Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:38

Azərbaycan kinomatoqrafçılar İttifaqının vergidən yayınması barədə rəsmi məlumat yayıb


Maliyyə Nazirliyi Azərbaycan kinmatoqrafçılar İttifaqı ilə bağlı cinayət işi barədə rəsmi məlumat yayıb.

Nazirliyin məlumatına görə, yoxlama nəticəsində vergi orqanına bəyannamə təqdim etməməklə 12373,56 manat məbləğində verginin dövlət büdcəsinə ödənilmədiyi aşkarlanıb və CM-nin 213.1-ci maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq zamanı müəyyən edilib ki, 2009-cu ildə XI “Şərq-Qərb” Bakı Beynəlxalq kinofestivalının keçirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ayrılmış 330000,00 manat vəsaitin 267130,00 manatı festivalın xərclərini ödəmək üçün nəğd qaydada şəxslərə verilib.
Bundan başqa istintaqın gedişində müəyyən olunub ki, nəqliyyat vasitələrinin ittifaqa icarəyə verilməsi barədə sənədlər tərtib olunmaqla 22000,00 manat məbləğində vəsait talanıb.

Faktla bağlı Kinematoqrafçılar İttifaqının rəhbərliyi tərəfindən festivalın keçirilməsi üzrə səlahiyyətli nümayəndə təyin olunmuş Lalə Əfəndiyevaya qarşı CM-nin 179.3.2-ci maddəsi ilə ittiham elan olunub.

Hazırda cinayət işi üzrə araşdırma davam etdirilir.
XS
SM
MD
LG