Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:40

«Nida»çı gənclərə cinayət işi açıldı


Arxiv foto
Arxiv foto
-
Bir qrup fəal Bakıda etiraz aksiyası keçirməyi planlaşdırır. Aksiyaya hələ bir neçə gün qalmış redaksiyamıza müxtəlif gənclər təşkilatı üzvlərinə qarşı yönələn təzyiqlər haqda xəbərlər daxil olmağa başladı. Bu təzyiqlərin nəzərdə tutulan etiraz aksiyası nə əlaqəsi var? AzadlıqRadiosu hadisələrin gedişini izləyərək bu yazını daim yenilədiyindən əldə olunan ən yeni məlumatlar yuxarıda yerləşdirlirb.

17:00 - ŞAHİN NOVRUZLUNUN AİLƏSİ İTTİHAMLARA CAVAB VERİR

NİDA üzvü Şahin Novruzlunun ailəsindən «Turan»a bildiriblər ki, «Molotov kokteyli»ni və narkotiki onların evlərinə gələnlər özləri ilə gətiriblər. Çəkiliş zamanı ailə üzvləri buna görə MTN əməkdaşlarına etiraz ediblər:

«Bu zaman ailə ilə MTN əməkdaşları arasında mübahisə yaranıb. Bunların hamısı MTN-nin apardığı çəkilişdə var. Onlar kokteyli qapımızın ağzına qoydular» .

Ailə evdən götürülmüş 94 min manat pulun onlara məxsus olduğunu, həmin pulu biznes qurmaq üçün qohumlarından aldıqlarının deyiblər.

Saxlanan digər iki NİDA-çının ailə üzvləri hələ ki övladlarının həbsinə münasibət bildirmək istəmirlər.

NİDA-nın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, həbs edilən hərəkat üzvü Məmməd Əzizovun atası Rasim Əzizov oğlu ilə görüşmək üçün Baş Prokurorluğa getsə də, onu qəbul etməyiblər.

12:10 - N!DA BƏYANAT VERDİ

«N!DA Vətəndaş Hərəkatı üzvlərinin həbsi siyasi sifarişdir».

Hərəkatın bəyanatında deyilir ki, həbslərdə məqsəd hakimiyyətin mövcud siyasətinə etiraz edənləri susdurmaq, qorxutmaqdır:

«Üzvlərimizin həbsi zamanı onlardan «aşkarlanmış» müxtəlif narkotik vasitələr, yandırıcı maddələr və pul şərləmə əməliyyatının tərkib hissəsidir. Bu, rejimin hər zaman opponentlərinə qarşı istifadə etdiyi, lakin bu dəfə bir az daha genişləndirdiyi bayağı ssenarilərin oxşarıdır».

Hərəkat bildirir ki, üzvlərinin evlərindən tapıldığı deyilən 94 min manat, narkotik maddələr və «Molotov kokteyli» adlandırılan əşyaların heç birinin N!DA Vətəndaş Hərəkatına aidiyyəti yoxdur.

8 mart

21.15 - PROKURORLUQ GƏNCLƏRƏ QARŞI CİNAYƏT İŞİ QALDIRILDIĞINI ELAN ETDİ

Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyi martın 8-də yaydıqları birgə məlumatda «Nida»çıların evlərində axtarış zamanı 22 ədəd «Molotov kokteyli» adlanan yandırıcı maye, 507.67 qram həşiş qatranı, 190.02 qram qurudulmuş marixuana və 94 min manat pul aşkarlandığını bildirir. Rəsmi məlumatda bütün bunların «Nida» Hərəkatının 3 üzvü - Bəxtiyar Quliyev, Şahin Novruzlu və Məmməd Əzizovun evində tapıldığı iddia edilir.

Məlumata əsasən, Bəxtiyar Quliyev «Facebook»da Şahin Novruzlu ilə yazışmaları zamanı növbəti aksiyaların daha səmərəli keçməsi üçün «Molotov kokteyli», səs və tüstü şaşkalarından istifadə edilməsinin zəruriliyini müzakirə edib:

«Şahin Novruzlu artıq 10 ədəd «Molotov kokteyli» hazırladığını qeyd edib. O, bu il fevralın 23-də «Facebook»dakı profilində «Molotov kokteyli», səs və tüstü şaşkalarının kustar üsulla hazırlanmasını öyrədən videomateriallar yerləşdirib».

Məsələ ilə əlaqədar CM-nin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr əldə etmə, saxlama) maddələri ilə cinayət işi başlanıb.

MTN və Baş Prokurorluq araşdırmaların davam etdiyini, istintaq barədə ictimaiyyətə əlavə məlumat veriləcəyini bildirir.

«Nida» Hərəkatının fəalları və tutulan gənclərin ailə üzvləri narkotik maddələr və «Molotov kokteyli»nin onların evlərinə hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən yerləşdirildiyini iddia edirlər.

Bu ittihamlar sübut olunsa, gənclər 3 ilə qədər müddətə azadlıqdan məhrum edilə bilərlər.

20.30 - «STALİNİN DÖVRÜNDƏ DƏ BELƏ OLUB»

Keçmiş polis rəisi, Elmi-Praktik Hüquq Mərkəzinin eksperti Mahmud Hacıyev deyir ki, Azərbaycan polisi hətta yarım-sivil ölkələrin hüquq-mühafizə orqanlarının fəaliyyətinə sığışmayan bir üsuldan yararlanır:

«Dırnaq arasında da olsa, bunu qanunauyğunluq kimi qəbul etmək lazımdır. Hüquq məntiqi baxımından, bu, sırf qanun pozuntusudur. Guya ki, gəncləri qorxudurlar. SSRİ dövrü olsaydı, bəlkə də bu yolla gəncləri qorxutmaq olardı. Ancaq indi internet əsridir. Birinə neçə sutka həbs verirlər, birini cərimələyirlər, birini oğurlayırlar və üç-dörd gün yaxınlarına xəbər vermirlər. Bu, adam oğurluğudur. Stalinin dövründə belə olub – siyasi hakimiyyəti saxlamaq üçün repressiyaları gücləndirirdilər. O dövrdə hüquq-mühafizə orqanlarını siyasiləşdirməyə başladılar. Həmin metoddur».

20.00 - «BU PROSES 1993-CÜ İLDƏ BAŞLAYIB»

Müzəffər Baxışov
Müzəffər Baxışov
Hüquqi Dövlət Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov aksiyadan əvvəl hər hansı şəxsin məsuliyyətə cəlb edilməsi ilə bağlı nə İnzibati Xətalar, nə də Cinayət Məcəlləsində heç bir məsuliyyətin nəzərdə tutulmadığını xatırladır:

«Bu, Azərbaycan kimi qeyri-demokratik, hüquqa söykənməyən dövlətlərdə olur. Polislər vasitəsilə yalandan protokol tərtib edilir. Guya, məsələn, kimsə çayxanada polisə müqavimət göstərdi. Bununla da həmin şəxsləri İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada həbs edirlər. Bu proses 1993-cü ilin iyunundan başlayıb, indiyədək davam edir».

18.00 - «102-YƏ ZƏNG ETSİNLƏR»

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyir ki, saxlananlar haqqında onlarda məlumat yoxdur:

«Kimlərsə yoxa çıxıbsa, 102-yə məlumat versinlər».

O, daha sonra iş günü olmadığından bu məsələ haqqında dəqiq məlumat verə bilməyəcəyini söylədi.

17.00- MÜSAVATÇIYA 5 SUTKA HƏBS VERİLİB

Bu barədə AzadlıqRadiosuna Mahir Bayramlının xanımı Gülbəniz Ulutürk məlumat verib:

«Mahirin məhkəməsi qapalı keçib, heç bizim də xəbərimiz olmayıb. Onun müdafiəsini də qura bilməmişik. Az əvvəl bizə məlumat verdilər ki, ona 5 sutka həbs veriblər. İndi Mahirin Gəncədəki təcridxanada saxlandığını deyirlər».

Bu gün iş günü olmadığından rəsmi mövqe almaq mümkün olmayıb.

16.00 - GƏNCƏDƏ SAXLANAN VAR

«Facebook» sosial şəbəkəsində elan edilən və martın 10-da keçiriləcəyi bildirilən «Əsgər ölümlərinə son» aksiyası ərəfəsində Gəncədə və Bakıda saxlananlar var.

Müsavat partiyasının yerli şöbəsinin üzvü Mahir Bayramlı Gəncə Şəhər Baş Polis İdarəsinə (GŞBPİ) çağırılıb. Bu barədə AzadlıqRadiosuna onun xanımı Gülbəniz Ulutürk məlumat verib:

«Axşam 2 nəfər polis gəlib Mahiri polis idarəsinə dəvət etdi. Mahir də heç bir təzyiq göstərmədən mindi maşına getdi. Saatlarla ona zəng etdim... Zəng çatmırdı və məlumat ala bilmirdik. Sonradan bizə məlumat çatdı ki, o, polisə müqavimət göstərib. Atam arxasınca getsə də, onunla görüşə bilməmişdi. Amma dünən polis idarəsindən atama deyiblər ki, burdadır, izahat yazır. Ondan sonra Mahirdən xəbərimiz olmayıb».

GŞBPİ-nin növbətçi hissəsindən AzadlıqRadiosuna Mahir Bayramlının orada saxlanmadığını bildirərək xəbəri yalanlayıblar.

14.00 - NİDA-NIN 3 ÜZVÜNÜN SAXLANDIĞI DEYİLİR

Martın 7-də axşam saatlarında NİDA vətəndaş hərəkatının 3 üzvü – Bəxtiyar Quliyev, Məhəmməd ƏzizovŞahin Novruzovun da saxlandığı bildirilir. Bu barədə AzadlıqRadiosuna NİDA üzvü Rəşad Həsənov məlumat verib:

Məhəmməd Əzizov (Foto: Cahangir Yusif)
Məhəmməd Əzizov (Foto: Cahangir Yusif)
Dostu Məhəmmədi axtarmaq üçün axşam onun evinə gedib. Qapını tanımadığı qara geyimli bir şəxs açıb. Orda daha bir neçə nəfər də varmış. Dostu şübhələnərək o evdən uzaqlaşıb. Bir neçə jurnalisti götürüb oraya təkrar baş çəkdikdə ev boş olub».

NİDA-çılar hadisə ilə bağlı həm Nəsimi rayonunun 19-cu polis bölməsinə, həm də 102 xidmətinə məlumat veriblər.

14.00 - NİDAÇILARIN EVİNDƏ NARKOTİK MADDƏ VƏ «MOLOTOV KOKTEYLİ»...

NİDA üzvü Bəxtiyar Quliyevin də saxlandığı xəbər verilir. Bu barədə məlumatı həmin təşkilatın idarə heyətinin üzvü Üzeyir Məmmədli AzadlıqRadiosuna çatdırıb:

«Martın 7-də axşam özlərini MTN işçiləri kimi təqdim edən bir neçə şəxs Bəxtiyarla birgə onun evinə gəlib. Sonra ev sahiblərinin gözü önündə evə narkotik və «Molotov kokteyli» qoyaraq «bunlar sizin evinizdən çıxıb» deyiblər. Daha sonra Bəxtiyarı bilinməyən istiqamətə aparıblar. Ailə üzvləri də onun haraya aparıldığından məlumatsızdır».

Üzeyir Məmmədli NİDA üzvü Şahin Novruzlunun da eyni qaydada saxlandığı bildirilir:

«MTN əməkdaşları evinə gəliblər. Əllərində Səbail Rayon məhkəməsinin axtarış orderi olub. Evə bükülü kağızda narkotik maddə və «Molotov kokteyli» ataraq onu götürüblər. Bizə ailə üzvləri belə deyiblər».

İş günü olmadığından adı çəkilən qurumların mövqeyini AzadlıqRadiosu daha sonra açıqlayacaq.
XS
SM
MD
LG