Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:20

XİN rəsmisi Avigdor Lieberman-la görüşüb


Aprelin 22-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsrailə səfəri çərçivəsində ölkə Knessetinin Xarici Əlaqələr Komitəsinin sədri Avigdor Lieberman ilə görüşüb.

Azərbaycan XİN-nin yaydığı məlumatda deyilir ki, görüşdə iki ölkə arasındakı münasibətlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivləri, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi, Yaxın Şərqdə gedən proseslər müzakirə edilib.

Məlumatda deyilir ki, Elmar Məmmədyarov Azərbaycanın BMT TŞ-nın qeyri-daimi üzvü kimi Yaxın Şərqdə gedən prosesləri yaxından izlədiyini qeyd edib.

Avigdor Lieberman-ın Azərbaycanın stabil və sürətlə inkişaf edən ölkə olduğunu, bunun nəticəsində ölkənin beynəlxalq birliyin etibarlı tərəfdaşına çevrildiyini söylədiyi bildirilir.
İsrail rəsmisi həmçinin bir çox sahələrdə Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu söyləyib.

Görüşdə turizm və parlamentlərarası münasibətlərin perspektivlərinin müzakirə edildiyi deyilir.
XS
SM
MD
LG