Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:45

Hicab qadağası, yoxsa hicab siyasəti? - [Video]


-

Hicab - FB məkanı

Facebookdan birbaşa şərh yaz


ADNA-da hicablı tələbələr dərsə buraxılmayıb. Bununla da tədris ilinin başa çatmasına 2 ay qalmış hicab məsələsi yenidən gündəmə gəlir. Üstəlik tənqidi çıxışları sosial şəbəkələrdə yayılan ilahiyyətçi Tale Bağırzadə həbs olunur və Nardaran camaatı buna etiraz olaraq mitinq keçirir.
Bu arada NİDA-çı gənclərin bəzi üzvləri də bir-birinin ardınca həbs edilir. Son dövrlər üst-üstə heç bu qədər gənc həbs olunmamışdı. O da qala seçki ilində. Onlar Azərbaycanda iğtişaşlar yaratmaqda günahlandırılırlar.
Beləliklə, yenidən ortaya çıxan hicab qadağası ilə bütün bu həbslər arasında bir bağlantı varmı?
Varsa burada hansı məqsədlər güdülür? Bütün bu məsələlərdə daxilə və xaricə yönəlik hansısa mesajlar varmı?
Suallara Altay Göyüşovla cavab axtarmışıq:.

- Azərbaycan üçün din məsələsinin aktuallaşması müəyyən maraqlara xidmət edir. Hicablıların universitetə buraxılmaması qaşınmayan yerdən qan çıxarmağa bənzəyir. Azərbaycanda hicablı gəzənlərin sayı o qədər də çox deyil. Belə halda hicab qadağasında müəyyən maraqlar var.
- Dünyada demokratişləşmə gedir. belə şəraitdə Azərbaycaan höküməti demokratikləşmənin qarşısını almağa çalışır. Göstərmək istəyir ki, biz dünyəviliyin dayağıyıq. Hakimiyyətə radikal qüvvələr gələ bilər.
- Hökümət din məsələsində ikili mövqe göstərir. Bir tərəfdən dindar kəsim təqib olunur, digər tərəfdən xüsusilə şiələri öz tərəfinə çəkmək istəyir.
- Həbslər də effektini vermir artıq. Aktivliyin qarşısı alına bilinmir. Köhnə metodlar artıq işləmir.
- Hökümət sosial şəbəkələrin qarşısını ala bilməz.
XS
SM
MD
LG