Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:33

Məcburi köçkünlər yolu bağladılar - [2 Video]


Məcburi köçkünlər Tbilisi prospektini bağlayıblar- Yeni Video
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Məcburi köçkünlər Tbilisi prospektini bağlayıblar- Yeni Video

-
AzadlıqRadiosunun əməkdaşı xəbər verir ki, yolu bağlayan məcburi köçkünlər üç məsələdən narazıdırlar.
Onlardan təxminən 40 nəfəri ötən il Dərnəgüldə yerləşən yanmış yataqxanada köçürülənlərdir.
Məcburi köçkünlər indi zirzəmidə yaşadıqlarını, rütubətli, ilbiz və siçanların oynaşdığı yerdə xəstəliklə mübarizə apardıqlarını söyləyiblər.
İkinci qrup şikayətçilər yeni metro stansiyasına görə evləri sökülənlərdir. Onlar AzadlıqRdaiosuna deyiblər:
“Başqa vətəndaşlara sökülən evlərə görə, təzminat verilir, ancaq bizə ev. Evlərin də heç bir şəraiti yoxdur. Bizə pul versinlər, istədiyimiz evi alaq”.
Üçüncü qrup məcburi köçkünlər isə Bakıdakı yataqxanalarda yaşayanlardır. Onlar yeni mənzillərə nə zaman köçürüləcəkləri ilə maraqlanırlar.
Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Məskunlaşma, miqrasiya və məşğulluq məsələləri üzrə şöbə müdiri Sənan Hüseynov deyib ki, onları indiki məqamda evlə təmin edə bilməyəcəklər. Onun sözlərinə görə, proqramda ilk növbədə Bakı Dövlət Universitetində məskunlaşan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub. O ki qaldı, metro stansiya tikintisinə görə evi sökülənlərin tələbinə, Sənan Hüseynov deyib ki, həmin evlərin sənədi yoxdur, buna görə də köçkünlərə pul yox, mənzil verirlər.
Yanmış yataqxanadan köçürülənlərlə bağlı isə Sənan Hüseynov bunu söyləyib: “Həmin adamlar zirzəmidə yaşamırlar, həmin köçkünlər birinci mərtəbədə yerləşdirilib. Sadəcə, daha yuxarı mərtəbədə ev istəyirlər”.
Komitədə məcburi köçkünlərlə görüş başa çatıb. Qurumun rəsmiləri baş verənləri sadəcə anlaşılmazlıq adlandırıblar.

ETİRAZÇILAR YOLU BAĞLAYIBLAR
Fevralın 15-də bir qrup məcburi köçkün Bakıda, Tbilisi prospektində, Nəqliyyat Nazirliyilə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qarşısında yolu bağlayıblar. Az sonra polis yolu açıb.
“Ans press”in məlumatında deyilir ki, məcburi köçkünlər məişət problemlərinin həll olunmamasından narazıdırlar. Eyni zamanda, onları qəbul edib, dinləyən şəxsin olmamasından şikayətləniblər.
“Sadəcə biz yığılıb yolu bağladıqdan sonra bizi qəbul edib, problemlərimizlə maraqlanmağa razılıq verdilər”, - deyə aksiya iştirakçılarından biri bildirib.
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi aparatının rəhbəri Telman Məmmədov “Ans press”ə bildirib ki, həmişə məcburi köçkünlərin problemləri ilə maraqlanıblar:
“Sadəcə onlar bir az səbirsizlik etdilər. Qəbul günlərini gözləmək istəmədilər. Onların tələbi məişət problemləri, bəzilərinin işsiz olmasıdır. Axı hansısa problemi birdəfəlik həll etmək mümkün deyil. Hazırda məcburi köçkünlərlə danışdıq. Onlar yolu açdılar. Mən özüm şəxsən və komitə sədrinin müavini və digər əməkdaşalrımız onları qəbul etmişik. Hazırda qaçqınların problemləri dinlənilir”.

Xəbər yenilənir...

XS
SM
MD
LG