Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:34

Britaniya Putin hökumətinə milyonlarla funt sterlinq veribmiş


Rusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin
-
Ölkə mətbuatı yazır ki, Britaniya büdcəsində dünyanın ən yoxsul insanları üçün nəzərdə tutulmuş pullar Putin hökumətinə yardım kimi verilib.

Bunu təsdiq edən sənədlərdən birində deyilir ki, məsələn, bir epizodda Britaniyanın Beynəlxalq İnkişaf Nazirliyi «Rusiya nazirlərinin işini daha səmərəli və daha şəffaf etmək, habelə biznes mühitinin yaxşılaşdırlması məqsədilə» Rusiya rəsmilərinə 4, 5 milyon funt sterlinq təqdim edib.
Rusiyanın başqa ölkələrə yardım göstərməsi üçün London ona 820 min funt sterlinq yardın göstərib. Bu layihənin adı «Rusiya donor kimi» idi.
Rusiyanın yaşlı adamlarının həyat səviyyəsinin yaxşılaşdırlması üçün də London Moskvaya yardım edib, hərçənd pul qocalara yox, «onlar barədə qərarlar verən rəsmilər»ə ötürülüb.
GETDİKCƏ VARLANAN HİNDİSTANA PUL YARDIMI
Hakimiyyətə gələndən bəri baş nazir David Cameron və beynəlxalq inkişaf naziri Justine Greening xaricə yardımı məhdudlaşdırmağa başlayıblar.
Koalisiya hökuməti Rusiya, Çin, Serbiya və Kambocaya yardımları dayandırıb, lakin Hindistana göstərilən yardım artırılıb.
Mühafizəkarlar Partiyasının veteranları iqtisadiyyatı Britaniyadan qat-qat sürətlə inkişaf edən və Britaniyanınkılardan daha təkmil təyyarədaşıyan kreyserləri olan ölkəyə yardım göstərilməsini gülünc və qeyri-məqbul hesab edirlər.
«The Daily Telegraph» yazır ki, Rusiyaya yardımlar keçmiş hökümət – yəni Leyborist hökuməti tərəfindən göstərilib.
Qəzet bu yardımlardan bəzilərinə nəzər salıb.
David Cameron
David Cameron
Ən böyük təşəbbüs - «Rusiya: İctimai İslahat» layihəsinə əsasən Britaniya büdcəsindən Rusiyanın dörd nazirliyinə, federal anti-monopoliya xidmətinə milyonlarla funt sterlinq pul verilib.
Layihənin çoxsaylı məqsədlərindən biri də «şəxsi sektorda rəqabətin və biznes mühitinin yaxşılaşdırlması» olub.
Başqa bir layihədə isə deyilir ki, «Rusiyanın federal orqanlarına beynəlxalq təcrübə və standartlara uyğun menecment və büdcə tərtibi üzrə» təlim məşqləri keçirilib.
MOSKVA LONDONUN PULUNU ALIB, TÖVSİYƏLƏRİNİ YOX
2007-ci ildən başlayan yardım layihələrini 2011-ci ilin martında Britaniyanın yeni hökuməti dayandırıb.
Bu barədə tərtib olunmuş xüsusi hesabatda deyilir ki, Rusiya rəsmiləri Britaniyanın pul yardımlarını həvəslə alsalar da, Londonun tövsiyyələrindən heç birinə əməl etməyiblər.
Xəbər verilir ki, Londonun Moskvaya pul yardımları 2009-cu ildə, Britaniya iqtisadiyyatının ressessiyaya uğradığı ildə də davam edib.
Layihələrdən birinə müvafiq olaraq yardım proqramlarının təbliğatı üçün Rusiya alimlərinə və «vətəndaş cəmiyyəti təşkilatlarına» 280 min funt sterlinq verilib.
Mühafizəkarlar Partiyasından olan bir çox millət vəkilləri bu yardımları Britaniya vergi ödəyənin pullarının göyə sovrulması adlandırıblar.
XS
SM
MD
LG