Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:58

Eldəniz Quliyev: «Mənə hücum etdilər»


Eldəniz Quliyev
Eldəniz Quliyev
-
Aprelin 5-də Lənkəranda EL hərəkatı təşəbbüs qrupunun nümayəndəsi Eldəniz Quliyevə hücum olub. Onun olduğu maşın Lənkəranın girəcəyində saxlanılıb.
Bu haqda AzadlıqRadiosuna Eldəniz Quliyev məlumat verib.
«Düz 50 adam bu dəqiqə əllərində bel, dəyənək maşını əzdilər. Deyirdilər ki, Lənkərana girə bilməyəcəksiniz, qayıdın. Onların əlindən güclə canımı qurtarmışam. Mən maşınla geri qayıdıram, 6 maşın, bir də avtobus əli dəyənəkli adamlar məni müşayiət edirlər».

POLİS İSƏ DEYİR Kİ...
Eldəniz Quliyev Lənkərana EL hərəkatının konfransında iştirak etməyə gedirmiş. O, baş verənlərlə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib.
Lənkəran rayon polis idarəsinin növbətçi hissəsindən AzadlıqRadiosuna onlarda belə bir məlumat olmadığını deyiblər. Növbətçi bildirib ki, «bizdə sakitçilikdir».

Yanvarın 13-də Lənkəranın girəcəyində «Armudu stəkan» adlı ərazidə Müsavat Partiyası rəhbərliyinə də hücum olub. Hadisə zamanı İsa Qəmbərin olduğu maşın zədələnib.

İsa Qəmbər Lənkərana Müsavat Partiyasının yerli rayon şöbəsinin yaranmasının 20 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak etmək üçün gedirmiş.

«EL» HƏRƏKATININ YENİ OFİSİNİ DƏ QAPATDILAR
Eldar Namazov
Eldar Namazov
«Polis buna mane olur»- Bu barədə AzadlıqRadiosuna hərəkatın rəhbəri Eldar Namazov məlumat verib.

5 aprel saat 14 radələrində ofisə gələn Binəqədi rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon polis idarəsinin rəisi, bölmə rəisi və polis işçiləri ev sahibinə xəbərdarlıq ediblər. Onlar «EL» hərəkatının təsisçilərindən biri olan ev sahibinə «buraya ondan və ailə üzvlərindən başqa heç kim girə bilməz» – deyiblər.
Eldar Namazov məsələnin təkcə ofislə bitmədiyini deyir:

«Dünəndən başlayaraq «El» hərəkatının fəallarına qarşı müdaxilələr var. Kimi işdən çıxarılıb, kiminin qohum-əqrəbasına xəbərdarlıq edilib. Onlar polisə çağırılıb dindirilirlər. Gülməli ittihamlar sürtürlər irəli. Guya, biz burada dövlət çevrilişi hazırlayırıq. Hətta polis işçilərindən biri «buranı mühasirəyə almaq birbaşa ölkə başçısının tapşırığıdır» - deyib».
XS
SM
MD
LG