Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:44

Heydər Əliyev haqda filmin kitabı niyə bağlandı?


Şahnaz Bəylərqızı və Şamil Nəcəfzadə
Şahnaz Bəylərqızı və Şamil Nəcəfzadə
-

- Bəs Heydər Əliyev haqda çəkilən filmin konservasiya edilməsi nəylə bağlıdır?

Müşfiq Hətəmov:

- Dünyada çəkilən filmlərin 30 faizi bədii həllini düzgün tapmayanda və ya prodüsser istədiyi nəticəni almayanda o müvəqqəti, ya da birdəfəlik dayandırılır. Hər halda, yaxınlarda aydınlıq gətiriləcək.


Debat: Azərbaycan filmi niyə "Oscar" ala bilmir?

1994-cü ildə azərbaycanlı Rüstəm İbrahimbəyovun ssenari yazdığı "Günəşdən usanmışlar" filmi (Rusiya istehsalı) dünyanın ən nüfuzlu kino mükafatına – “Oscar”a layiq görüldü. Amma Azərbaycan rejissorları hələ ki nəinki bu mükafatı alıblar, heç “Ən yaxşı xarici film” nominasiyasında qısa siyahıya da düşə bilməyiblər. Bir neçə gün əvvəl elan edilən qısa siyahıda da Azərbaycan filmi yox idi. Səbəb nədir?

“Penklub”da bu suala cavab axtardıq. Çəkdiyi “Qala” filmi“ 2008-ci ildə Oscar”a təqdim edilmiş Şamil Nəcəfzadə, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının rəhbəri Müşfiq Hətəmov və rejissor Əli İsa Cabbarov ilə birgə.

“YALNIZ 3 İLDƏN BİR DƏYƏRLİ FİLM GÖZLƏYƏ BİLƏRİK"

Şahnaz Bəylərqızı:

- Yüzdən artıq yaşı olan, dövlətin hər il milyonlar ayırdığı Azərbaycan kinosu niyə nüfuzlu beynəlxalq mükafatlar ala bilmir?

Şamil Nəcəfzadə:

- Bu sual son günlər çox tez-tez verilir. SSRİ dağılandan sonra bütün studiyalar iflic oldu. Hər halda, Azərbaycanda 10 il ərzində film çəkilmədi. Mən bunu niyə vurğulayıram? Kinematoqrafiya mürəkkəb sahədir. Burda hər şey yaradıcı adamdan asılı deyil. Filmin istehsalata buraxılmasından tutmuş tamaşaçıya çatdırılmasına, festivallara göndərilməsinə, gəlir gətirməsinə qədər bu işlər qurulmalıdır. Sovetlər dövründə bu sistem var idi. Bu ölkədə istehsal edilən filmlər 1000-2000 nüsxə çap olunur, bütün Sovetlər İttifaqındakı kinoteatrlarda göstərilirdi. Bu gün Azərbaycanda dövlət tərəfindən ayrılan maliyyə hesabına 3-4 bədii film çəkilir. Amma bu filmlər 2 nüsxədən ibarətdir. Bu da o deməkdir ki, həmin filmi 5 dəfə göstərəndən sonra həmin nüsxələr yararsız hala düşür.

Şahnaz B:

- Niyə filmlər 2 nüsxə çap olunur?

Şamil N:

Şamil Nəcəfzadə
Şamil Nəcəfzadə
- Ona görə ki, Azərbaycanda kinoteatr şəbəkəsi yoxdur. Filmlər çəkilir, rəfə düzülür, ancaq tamaşaçıya çatmır. Bir də, Amerikada belə formula var: əgər hər studiya ildə 100 film çəkirsə, onun ancaq 10-u yüksək səviyyədə alına bilər, 10 film çəkilirsə, 1-i. Əgər ildə 3 film çəkilirsə, deməli, biz 3 ildən bir dəyərli film gözləyə bilərik. Çünki kinematoqrafda kəmiyyət keyfiyyətə çevrilir.

“İLQAR NƏCƏFİN “OSCAR”A TƏQDİM OLUNAN FİLMİ GÖZƏLDİR, AMMA...”

Müşfiq Hətəmov:

- Bu gün düzgün kino industriyası qurulmalıdır, bu qurulmasa, biz özümüzü dünyada tanıda bilmərik. Biz həmişə rejissorların üstünə düşürük. Bu gün güclü rejissor ola bilər, ancaq onun ətrafında dünya səviyyəsinə cavab verən komanda yoxdursa, ssenarilərlə bağlı yaradıcı qrup yoxdursa, uğur qazana bilməyəcəyik. İlqar Nəcəfin “Oskar”a təqdim olunan “Buta” filmi ideya baxımdan çox gözəldir. Amma başa düşürük ki, dünya tamaşaçısı başqa keyfiyyət gözləyir, istəyir səs keyfiyyətində, istər çəkilişdə, istər rəssam işində... O keyfiyyəti görməyincə bu filmi qəbul etməyəcəklər.

“AZƏRBAYCAN YIĞMASI NİYƏ DÜNYA ÇEMPİONU DEYİL?...”

Əli İsa Cabbarov:

- “Azərbaycan filmləri niyə “Oscar” ala bilmir” sualını qoymaq Azərbaycan futbol yığması qarşısında “Niyə biz dünya çempionu deyilik” sualını qoymaq kimidir.

Şahnaz B:

- Amma Azərbaycanın futbol klubları bu gün Avropa Liqasında oynamağa başlayıblar.

Əli İ. C:

- Azərbaycan filmləri də yavaş-yavaş Avropaya çıxırlar, “Sahə”, “Kuklalar”, “Buta” Avropa, Asiya festivallarında təmsil olunur. “Oscar” elə bir yüksək plankadır ki... İran kinosu neçə illər “Kann”, “Venesiya” kimi festivalların qran-prilərini alandan sonra “Oscar”ı aldı. Biz “Oscar”dan qabaq deməliyik ki, dramaturgiyamız niyə zəifdir, operator işimiz niyə zəifdir, niyə rejissuramızda problemlər var, niyə Azərbaycan tamaşaçısı öz kinomuza baxmır? Xüsusən Azərbaycan telekanalları Azərbaycan kinosuna qarşı elə bil
Əli İsa Cabbarov
Əli İsa Cabbarov
əlib yürüşü elan ediblər. Sabah “Dolu” filmini hansısa kanal göstərsə, ona 70-100 manat pul verəcək. Bu çox gülməlidir. Təbii ki, biz “Oscar” almağı məqsəd qoymalıyıq. Ancaq hələlik yol budur: daxili bazarın inkişafı, Avropa bazarına çıxış, Qafqazda liderlik. O zaman bəlkə 5 ildən sonra qarşımıza məqsəd qoya bilərik ki, ən yaxşı xarici film nominasiyasında “Oscar” alaq.

“ÖZƏL STUDİYALARIN FİLMLƏRİ LİDERLİK EDİR”

Şahnaz B:

- Bəzən belə fikirlər səslənir ki, filmlər dövlət sifarişi ilə çəkilir deyə zəif alınır...

Əli İ.C:

- Mənə də elə gəlir ki, dövlət studiyaları kimi özəl studiyalara da subsidiyalar ayrılmalıdır. Bir faktı da deyim, Qərb festivallarında uğur qazanmış, mükafat almış filmlər arasında özəl studiyaların - “Sınaqfilm”in “Kuklalar”, “Nərimanfilm”in “Sahə”, “Azərbaycanfilm”lə “Butafilm”in birgə istehsalı “Buta” liderlik edir. Son 2-3 ildə özəl prodüsser mərkəzlərinə yaranmış ögey münasibət aradan götürülməlidir.

""OSCAR" GÖYDƏN SƏBƏTLƏ DÜŞMÜR”

Şamil N:

- Mənim aləmimdə Azərbaycan kinosu Azərbaycan kinosudur, istəyir dövlət studiyasında çəkilsin, istəyir özəl. Önəmli odur ki, Azərbaycan kinosu dünyada tanınsın. Azərbaycanda ildə 3-4 film çəkilir və onlardan biri beynəlxalq festivala yol tapır. Düzdür, mənim “Qala” filmim “Monreal”da mükafat almadı, ancaq bu A klassına mənsub festivaldır. Belə festivalda iştirak özü böyük işdir. Bir də “Oscar”ı fərdi filmə vermirlər. Onlar üçün önəmlidir ki, milli kinematoqrafiya var, ya yox. Deməli, beynəlxalq meydan üçün çoxlu filmlər çəkilməlidir. İran kinosundan danışıldı, onlar 15 il öz yollarını axtardılar və son 10 ildə dünya İran kinosu fenomeni ilə üz-üzədir. Yaxud Rumıniyada
"Buta" filmindən kadr
"Buta" filmindən kadr
övlət kino sektoruna dəstək verdi və nəticə göz qabağındadır. “Oscar” göydən səbətlə düşmür.

Müşfiq H:

- Əli İsa bəyin sadaladığı filmlər özəl studiyalarda çəkilsə də, dövlət sifarişi ilə çəkilib. Elçin Musaoğlunun “Qırxıncı qapı”, İlqar Nəcəfin “Buta”, Şamil Nəcəfzadənin “Qala” filmi... İndi Əli İsa bəy deyir ki, özəl studiyalara münasibət dəyişib. Bu nədən irəli gəldi? Mən nazirlikdə işləyəndə bir çox özəl studiyalara vəsait ayrıldı, ssenariləri qəbul olundu. Həmin dövrdə özəl studiyalara daha çox pul verildi. Əfsuslar olsun ki, özlərini doğrultmadılar. Bu filmlərin çoxu yarımçıq qaldı, ya da çətinliklə başa çatdırıldı. Kinostudiyada bu gün təmir gedir. Dövlət də özəl studiyalara dəstəyi nəzərdə tutur.

“BU SUALI AYAZ SALAYEVƏ VERSƏZ, YAXŞI OLAR”

Şahnaz B:

- Müşfiq bəy, bəlkə film müəlliflərinə yaradıcı azadlıq verilməlidir?

Müşfiq H:

- Yaradıcılıq baxımdan qarşısı alınan bir film göstərin.

Şahnaz B:

- Məsələn, Ayaz Salayevin “EhramTV” filmi. Neçə ildir haqqında söz-söhbət dolaşır. Hətta rejissorun bu filmi yenidən çəkdiyini deyənlər var.

Müşfiq H:

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı
- “EhramTV” tamamlanıb. Yaxın gələcəkdə - 4-5 ayda göstəriləcək.

Şahnaz B:

- Səbəb nəydi ki, film yenidən çəkildi?

Müşfiq H:

- Yenidən çəkilmə fikrini qəbul etmirəm. Ola bilər ki, orda hansısa dəyişikliklər edilib. Bu sualı da Ayaz Salayevə versəniz lap yaxşı olar. Mən “Azərbaycanfilm”ə gələndə bu filmin bircə səslənməsi qalmışdı, yekunlaşırdı.

Şahnaz B:

- Bəs Heydər Əliyev haqda çəkilən filmin konservasiya edilməsi nəylə bağlıdır?

Müşfiq H:

- Dünyada çəkilən filmlərin 30 faizi bədii həllini düzgün tapmayanda və ya prodüsser istədiyi nəticəni almayanda o müvəqqəti, ya da birdəfəlik dayandırılır. Hər halda, yaxınlarda aydınlıq gətiriləcək.

“TƏBİİ Kİ, DÖVLƏT SİFARİŞÇİ OLANDA ÖZ ARZULARINI BİLDİRİR”

Əli İ..C:

- Filmlərə azadlıq verilməsinə iki aspektdən baxmaq olar: bir siyasi, bir də estetik-yaradıcı. Təbii ki, dövlət sifarişçi olanda öz arzularını bildirir. Sırf psixoloji problemlərdən söhbət açanda dövlət məmuru bir az ehtiyatlı olur. Bu gün cəmiyyətimizdə nəsillər arası problem var, boşanmalar, qohum nikahlar, qadınlara ailədə zorakılıq və yaxud dini fanatizm, onun təbliğatı baş alıb gedir, ya da vətənpərvərlik və ya buna nifrət edənlər var... Bu cür ideoloji qütbləşmə, sərt psixoloji problemlər var. Biz bu cür qütbləşməni verməliyik. Burda iki yanaşma var. Bir məmur deyə bilər ki, bunu sərt, açıq göstərmək lazımdır, başqası deyə bilər ki, bunu göstərməklə özümüzü xaricdə biabır etməyək. Mən razıyam ki, siyasi məsələləri müzakirə etmiriksə, o zaman ağır problemləri kinomuzda niyə araşdırmayaq? Mənə elə gəlir ki, bu sahədə konservativlik var. Kino həqiqətsiz ola bilməz. Siyasi, sosial məsələni atırıq kənara, heç olmasa insanlar arasındakı psixoloji problemləri göstərməliyik. “Kuklalar”, “Sahə” niyə səs-küy saldı? Çünki orda drama var idi. Və yaxud “Dolu” filminin uğuru Qarabağ mövzusunda çəkilməsi ilə bağlı deyil, Elxan Cəfərov problemləri də, xəyanəti də, başına güllə çaxan raykomu da göstərdi. 18 yaşlı oğlan son nəfəsində deyir ki, bu dünyada qız görmədən ölürəm. Bu cür həqiqətləri ekrana gətirməliyik. Nə qədər peşəkar rejissor olursansa ol, sənin kinonda gerçəklik yoxdursa, uğur qazana bilməz.

Şamil N:

- İldə 10 film çəkilsə, bu məsələlərə toxunan filmlər də olacaq, komediya da olacaq, melodram da. Elə rejissor var ki, ona bu cür problemlər yaxındır. Mən başqa filmlərin tərəfdarıyam. Mən ümumbəşəri mövzulara üstünlük verirəm. Bu müxtəlif fikirlər kinoda gerçəkləşsə, biz deyə bilərik ki, bizim filmlər ideya, bədii film baxımdan rəqabət aparırlar. Bu gün bizdə rəqabət yoxdur. Mühit olmayanda inkişaf da ləng gedir...

Proqramın tam videoyazısı burda
XS
SM
MD
LG