Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:39

Gülər Əhmədova barəsində həbs-qətimkan tədbiri seçildi


Gülər Əhmədova
Gülər Əhmədova
Azərbaycan Baş Prokurorluğu keçmiş deputat Gülər Əhmədoba barəsində həbs-qətimkan tədbirinin seçilməsi haqqında məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda deyilir ki, Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin Gülər Əhmədova ilə bağlı yaydığı videoçəkilişlərdə əks olunan məlumatlar əsasında toplanmış material üzrə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq müəyyən edib ki, G.Əhmədova külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə 2005-ci ilin oktyabr-noyabr aylarında tanışı Sevinc Babayeva ilə qabaqcadan əlbir olaraq qrup halında cinayət əlaqəsinə girib və Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru E.Abdullayevlə görüşərək onun deputat seçilməsinə köməklik edəcəyi barədə yalan vədlər verməklə 1.000.000 (bir milyon) ABŞ dollarını ələ keçirib.

Bundan başqa o, barəsində həbs-qətimkan tədbiri seçilməsini bilsə də şəxsi münasibətlərinə görə, Sevinc Babayevanı 2012-ci il sentyabrın 26-da Bakı Hava Limanından İstanbula yola salıb və ağır cinayəti gizlədib.

Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
XS
SM
MD
LG