Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:36

Binə Ticarət mərkəzinin satıcıları etiraza qalxıb


Bu gün «Binə» Ticarət Mərkəzində etiraz aksiyası keçirilib.

Aylıq icarə haqqının 250 manat artırılmasına etiraz edən satıcılar Ticarət Mərkəzinin qarşısından keçən Bakı-Lökbatan yolunu bağlayıb, Bakıya yürüş etmək istəyiblər.

Əraziyə cevik polis alayı cəlb edilib.
Aksiyaçılarla polis arasında qarşıdurma yaranıb.

Azadlıq Radiosunun hadisə yerində olan müxbiri hər iki tərəfdən bir neçə nəfərin xəsarət aldığını deyir.
XS
SM
MD
LG