Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:26

Axirət günü sovuşdu, indi də Günəş superqasırğası...


Arxiv foto. Günəşdən görüntü.
Arxiv foto. Günəşdən görüntü.
-

Alimlər belə qasırğaların hər 150 ildən bir təkrar olunduğunu deyirlər. Sonuncusu 1859-cu ildə olub.

Britaniya mətbuatı yazır ki, Günəş superqasırğası Yerin kommunikasiya peyklərini sıradan çıxara, elektrik enejisi sistemlərinin işini dayandıra, gəmi və təyyarələri azdıra bilər.

Bu barədə Britaniya alimləri tərəfindən hazırlanmış hesabatda deyilir ki, güclü Günəş partlayışı zamanı milyardlarla ton püskürülmüş və saatda milyon kilometr sürətlə hərəkət edən kütlənin yaxın gələcəkdə Yer planetini vuracağı şübhə doğurmur, lakin təəsüf ki, bu hadisə barədə o baş verməzdən yalnız 30 dəqiqə əvvəl xəbər tutula bilər.
Alimlər bildirirlər ki, belə güclü qasırğalar hər 100-200 il arası baş verir və sonuncusu 1859-cu ildə qeydə aslınıb.

Belə qasırğalar hələlik planetimizin kosmos əsrində baş verməyib, lakin indi bəşəriyyət bu təbii fəlakətə qarşı daha kövrəkdir, ona görə ki, biz indi müasir texnologiyalardan son dərəcə asılıyıq.

London Kral Mühəndislik Akademiyasının bir qrup eksperti bildirir ki, supeqasırğanın baş verib-verməyəcəyi sual deyil, sual onun nə zaman baş verəcəyidir.

KOSMOS SİNOPTİKLƏRİNƏ EHTİYAC VAR

Xəbər verilir ki, ötən əsrdə partlayışlar nəticəsində Günəş tacından odlu kütlənin püskürmələri baş verib, lakin, necə deyərlər, od axının ağzı Yerə yox, kosmosun başqa guşələrinə istiqamətlənib.

1989-cu ildə baş vermiş daha kiçik qasırğalar Kanadanın elektrik şəbəkəsində transformatorları sıradan çıxarmışdı.

1956, 1972 və 2003-cü ildə də belə qasırğalar olub.

Akademiyanın professoru Paul Cannon hökumətə təklif edib ki, “kosmik hava”nın proqnozlaşdırılması üçün xüsusi idarənin yaradılmasının vaxtı çatıb.

Bununla belə, alim deyib ki, superqasırğa böyük problemlər yaratsa da, qlobal kataklizmlər baş verməyəcək.

“QORXMAYIN, AMMA HAZIRLAŞIN”

Alimlər bildirirlər ki, yeni texnologiyaları inkişaf etdirənlər superqasırğa faktorunu nəzərə almalıdırlar.

Belə bir superqasırğa bu gün baş verərsə, satellitləri, GPS naviqasiyasını, aviasiyanı və mobil telefon şəbəkələrini sıradan çıxara bilər.

“Bu mənada Yerin süni peykləri ön cəbhə xəttindədir, - deyib Surrey Universitetindən Keith Ryden, - peyklər bizim infrastrukturumuza daxildir və biz onların Günəş superqasırğasından salamat çıxa bilib-bilməyəcəyindən narahatıq”.

Professor Paul Cannon isə ictimaiyyəti sakitləşdirməyə çalışıb: “Bizim mesajımız budur: qorxmayın, amma hazırlaşın”.
XS
SM
MD
LG