Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:57

Məmmədyarov suriyalı ermənilərin məskunlaşması və Xocalı hava limanı məsələlərini qaldırıb


Azərbaycanın xarici işlər naziri Elımar Məmmədyarov yanvarın 28-də Parisdə Minsk qrupu həmsədrləri ilə görüşdə suriyalı ermənilərin Dağlıq Qarabağda, o cümlədən Kəlbəcərdə məskunlaşdırılma ilə bağlı Ermənistan mətbuatında son vaxtlar yayılan məlumatları da müzakirə edib.

Məmmədyarov suriyalı ermənilərin Azərbaycanın işğal altında olan ərazilərində məskunlaşdırılması məsələsinə ciddi narazılığını bildirib. Nazir belə addımların qəbuledilməz və qeyri-qanuni olduğunu vurğulayıb.

Elmar Məmmədyarov həmsədrlərlə görüşdə həmçinin Xocalı aeroportuna uçuşların qanunsuz olduğunu bəyan edib və bildirib ki, bu, yalnız böyük miqyaslı nizamlanma planının tərkib hissəsi kimi həyata keçirilə bilər: “Təcavüz davam etdiyi bir dövrdə işğal altında olan ərazilərə hər hansı uçuşun həyata keçirilməsi qanunsuzdur.”
XS
SM
MD
LG