Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:39

"Məni aldadan Türkiyə səfirliyinin qoyduğu şərtlər oldu" (Peyğəmbərlə bağlı müsabiqə)


sağdan sola: İlham Abbasov, Ədalət Əsgəroğlu və Dayandur Sevgin
sağdan sola: İlham Abbasov, Ədalət Əsgəroğlu və Dayandur Sevgin
-

"Dönə-dönə adı vurğulanan o prokuror köməkçisi kimdir?"

"Mənim şeirin Vaqif Bayatlı Odərin şeirindən güclüdür".

"“Əhv”lə "səhv"i qafiyə tutan şairə mükafat düşməz"


Məhəmməd peyğəmbərlə bağlı şeir müsabiqəsi ədalətli keçdimi?

“Pen klub” proqramındakı debata müsabiqənin münsifi İlham Abbasov, müsabiqədən narazı qalan Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, şair Ədalət Əsgəroğlu, başqa narazı şair Dayandur Sevgin və qaliblərdən biri - Milli Elmlər Akademiyasının əməkdaşı, şair Şahin Fazil qatıldılar.


“MƏNİM ŞEİRİM VAQİF BAYATLI ODƏRİN DƏ. ŞAHİN FAZİLİN DƏ ŞEİRİNDƏN GÜCLÜDÜR”

Şahnaz Bəylərqızı:

- Ədalət bəy, narazılığınız konkret nəylə bağlıdır?

Ədalət Əsgəroğlu:

- Məhəmməd peyğəmbərin mövludu ilə bağlı müsabiqə keçirilməsi təqdirəlayiqdir. Mən bu sahədə bir balaca bilgiyə sahib olduğuma, irfan şeirləri yazdığıma görə Yazıçılar Birliyinin rəhbərlərindən biri dedi ki, sən bu müsabiqənin münsiflər heyətinin üzvü ol. Mən də imtina etdim, dedim ki, özüm müsabiqəyə şeir təqdim etmək istəyirəm. Bu şeir orda uğur qazanmayıb qazanmasın. Mənim narazılığım onda deyil ki, kimsə o mükafatı haqsız alıb. Münsiflərə də, mükafat alanlara da hörmətim var. Mən istəyirəm ki, bu standartlar müsabiqədə sınsın, sərbəstlik, demokratik əhval-ruhiyyə olsun. Eyni zamanda, münsiflər şeirə qiymət verəndə zövqlərinə görə qiymət verməsinlər, mütəxəssis kimi qiymətləndirsinlər. Yəni ilahiyyatçı öz şərhini yazmalıdır, tarixçi öz rəyini, dil baxımdan dilçi alim, fəlsəfi baxımdan filosof qiymətini verməlidir. Rəy veriləndən, bal qoyulandan sonra qiymətləndirmə getməlidir. Mənim narazılığım eyni standartlara cavab verən müsabiqənin keçirilməsi ilə bağlıdır. Mən buna təəssüflənirəm.

Dayandur Sevgin:

- Mən öz şeirimi qalib şeirlərlə müqayisə etmişəm və onun üstün olduğunu özüm çox gözəl görürəm. Amma münsiflər mənim şeirimi oxuyublar, ya oxumayıblar deyə bilmərəm. Mən münsiflərin kimliyini sonradan bildim. Məsələn, mən Səyyad Aranla Əjdər Olun ədalətsiz iş gördüklərinə inanmıram. Onlar tanıdığım adamlardır, yaxşı şeirə ədalətsiz qiymət verməzlər. Akademik Vasim Məmmədəliyev münsif kimi müsabiqədə iştirak etməyib. İştirak etsəydi, o da, yüz faiz bilirəm ki, ədalətli qiymət verərdi. Qalanları haqqında deyə bilmərəm, onlar mükafat alan şeirləri oxuyublarmı və yaxud əvvəldən seçiblər, onu da deyə bilmərəm. Amma bilirəm ki, qalib şeirlər mənim şeirimdən güclü deyil, eləcə də Ədalət Əsgəroğlunun şeirindən. Bunu həm tarixi, həm bədii baxımdan görürəm. Mənim şeirim istər bizim gözəl şairimiz Vaqif Bayatlı Odərin şeiri olsun, istərsə də Şahin Fazilin şeiri olsun, onlardan güclüdür, o birilərini isə oxumamışam. Şahin Faizli şəxsən tanıyıram, gözəl alimdir, gözəl şeirləri də var, amma bu şeiri birinci yerə layiq deyil. (ardı aşağıda)

Dayandur Sevgin
Dayandur Sevgin


İlham Abbasov:

- Klassik ədəbiyyatda Məhəmməd peyğəmbəri vəsf edən janr var – nət. Türkiyə səfirliyinin Dini İşlər Müşavirliyi belə bir müsabiqənin burda keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Yazıçılar Birliyi, Qafqaz Müsəlmanları İdarəsi, İslam Konfransı Gənclər Təşkilatı bu təşəbbüsə qoşuldular. Bunların iştirakı ilə münsiflər heyəti yarandı. AYB-nin mətbu orqanlarında müsabiqənin şərtləri elan olundu. Orda kim iştirak edə bilər - deyə şərt qoyulmadı, yəni peşəkarmı, həvəskarmı şair olmalıdır - deyə məhdudiyyət qoyulmamışdı. Yəni burda hər kəs iştirak edə bilərdi, bir şərtlə, müsabiqəyə verilən şeir heç yerdə çap olunmasın, bir də müəllifin kimliyi bilinməsin. Biz münsiflər məşvərət etdik ki, müasir Azərbaycan ədəbiyyatının nümayəndələri arasında əruzu ya qəsidəni, məsnəvini dərindən bilən tək-tük adam var. Biz bu şərti saxlasaydıq iştirakçıların sayı məhdudlaşacaqdı. Məzmun olduğu kimi qaldı, Məhəmməd peyğəmbərimizi vəsf etmək. Ancaq kim hansı vəzndə istəyir yazsın.

"SEÇİM İMZALAR BİLİNMƏDƏN EDİLİB"

Ş.Bəylərqızı:

- Münsiflər haqda deyilənlərə də aydınlıq gətirək...

- İndi deyirlər münsiflər heyətində kiməsə etibar edirlər, kiməsə yox. Vasim Məmmədəliyev səhhətinə görə səsvermədə iştirak edə bilmədi. Münsiflər arasında Teymur Kərimli var, klassik ədəbiyyatın ən nüfuzlu tədqiqatçılarındandır, sonra Qafqaz Müsəlmanları İdarəsini tarix elmləri doktoru, professor, şeyxin elmi işlər üzrə müşaviri Anar İsgəndərli təmsil edirdi, Əydər Ol müasir poeziyamızın görkəmli nümayəndələrindən biridir... Burda naşı adam yox idi. İki şərt vardı: poeziyanı və İslamı bilmək. Seçim iki mərhələdə aparılıb. Birinci mərhələdə “plyus”, “minus” şərtilə seşim aparılıb, yəni şeir ikinci mərhələyə buraxılsın ya yox. Müəllif bilinmir, qapalı zərfdən ancaq şeirlər çıxarılıb.

Ə.Əsgəroğlu:

- Bu söhbətləri mən bilirəm. Bu müsabiqədə iştirak edənlər, narazı olan da, olmayan da bu söhbətlərin necə getdiyini bilir, qardaşım. Söhbət ondan gedir ki, orda Məhəmməd peyğəmbər obrazını gətirib fanatikcəsinə mistika ilə, dini əfsanələrlə, lətifələrlə bağlamaq, nətlə bağlamaq, yəni hay-küy, bizim peyğmbərimiz dağın arxasına getdi, özündən getdi... Mən bunları demək istəmirəm...

İ.Abbasov:

- Ədalət, mütəxəssis seçimindən danışırsan. Mən mütəxəssisəm, şeir yazmıram, amma şerin yazılma qayda-qanununu Azərbaycanda beş yaxşı bilən adamdan biriyəm. Biz münsiflər növbəti turda yenə müəllifi tanımadan 52 şeir arasında seçim apardıq. Şeirləri on ballıq sistemlə qiymətləndirdik. Dayandur dönə-dönə dedi ki, bilmirəm mənim şeirimi oxuyublarmı. Hər kəs bütün şeirləri oxuyub. Qiymətlər verilib. Nəhayət yekun iclasda təşkilatçıların iştirakı ilə müəlliflərin kimliyi bilinmədən səslər toplanıb. Zərflər açılandan sonra bilindi ki, qaliblər 75 və 74 bal toplayan Vaqif Bayatlı və Şahin Fazildir.

“VAQİF BAYATLI ŞEİR GÖNDƏRMİŞDİMİ?"

Ə.Əsgəroğlu:

- Vaqif Bayatlı şeir göndərmişdi, eləmi?

İ.Abbasov:

- Mən nə Vaqif Bayatlının kuryeri deyiləm, nə də Türkiyə səfirliyinin. Mənə şeir verilib, mən də oxumuşam.

Ş.Bəylərqızı:

- Gəlin görək Ədalət Əsgəroğlu “Vaqif Bayatlı müsabiqəyə şeir göndərmişdimi” deyəndə nəyi nəzərdə tuturdu? (ardı aşağıda)

Proqramın aparıcısı Şahnaz Bəylərqızı
Proqramın aparıcısı Şahnaz Bəylərqızı


İ.Abbasov:

- Demək istəyir ki, şeir göndərməyib.

Ş.Bəylərqızı:

- O zaman şeir müsabiqəyə necə gedib?

Ə.Əsgəroğlu:

- Mən onu demək istəmirəm ki, Vaqif şeir göndərmişdi, ya yox. Kitabdan da götürülüb qoyula bilərdi... Mənim bura gəlməkdə məqsədim başqadır. Mənə lazımdır ki, hər bir şeirə ilahiyyatçının verdiyi rəy varmı? Anar İsgəndərli tarixçi kimi şeirə qiymət veribmi, şeir tarixi gerçəyi əks etdirirmi?

İ.Abbasov:

- Tarixi əks etdirməyənə “minus” qoyulub.

Ə.Əsgəroğlu:

- Hər bir şeirə şərh yazılmalıydı ki, bu, Azərbaycan dilinə xələl gətirir, pinti dildir və ya çox gözəldir. Eləcə də tarixilik baxımdan...

İ.Abbasov:

- Ədalət, bu harda görünüb? Onda sən öz müsabiqəni keçir. Heç kimlə də hesablaşma.

Ə.Əsgəroğlu:

- Keçirmirəm də, hesablaşmıram da. Mən burda səmimi söhbət edirəm. İctimaiyyət mənim səmimiliyimə inanır inansın, mən demək istəyirəm ki, mən Məhəmməd peyğəmbərin mövlud günüylə bağlı müsabiqənin belə keçirilməsini istəmirdim. Məni aldadan Türkiyə səfirliyinin qoyduğu şərtlər oldu.

Ş.Bəylərqızı:

- O şərtlərin hansı pozuldu?

Ə.Əsgəroğlu:

- Burda nət olmadı, Məhəmməd peyğəmbərin mövluduna həsr olunmuş şeirdən söhbət gedirdi. Ona görə də ortaya mütəxəssis rəyi qoyulmalıdır və onlar müzakirə edilməlidir. Müsabiqədə şeirlərə zövqə görə qiymət veriblər.

İ.Abbasov:

- Zövqsüz iş var bu poeziyada? Bəs sən nəyə əsaslanıb deyirsən ki, mənim şeirim güclüdür? Zövqsüz deyirsən? Analiz edib dedin?

Ə.Əsgəroğlu:

- Səhv edirsiz. Mən elə söz demədim. Mən şeiri ictimaiyyətin müzakirəsinə buraxdım. (ardı aşağıda)

Ədalət Əsgəroğlu
Ədalət Əsgəroğlu


İ.Abbasov:

- Tələbkarlıq yüksək səviyyədə olub. 10 ballıq sistemdə 8,4-dən yüksək bal toplayan olmayıb. Heç kimə güzəşt edilməyib. Hətta iki adamın üzgörənliyi ümumi rəqəmə təsir edə bilməzdi.

“NƏ OLDU PROKURORUN KÖMƏKÇİSİ İKİNCİ YERİ TUTDU?”

Ə.Əsgəroğlu:

- Mən ədəbi mühitdəyəm, ədəbi zövqüm də var, irfan şeirlərindən də başım çıxır. Görün nə deyirəm. Bu sahəni bilməyən bugünkü mühitdə şeir yazsın, onun səsi də hər tərəfə yayılsın, bu, möcüzə ola bilər. Nə oldu prokurorun köməkçisi ikinci yeri tutdu?

İ.Abbasov:

- Heç kimin koduna prokuror köməkçisi yazılmamışdı.

“MÜNSİF TEYMUR KƏRİMLİNİN İKİ ADAMI MÜKAFAT ALIB. BİRİ ŞAHİN FAZİLDİR. BİRİ DƏ..”

D.Sevgin:

- lham müəllim, mən sizi 1985-ci ildən tanıyıram. Siz Məmməd İsmayılın yanında Gənclər Ədəbi Birliyinin rəhbərlərindən biriydiniz. O vaxt təriflədiyin şairlərdən biri ədəbiyyatda hanı bu gün? Məni gözümçıxdıya saldın, dedin ki, bu şeir Hüseyn Arifdən gəlmədir. Məmməd İsmayıl da dedi ki, Allahınız olsun. Bu uşaqları burdan qaçırmayın. Hanı təriflədiyin şairlər?

İ.Abbasov:

- Bizim tərifimizlə şair olmur. Mənim təriflədiyim şairlər Əjdər Ol, Sabir Sarvan, Məmməd İlqar burdadır, Akif Səməd haqq dünyasındadır.

D.Sevgin:

- Hamısı getdi öz işinə. Hamısı bizneslə məşğuldur. Deməli, bu dəfəki müsabiqədə mükafatı Teymur Kərimlinin iki adamı alıb. Biri Şahin Fazildir, biri də Ələmdar Mahir. Biriylə gündə televiziyadadır, biriylə də Elmlər Akademiyasında bir yerdə oturur. Bəlkə yalan deyirəm?

İ.Abbasov:

- Düz deyirsən. Çünki hər kəs öz arşını ilə ölçür.

D.Sevgin:

- Mən özümə söz vermişdim ki, bundan sonra şeir, ədəbiyyat müsabiqələrində iştirak etməyəcəm. Çünki görürəm də, münsiflər mükafatı ancaq öz adamlarına verirlər. Bu müsabiqədə Məhəmməd peyğəmbərin adı var idi deyə iştirak etdim.

İ.Abbasov:

- Sən öz arşınınla ölçürsən hər şeyi. Sən olsan o cür edərdin. Şeirində “göndərən Allah oldu hər duası, zikiri...” yazmısan. Azərbaycan dilində “zikiri” sözü yoxdur. Ya da yazırsan: “Yolun azdı bir insan əgər ki, səhv eylədi, ona düz yol göstərib, səhvini əhv eylədi, tək ALLAHA sığınıb bütləri məhv eylədi...” “Səhv” və “məhv” sözü qafiyə verir deyə əfv sözünü “əhv” yazıb. “Əhv” sözü yoxdur bizim dildə.

D.Sevgin:

- Mən belə yazmışam.

“ƏHV”LƏ “SƏHV”İ QAFİYƏ TUTAN ŞAİRƏ MÜKAFAT DÜŞMƏZ”

İ.Abbasov:

- Bu cür yazmaq şeirin əlifbasını bilməməkdir. Mən münsif olaraq bu bənddən sonrasını oxumamalıydım. Ədalət Əsgəroğlu deyir ki, müsabiqəylə bağlı qaydaları mətbuata o göndərib. İmzalar kodla qoyulmalıydı, amma o şeirdə imzasını gizlətməyib, Əsgəroğlu yazmışdı. Mən bunu tutdum və onun şeiri dərhal müsabiqədən çıxarılmalı idim. Amma mən bunu etmədim. “Əhv”lə “səhv”i qafiyə tutan şairə mükafat düşməz.

D.Sevgin:

- Sən gənclərin kələyini kəsən birisən. Sənin ədəbiyyatda indiyədək nə yazdığın, nə
"Məhəmməd" sözü ərəb əlifbasında
"Məhəmməd" sözü ərəb əlifbasında
lduğun bilinməyib. Mən səni nə şeirşünaz, nə ədəbiyyatşünas kimi tanımışam. Sən ancaq istedadların nəfəsini kəsməklə məşğulsan.

İ.Abbasov:

- Sənin kimi istedadlıların.

D.Sevgin:

- Bəli. O sözlər yazılışda qafiyə olmasa da, deyilişdə qafiyədir.

İ.Abbasov:

- Amma sən yazdığın yazılı ədəbiyyatdır.

“ALLAHA AND OLSUN Kİ, MƏN HEÇ BİLMİRDİM..."

Ş.Bəylərqızı:

- Müsabiqənin qaliblərindən Şahin Fazil telefondadır. Şahin bəy, studiyada ittiham səsləndi ki, siz münsiflərdən Teymur Kərimlinin iş yoldaşısız, yaxınısız və buna görə də sizə birinci yeri veriblər.

Şahin Fazil:

- Allaha and olsun ki, mən heç bilmirdim Teymur Kərimli münsiflər heyətinin üzvü olub. Mənim üçün önəmli olan münsiflərin kimliyi deyildi, önəmli olan peyğəmbərlə söhbətiydi. Nət 800 ildir yaranıb və bu günədək əruz vəznində yazılıb. Mənim o Ədalət Əsgəroğluna da, Dayandura da böyük hörmətim var, hər ikisi gözəl şairlərdir. Dayandur, özün bilirsən də, mən sənə necə hörmət edirəm. Ancaq nət, yenə deyirəm, əruz vəznində yazılmalıdır.

Ş.Bəylərqızı:

- Amma müsabiqədə vəznlə bağlı məhdudiyyət qoyulmayıb. Yeri gəlmişkən, qaliblərdən biri Vaqif Bayatlı da əruz vəznində yazmayıb şeirlərini.

İ.Abbasov:

- Bizim demokratik yanaşmamızın göstəricisi odur ki, qaliblərin biri bizim modern şeirin, o biri klassik ənənənin nümayəndəsidir. Sadəcə, imkan genişliyi yaratmışıq.

Ş.Fazil:

- lham müəllimə böyük hörmətim var. Mənim, vallah-billah, münsiflərin kim olmasından xəbərim olmayıb, “Quran”a da əl basaram. 13 səhifəlik nət yazmışam, tale elə gətirdi, mənim nətim qiymət aldı. Amma mən bilmirəm modernist şair modern şeirlə peyğəmbərlə necə danışa bilər?... Mən çox sevinərdim Ədalət Əsgəroğlu, ya da Dayandur mükafat alaydılar.

D.Sevgin:

- Mən də sizin xətrinizi çox istəyirəm. Mənim sözüm də xətrinizə dəyməməlidir. Çünki mən də ədalət axtarıram.

“MÜKAFAT ALAN ŞEİRLƏRDƏN BİR NEÇƏSİ ÇAP OLUNMUŞDU”

Ə.Əsgəroğlu:

- Mən mükafata görə qeyzlənmirəm də. Çalışaram bundan sonra daha yaxşı, ancaq əruzda yazaram, Amma mükafat alan şeirlərdən bir neçəsi çap olunmuşdu.

İ.Abbasov:

- Hansılardır?

Ə.Əsgəroğlu:

- Mən demirəm.

İ.Abbasov:

- Sizin əlinizdə bu haqda fakt varsa məhkəməyə müraciət edin. Prokuror köməkçisini də, iş yoldaşını da, hamısını məhkəməyə verin...

Ş.Bəylərqızı:

- Dönə-dönə vurğulanan o prokuror köməkçisi kimdir?

Ə.Əsgəroğlu:

- Mən ad çəkməyəcəm.

Ş.Bəylərqızı:

- İkinci yeri tutan iki nəfərdir: Cabir Savalan və Dursun Çalışqan. Hansıdır?

D.Sevgin:

- Cabir Savalan layiqli adamdır və irfan şairidir. Mən onu tanıyıram.

İ.Abbasov:

- Mən heç birini tanımıram.


DEBATI TAM İZLƏ
XS
SM
MD
LG