Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:50

«Binə» aksiyasında həbs olunanların istintaqı yekunlaşır


«Binə»də keçirilmiş aksiya
«Binə»də keçirilmiş aksiya
-
Bu ilin yanvarında «Binə» Ticarət Mərkəzində keçirilmiş etiraz aksiyasına görə həbs olunmuş 10 nəfərin istintaqı yekunlaşır.
May ayında məhkəmənin keçiriləcəyi gözlənilir.
Bu haqda AzadlıqRadiosuna həmin işdə ittiham olunanlardan biri Vaqif İbrahimovun vəkili Nizami Abbasov məlumat verib.
Nizami Abbasov deyib ki, işdə zəruri əməliyyat istintaq tədbirləri keçirilib. İttiham olunanlardan 10 nəfərdən 8-in işindən ittiham olunduqları 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi götürülüb:

«Bu da işdə yumşalmadan xəbər verir. Onlar iqtisadi tələblərlə aksiya keçirmişdilər. Həbsdən buraxmasalar da bu işdə nisbətən yüngülləşmə var».
Bu il yanvarın 19-da «Binə» Ticarət Mərkəzində fəaliyyət göstərən bir qrup sahibkar icarə haqqının artırılmasına etiraz olaraq aksiya keçirmişdi.

Bakı-Astara magistral yolunun ticarət mərkəzinin yaxınlığından keçən hissəsini bağlamağa cəhd göstərmişdilər.

Aksiyada polislə qarşıdurma olmuşdu. 10 nəfər həbs olunmuşdu.
Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanmışdı. Saxlanılanlar haqqında 2 aylıq həbs-qəti imkan tədbiri seçilmişdi. Martın 15-də isə onların həbs müddəti daha 2 ay uzadılmışdı.
XS
SM
MD
LG