsi, bütün şübhəlilərin seçdikləri vəkillə təminatı, axtarış və saxlamaların həqiqi şahidlərin iştirakıyla aparılması da tövsiyələr sırasındadır.
XS
SM
MD
LG