Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:44

E.Məmmədyarov: «Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq»


Elmar Məmmədyarov
Elmar Məmmədyarov
-
“Gec-tez Azərbaycanın ərazi bütövlüyü qəbul edilmiş beynəlxalq sərhədlər çərçivəsində bərpa olunacaq və əgər bu tez baş versə region üçün daha yaxşı olacaq”.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhendə keçirilən beynəlxalq təhlükəsizlik konfransında çıxış edərkən deyib.

O hazırda sülh üçün ən münasib məqam olduğunu qeyd edib və bildirib ki, Ermənistan da etiraf edir ki, 21-ci əsrdə qəddar, yaramaz etnik təımizləmə təcrübəsi ilə başqa dövlətin ərazisini işğal edə bilməzsən.

Konfransda Rusiya-Nato münasibətləri, Suriya, Yaxın Şərq, Şimali Afrika və Afrika ölkələrindəki vəziyyət də daxil olmaqla qlobal təhlükəsizlik məsələləri müzakirə olunur.

Birləşmiş Ştatların vitse-prezidenti Joe Biden konfransda çıxış edərkən Suriya, hava hücumlarından müdafiə sistemləri, demokratiya və insan haqları kimi məsələlərdə Vaşinqtonla Moskva arasında dərin fikir ayrılığı olduğunu, amma tərəfdaşlığın hələ də mümkün olduğunu bildirib.

Biden həmçinin qeyd edib ki, ABŞ Gürcüstanın separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımayacaq.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov isə çıxışında Suriyaya qarşı güc tədbiqinin yolverilməz olduğunu deyib.

Konfransda İranın nüvə proqramı ətrafında yaranmış vəziyyət də müzakirə olunur.
XS
SM
MD
LG