Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:30

Bakıdakı tarixi bina bu həftə sürüşdürülür


Arxiv foto: Bakı
Arxiv foto: Bakı
-


Bu həftə - aprelin 17-də Bakıda Füzuli küçəsində yerləşən tarixi bina sürüşdürüləcək.

Binanın köçürülməsi təxminən 5 gün davam edəcək. Bu haqda AzadlıqRadiosuna iş icraçıları deyiblər. Binanın təqribən 10,6 metr kənara çəkiləcəyi gözlənir. Buna səbəb ərazidəki yolun genişləndirilməsidir.

Binanın uzunluğu 52 metr, eni 35 metr və hündürlüyü 20 metrdir. Onun çəkisi 18 min tondur.

Relokasiya əməliyyatını Niderlandın «Bresser Eurasia» şirkəti həyata keçirir.

APA-nın məlumatına görə, bununla bağlı keçirilən mətbuat konfransında «Bresser Eurasia» şirkətinin sədri Leon Sveeger bildirib ki, həmin tikili şirkətin indiyədək köçürdüyü ən böyük və ən ağır binadır:

«Bu dünya rekordu Azərbaycanda qeydə alınacaq və biz bununla fəxr edəcəyik».

«Bresser Eurasia» şirkətinin yaradıcısı Herman Bresser isə söyləyib ki, binaların köçürülməsi texnologiyasını «Bresser Eurasia» şirkəti özü yaradıb. Onun sözlərinə görə, şirkət 30 ildə Qərbi Avropada və digər ölkələrdə 35 binanın köçürülməsini həyata keçirib.

Bresser bildirib ki, binanın köçürülməsi üçün onun altında 210 ədəd hidravlik qaldırıcı qurğu quraşdırılıb. Bu qurğular vasitəsilə bina bir neçə millimetr qaldırılaraq lazım olan yerə çəkiləcək.

Fizuli küçəsindəki bina 1908-ci ildə tikilib. O Bakı milyonçuları olan Hacınski qardaşlarına məxsus olub.
XS
SM
MD
LG