Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:18

«Gülər Əhmədova həkim nəzarətindədir»


Gülər Əhmədova
Gülər Əhmədova
-

«Gülər Əhmədova hazırda saxlandığı Bakı istintaq təcridxanasının tibbi məntəqəsində müalicə olunur. Həkim nəzarətindədir».

Bunu AzadlıqRadiosuna Gülər Əhmədovanın vəkili Eldar Qədimi deyib.

Vəkilin sözlərinə görə, Gülər Əhmədova ürək, şəkər, ağ ciyər xəstəliklərindən əziyyət çəkir. «Beynində də problemlər çıxıb».

Vəkil bildirib ki, müayinələr qurtarandan sonra onun müalicə müəssisəsinə köçürülməsi məsələsini qaldıracaq.

Eldar Qədimi bir müddət əvvəl Gülər Əhmədovaya qəzet çatdırılmasının problem olduğunu, ancaq indi problemin yoluna qoyulduğunu bildirib.

Gülər Əhmədova bu il fevralın 13-də saxlanıb. Onun adı 2012-ci il sentyabrın 25-də Beynəlxalq Universitetin sabiq rektoru, Fransada mühacirətdə olan Elşad Abdullayevin rüşvətlə deputat mandatının alınmasından bəhs edən video qalmaqalında əsas fiqurlardan biri kimi hallanır.

Videoda Gülər Əhmədova olduğu iddia edilən bir qadın deputat mandatı üçün 1 milyon manat tələb edir. Videoda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də adı çəkilir.

Ramiz Mehdiyev videoda onun bərəsində danışılanları inkar edir. Gülər Əhmədova da videonu montaj hesab edir.

Video çəkilişlərdə əks olunan məlumatlarla əlaqədar Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.
XS
SM
MD
LG