Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:37

İsa Qəmbərdən «Daş yuxular»a münasibət


İsa Qəmbər
İsa Qəmbər
-
«Bu əsərin müdafiə olunacaq bir tərəfi yoxdur».

Yazıçı Əkrəm Əylislinin «Daş yuxuları» kitabı barədə «Yeni Müsavat» qəzetinə verdiyi müsahibəsində Müsavat başqanı İsa Qəmbər belə deyib.

«Əkrəm Əylislinin şöhrətpərəstliyi bu əsərində zirvəyə qalxıb və özünə də, cəmiyyətimizə də bölgədəki sülhə, barışa da çox ciddi zərbə vurub».

İsa Qəmbər həmin əsəri Əkrəm Əylisli səviyyəsindən aşağı bir əsər sayır:

«Əkrəm müəllim müsahibələrində humanizmdən danışır, bu əsər vasitəsilə konfliktin həllinə çalışdığını deyir. Məncə, bu əsər konfliktin həllini yaxınlaşdırmır, uzaqlaşdırır. Çünki bir tərəfi tam, yüz faiz haqlı, digər tərəfi isə tam haqsız göstərmək konfliktin həllinə xidmət edə bilməz».

FƏZAİL AĞAMALI İLQAR MƏMMƏDOVLA TOFİQ YAQUBLU HAQQINDA

Deputat Fəzail Ağamalı «Bizim yol»a müsahibəsində Müsavat başqanının müavini Tofiq Yaqublunun və REAL hərəkatının sədri İlqar Məmmədovun həbsinə münasibət bildirib. O, bu həbslərin arxasında siyasi motiv olmadığını deyib:

«İlqar Məmmədov çoxdan həbs olunmalı idi, Onun yazılarına, sosial şəbəkələrdəki çıxışlarına baxın. Bu insan ancaq təhqir, insanları qanunsuz addımlara vadar edən çıxışlar edirdi... Tofiq Yaqublu qızı həbsxanada idi. O, bunu düşünməli idi. Qızı tutulub deyə, bunun heyfini çıxmaq üçün gedib İsmayıllıda insanları iğtişaşa cəlb etmək istədi. O bilmədi ki, bu cür qanunsuz yolla mübarizə aparmaq olmaz».

Heydər Əliyev
Heydər Əliyev
«DİKTATURANI BAKIDA ÖZÜM GÖRMÜŞƏM»

«Azadlıq» qəzeti yazır ki, bunu Türkiyədə Heydər Əliyevin adının diktator kimi çəkildiyi «Konstitusiya hüququ» dərsliyinin müəllifi Ferman Demirkol deyib:

«Bu kitabı 1995-ci ildə yazmışam və orda diktatorluğu izah eləmişəm: Səddam, Heydər Əliyev və Pinoçet... Azərbaycanda müxalifəti yox etmək niyyətindədirlər. Bir ölkədə müxalifət yoxdursa ,orda diktatura deyil, bəs nədir?».

SERBİYA PREZİDENTİ AZƏRBAYCANLA ÖZ ÖLKƏSİNİ NECƏ FƏRQLƏNDİRDİ?

«Azərbaycan» qəzeti Serbiya prezidenti Tomislav Nikolić-in fevralın 8-də Azərbaycan prezidenti ilə danışıqlardan sonra verdiyi bəyanatı dərc edib. Serbiya prezidenti iki ölkə əhalisinin bir-birinə yaxın olduğunu, amma həyat standartlarının fərqləndiyini deyib:

«Həyat standartlarına görə, sizin əhaliniz daha yaxşı yaşayır. Biz də istərdik ki, həyatı eyni standartlarda təmin edək».
XS
SM
MD
LG