Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:36

Vizasız rejim: Azərbaycan 6 ölkə arasında axırıncıdır



Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının üzvləri – Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Belarus və Moldovanın vətəndaşları Avropa Birliyinə vizasız getmək istərdi. Bunun üçün bu ölkələr nə etməlidir?

Vizasız rejimin meyarları məlumdur. Bunu Viza Liberallaşdırılması üçün Fəaliyyət Planı müəyyən edib.

Hər bir ölkə bu meyarlara nə qədər cavab verir?

Bunu isə Viza Liberallaşması İndeksi adlı cədvəldən öyrənmək olar.

İndeksi 2010-cu ildə yaradılmış Azad Viza Avropa Koalisiyası və Stefan Batory Fondu hazırlayır.

İndeks 4 sahə üzrə görülən işləri qiymətləndirir. Bunlar vətəndaşın sənədləri, o cümlədən biometrik kartı, immiqrasiya, ictimai təhlükəsizlik və fundamental haqlarla bağlıdır.

Bütün 4 sahə üzrə və Şərq Tərəfdaşlığı Proqramına daxil olan 6 ölkə arasında ən az iş görən və bununla da sərbəst vizadan ən uzaqda olan Azərbaycandır.



Sənəd blokunda Ermənistan 7,5 , Gürcüstan 7,5, Moldova 9, Ukrayna 4,5 , Belarus 4 bal alıb. Azərbaycan axırıncı yeri Belarusla bölüşür- 4 bal.

Tənzimlənməyən immiqrasiya bloku üzrə Moldova 8,7, Ukrayna 7, Gürcüstan 6,3 , Belarus 5, Ermənistan 6,2 bal yığıbsa, Azərbaycan yenə axırıncı yerdədir- 3,7 bal.

İctimai təhlükəsizlik blokunda Gürcüstan 4,8, Ermənistan 4,2 , Ukrayna 6,7 , Moldova 8 bal toplayıb.

Azərbaycan yenə axırıncı yeri bölüşür - Belarusla Azərbaycan hərəyə 3,2 bal yığıblar.

Təkcə fundamental haqlarda Azərbaycan axırıncı yerdə deyil. Axırıncı yerdə Belarusdur- 2,5 bal. Azərbaycan axırdan ikincidir və Belarusdan çox qabağa getməyib – 2, 8 bal.
Müqayisə üçün, Ermənistan 4,5 , Ukrayna 6,5, Gürcüstan 6, Moldova 8 bal toplayıb.

İL YARIMDIR, İŞLƏR YERİNDƏ SAYIR

Viza Liberallaşması İndeksində başqa maraqlı cəhət görülən işlərin dinamikasıdır.
Avropa Birliyinə sərbəst viza məsələsi 2011-ci ilin dekabrından aktuallaşıb.
İndeksin qrafikindən hər bir ölkənin o vaxtdan bəri hansı işlər gördüyünü bilmək olur.

Qrafikə görə, o vaxtdan hər bir ölkə müəyyən işlər görüb, Azərbaycandan başqa.

Yəni Azərbaycanın sərbəst viza üçün gördüyü işlər 2011-ci ilin dekabrında hansı səviyyədə idisə, elə o səviyyədə də qalır. Bircə sənəd sahəsində Azərbaycan nisbətən irəliləyib. O vaxt gördüyü işlər 3 bal qiymətləndirilən Azərbaycan indi 4 bal alır.

​Azərbaycan niyə axırıncı yerdədir?

Əlövsət Əliyev
Əlövsət Əliyev

Bu sualımıza cavabında Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev misal çəkir ki, məsələn, Azərbaycan readmissiya sazişini imzalamır:

“O biri ölkələr, o cümlədən Ermənistan readmissiya sazişinə qoşulub. Avropa Birliyinin önəm verdiyi bu saziş o deməkdir ki, ölkə öz vətəndaşının Avropa Birliyindən geriyə qayıdacağına öhdəlik götürür. Azərbaycan bu öhdəliyi götürmür.

Ona görə də hətta sadələşdirilmiş viza rejimi də Azərbaycana hələ tətbiq olunmur. Məsələn, Şengen vizası almaq üçün Rusiya vətəndaşı 30 avro verir, Ermənistan vətəndaşı - 30 avro, Azərbaycan vətəndaşı isə 60 avro verməlidir”.

XS
SM
MD
LG