Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:25

Siyasi vergi yaradıcılığı… [Video]


Kinorejissor Rüstəm İbrahimbəyov, onun həmkarı Əlisa Cabbarov, kulturoloq Rəhman Bədəlov, kino və sənət xadimləri Azərbaycan Kinematoqrafçılar İttifaqı ətrafında yaranmış vəziyyəti şərh edirlər.

-


Əlisa Cabbarov:

«Belə tələskənliklə cinayət işinin açılması burda təzyiq formasının olduğunu sübut edir. Burda Kinematoqrafçılar İttifaqının sədrinə təzyiq kimi istifadə olunur. Azərbaycanda sahibkarlıq praktikasında sanksiya tətbiq olunandan 6 gün sonra cinayət işi açılmayıb. Nəzərə alsaq ki, hətta vergi verən tərəf verginin ödəməsindən imtina etməyib və sanksiyaların bəzi bəndlərinin mübahisəli olmasına baxmayaraq, verginin ödənilməsinə razılıq bildirilib. Amma cinayət işi açılıb...».

Rəhman Bədəlov:

«Kim bizim tərəfimizdədir, kim bizə qarşıdır – bu mövqedən çıxış edərək təzyiq göstərmək pis tendensiyadır. Bütün hallarda biz vətəndaşlar itiririk. Vaxtilə biz belə telekanal itirmişik. İndi bu təzyiqin nəticəsində biz nə itirəcəyik, bilmirəm. Hər halda, 10 il əvvəl belə hadisə baş versəydi, Rasim Balayevi heç kəs prokurorluğa çağırmazdı. Yəqin ki ona da barmaq silkələyirlər ki, sən pis dəstəyə qoşulmusan. Müxtəlif şantaj imkanları var. Yəqin ki, bu şantaj imkanlarından istifadə edirlər...».

Rüstəm İbrahimbəyov:

«Bu hücumlar konkret mənimlə bağlıdır. Mənə təzyiq göstərirlər. Məqsədləri də odur ki, mən bir az özümü yığışdırım. Çox sərbəst aparıram özümü. Mövqeyim də məlumdur. Çox tez-tez çıxışlar edirəm. Son müsahibəmdən sonra bu gün İttifaqa gəlib 1999-cu ildən bəri olan sənədləri yoxlamağa başlayıblar. Hansı ki, 2009, 2011, 2012-ci ildəki sənədləri yoxlamalı idilər. Amma buna baxmayaraq heç vaxt yolundan çıxmayacağam. Bu işi axıra qədər aparacağam. Bu, vicdan və həyat məsələsidir. Mən bu yaşımda yolumdan heç vaxt çıxa bilmərəm...».

Həmidə Ömərova:

«Biz hamımız Rasim Balayevlə fəxr edirik. Mən inanıram ki, bu məsələlər öz həllini tapacaq. Özü də Rasim Balayevin xeyrinə. Çünki o, çox təmiz, ləyaqətli adamdır. O, xalqımızın gözüdür. Xalqımız onunla fəxr etməlidir. Bu məsələ haqqın xeyrinə bitəcək. Haqq isə Rasim Balayevin tərəfindədir...».

Nurəddin Mehdixanlı:

«Vergi yoxlamaları hər yerdə olmalıdır. Aşağıdan yuxarıya qədər hər yerdə. Amma bizim böyük sənətkarımızı - Rasim Balayevi bu maliyyə pozuntusu edən bir insan, nə də cinayətkar kimi tanıyıram. Rasim Balayevi bütün bu oyunlardan, söz-söhbətlərdən kənar tutmaq daha yaxşı olardı. Bu, həm bizim sənətimizə və həm də sənətçilərimizə hörmətin göstəricisi olmuş olardı. Bu işlərin Rasim Balayevə heç bir aidiyyəti yoxdur...».

Fuad Poladov:

«Bu yoxlamanın Rüstəm İbrahimbəyova olan münasibətdən başlandığını əksəriyyət bilir. Amma xalqın sevimlisi Rasim Balayevi də bu işə qatmaq düzgün olmayan bir işdir. Bu adam yaradıcı adamdır. Xalq onu Babək kimi, Nəsimi kimi tanıyır. Onun istintaqa çağırılması dözülməz haldır. Təkcə Rasim Balayev üçün yox, hər bir yaradıcı insanlar üçün bu, çox pis haldır. Hər bir kəs buna öz münasibətini bildirməlidir...».
XS
SM
MD
LG