Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:28

«Niyə gedib Bakıda əleyhimizə çıxış eləmisən?»


Naxçıvan sakini Əşrəf Həsənov üzləşdiyi təzyiqlərdən danışdı
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Naxçıvan sakini Əşrəf Həsənov üzləşdiyi təzyiqlərdən danışdı

-
İctimai Palatanın Naxçıvan şöbəsinin üzvü Əşrəf Həsənovun evinə hücum olduğu bildirilir.

Bu haqda AzadlıqRadiosuna Əşrəf Həsənovun özü məlumat verib.

İctimai Palata üzvünün dediyinə görə, hücum edənlər onu zorla Naxçıvan Muxtar Respublika MTN-nin Babək rayon şöbəsinə aparmaq istəyiblər:

«Bir gün əvvəl Babək rayon Milli Təhlükəsizlik Şöbəsinin rəisi Məhəmməd zəng etmişdi. Dedi ki, təcili şöbəyə gəl, danışaq. Mən də dedim ki, qanuni şəkildə çağırış vərəqəsi göndər, sonra gəlim. Getmədim deyə, bu gün evə basqın elədilər. Həyətin darvazası önündə görüşdük. Dedilər ki, rəis səni çağırır, cavab verdim ki, gedə bilmərəm. Qayıdırdım evə, cumdular üstümə. 10-12 nəfər idilər. İstədik darvazanı bağlayaq, hasardan tullandılar həyətə, qaçdım qonşunun həyətinə, çığır-bağır saldım. Camaat yığışdığından məni apara bilmədilər. Hasardan aşan, darvazadan keçən – hamısı tökülüşdü üstümüzə. Qızımı döyərkən özündən getmişdi. Birini tanıyıram, Babək rayon MT şöbəsində müavin işləyir. Keçən dəfə də o, aparmışdı məni. Arvad-uşağı söydülər, təhqir elədilər. Dedilər ki, «Niyə gedib Bakıda əleyhimizə çıxış eləmisən?». Onu da bildirdilər ki, bu hələ harasıdır, sonra yenə gələcəyik. Aparıb işgəncə vermək istəyirlər».

Naxçıvan MR MTN Babək rayon şöbəsindən məsələ ilə bağlı açıqlama vermək istəmədilər.

Əşrəf Həsənov yanvarın 11-də Bakıda keçirdiyi mətbuat konfransında AzadlıqRadiosuna verdiyi müsahibələr ucbatından bir neçə dəfə Naxçıvan MR MTN-nin Babək rayon şöbəsinə aparıldığını deyirdi. Onun bildirdiyinə görə, şöbədə ona işgəncə verərək AzadlıqRadiosunun əməkdaşlarının əleyhinə ifadə almaq istəyiblər. Əşrəf Həsənov təqiblərdən qaçaraq Bakıya gəldiyini bildirirdi. O, iki gün öncə Naxçıvana qayıtmışdı.

Naxçıvan MR MTN-in Babək şöbəsi Əşrəf Həsənovun onlara qarşı səsləndirdiyi ittihamları rədd edib.
XS
SM
MD
LG