Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:03

Prorektor tələbədən aldığı 400 manatı əvvəl uddu, sonra qusdu... [VIDEO]


Lənkəran Dövlət Universitetinin prorektoru Qorxmaz Ağayevin rüşvət alarkən çəkildiyi iddia edilən videodan bir görüntü.
Lənkəran Dövlət Universitetinin prorektoru Qorxmaz Ağayevin rüşvət alarkən çəkildiyi iddia edilən videodan bir görüntü.
-

Ictimai Televiziyada yayılan kadrlara görə Lənkəran Dövlət Universitetinin prorektoru Qorxmaz Ağayev bir tələbədən aldığı 400 manat rüşvəti əməliyyatçıların onu yaxaladıqlarını görəndə udub. Sonra pulu pəncərədən çölə qussa da məsuliyyətdən yaxa qurtara bilməyib.

Telekanalın yaydığı məlumata görə hadisə aprelin 15-də baş verib. Universitetin tələbələrindən biri gözünün müalicəsi üçün prorektordan akademik məzuniyyət xahiş edib.

Kadrlarda prorektorun tələbəni müxtəlif bəhanələrlə günlərlə get-gələ saldığı əksini tapıb. Prorektor tələbədən bütün sənədləri qaydasında olarsa, əlavə 500 manat da rüşvət tələb edir. Sonra 400 manata razılaşırlar.

Prorektor həmin pulu alandan dərhal sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarını qarşısında görə prorektor aldığı pulu udur. Bir qədər sonra həmin pulu pəncərədən çölə qussa da əməliyyatçılar çöldə üzərində "rüşvət" sözü yazılmış 8 ədəd 50 manatlıq əskinazı prorektorun qarşısında sənədləşdirirlər.

Bu dramatik səhnələri aşağıdakı videoda izləyə bilərsiz.

Həbs olunan prorektor Qorxmaz Ağayev əmlakı müsadirə olunmaqla 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Hələlik onun yaxınları, ya da vəkillərinin bu ittihamlarla bağlı hər hansı fikirləri səslənməyib.
XS
SM
MD
LG