Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:58

Milli Demokratiya İnstitutunun (NDI) prezidentindən sərt açıqlama


NDI logo
NDI logo
-

“Azərbaycan mediasında Milli Demokratiya İnstitutunun (MDİ) fəaliyyətinə və proqramlarının məqsədinə dair uydurmalara əsaslanan bir sıra məqalələr və qərəzli təbliğat davam etməkdədir. Bu məlumatlar tamamilə əsassızdır,” bunu Milli Demokratiya İnstitutu aprelin 3-də yaydığı bəyanatda bildirir.

“Silsilə yalanları dönə-dönə təkrarlamaq onları doğruya çevirmir,” MDİ-nin prezidenti Kenneth Wollack belə deyir.

Ötən həftə Azərbaycanın Baş Prokuroru ABŞ səfirinə göndərdiyi məktubda MDİ-nin yerli qanunvericiliyi pozduğunu bildirirdi. MDİ-nin Azərbaycan üzrə direktoru Alex Grigoryevisin şəxsi hesabından çıxardığı 2 milyon dollara yaxın pulu nağd şəkildə payladığı qeyd olunurdu. Bundan əvvəl yerli media Alex Grigorievsin facebook vasitəsilə inqilab hazırladığını və pulları da bunun üçün xərclədiyini etdiyini iddia edib.

Alex Grigorievs (Foto: Əziz Kərimov)
Alex Grigorievs (Foto: Əziz Kərimov)
Alex Grigorievs AzadlıqRadiosuna bildirmişdi ki, bu məsələ şəxsən ona yönəlməyib, Azərbaycan- MDİ (ABŞ) ilə bağlıdır və rəsmi cavab hazırlanır.

GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİ NAMİZƏDLƏR VERİB

MDİ-nin bəyanatında deyilir: “MDİ və yerli tərəfdaşları mülki cəmiyyət təşkilatlarına, gələcəyin gənc liderlərinə və digər vətəndaşlara öz icmalarını yaxşılaşdırmaq naminə yerli hökumətlərlə dinc və konstruktiv əməkdaşlığına yardım edib. Onlar yollar, işıqlar, kommunal xidmətlər və parklar daxil olmaqla yerli infrastrukturun yaxşılaşdırılması üçün dialoqu irəlilədib, vətəndaşlara kurslar, kitab klubları, sosial maarifləndirmə kampaniyaları və ətraf mühit layihələri formasında imkanlar yaradıb. İnstitut həmçinin Azərbaycan vətəndaşlarının siyasi proseslərin bütövlüyünü qorunmasına yönəlik cəhdlərini dəstəkləyib. Bu, ATƏT-in prinsiplərinə uyğun olaraq tərəfsiz yerli seçki monitorinqi vasitəsilə aparılıb. MDİ-nin bu fəaliyyəti Azərbaycan hakimiyyəti qarşısında şəffaf olub. Əslində, Azərbaycanın Gənclər və İdman Nazirliyi MDİ-nin proqramlarında iştirak üçün bir sıra gənclərin namizədliyini verib”.

“MDİ-nin Bakı ofisinin və nümayəndələrinin aldığı bütün vəsait başqa heç bir məqsədə deyil, ancaq bu məqsədlərə xidmət edib”.

“Azərbaycanın Ədliyyə Nazirliyi MDİ-ni qeydiyyata alıb. Həmin qeydiyyata uyğun olaraq, MDİ qanunvericiliyin tələb etdiyi bütün maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim edib. MDİ maliyyə açıqlığı daxil olmaqla yerli qanunvericiliyə tam əməl edir,” MDİ-nin bəyanatında belə deyilir.

Bu günlərdə AzadlıqRadiosu araşdırma nəticəsində üzə çıxarıb ki, MDİ ötən il cəmi bir illiyə qeydiyyata alınıb. Qurumun qeydiyyatı iyulun sonlarında bitir. MDİ və Ədliyyə Nazirliyi AzadlıqRadiosunun bu məsələyə dair suallarını cavabsız buraxıb.
XS
SM
MD
LG