Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:38

Qaçqınlar Bakıda yolu bağlamağa cəhd ediblər


-
Bakı Dövlət Universitetinin tələbə şəhərciyində məskunlaşan bir qrup məcburi köçkün aprelin 2-də etiraz aksiyasına cəhd edib. Onlar yaxınlıqdan keçən avtomobil yolunu bağlamaq istəyib.
Əsasən 5 saylı yataqxananın sakinləri olan etirazçıların dediyinə görə, onları yeni mənzillə təmin etmədən yataqxanadan çıxarmaq istəyirlər.
«Bizə deyilib ki, 3 gün müddətinə burdan çıxmalısız, amma bizə burdan çıxarılanların hamısı kimi Müşfiqabaddakı şəhərcikdə yeni evlər verilmir. Biz indiyə qədər gözləyirdik ki, prezidentimiz bizə ev verəcək. Dövlət ev tikdirib ki, versin qaçqınlara, amma vermirlər. Kimin pulu var o qabağa düşür».
Polisin yolunun bağlanmasına imkan verməyib.
Bu arada məcburi köçkünləri yataqxanadan çıxarmağa gələn fəhlələri sakinlər ərazidən uzaqlaşdırıblar.
Tələbə şəhərciyinin direktoru Rza Cabbarov AzadlıqRadiosuna müsahibəsində etirazın köçürülmə ilə bağlı olduğunu təsdiqləsə də irəli sürülən tələblərin haqlı olmadığını deyib:
«Əsas 5 saylı yataqxanada olan məcburi köçkünlərdir. Biri deyir mən 2-ci mərtəbəni istəmirəm, o biri deyir 5 mərtəbəni istəyirəm. Burda da məsələ püşkatma ilə keçirilir deyə belə narazılıqlar olur. Köçürmə ilə belə nöqsanlar olur».
Martın 13-dən başlayaraq Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşan məcburi köçkün ailələrinin köçürülməsinə başlanıb.
İndiyə qədər 250 ailə Müşfiqabadda yeni tikilən evlərə köçürülüb.
Torpaqların işğalından sonra BDU-nun tələbə şəhərciyinin 9 yataqxanasında 700-dən çox məcburi köçkün ailəsi məskunlaşıb.
XS
SM
MD
LG