Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:51

İnternetdə qarayaxma: Ya qanunla cəza, ya da özünütənzimləmə [Video]


İnternetdə qarayaxmanın qarşısnı necə almalı?
Gözlə

No media source currently available

0:00 0:01:49 0:00

İnternetdə qarayaxmanın qarşısnı necə almalı?

-
«Eşitmişəm ki, bu yaxınlarda internetlə bağlı müəyyən qanunlar qəbul etmək, şərtləri sərtləşdirmək istəyirlər. Məncə, tam tərsinə, adamlara qadağa qoymadan və onları tam sərbəst buraxmaqla özünütənzimləməni önə çəkmək lazımdır. Bir müddət sonra insanlar təhqirdən əl çəkəcək. Məncə, insanları sərbəst buraxmaq daha yaxşıdır».

23 yaşlı Elvin Əkbərli internetdə yayılan məlumatlara görə qanunların sərtləşəcəyindən rahatsızdır. Deyir ki, bu, ifadə azadlığının qarşısını ala bilər.

1000 MANATADƏK CƏRİMƏ, 6 AYADƏK HƏBS

Foto: Arxiv
Foto: Arxiv
Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulan əməllərə görə cəzalar internetdə yayılan xəbərlərə də tətbiq olunacaq. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi bununla bağlı layihəni müzakirə edib. Böhtana görə 100 manatdan 500 manatadək cərimə, 240 saatadək müddətə ictimai iş, 1 ilədək müddətə islah işi və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Ağır hallarda 2 ilədək islah işləri və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Təhqirə görə də bənzər cərimə və cəzalar tətbiq olunacaq.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsi layihəni parlamentin plenar iclasına tövsiyə edib.

«BU, İNTERNET İSTİFADƏÇİLƏRİNİ QORXUTMAQ ÜÇÜNDÜR»

Media hüququ bilicisi Ələsgər Məmmədli Azərbaycanda 2010-cu ildən sonra böhtana və təhqirlə bağlı moratoriumun olduğuna diqqət çəkir. Bu o deməkdir ki, məhkəmələr şəxsin həbsinə dair hökm vermir. Azərbaycan hökuməti diffamasiya – qarayaxma haqqında qanunun qəbulu prosesinə başlamağa öhdəlik də götürüb:

Ələsgər Məmmədli
Ələsgər Məmmədli
«Diffamasiyanın dekriminallaşması – cinayət sayılmaması gözlənilərkən, təzədən böhtanı-təhqiri qüvvədə saxlamaq, KİV haqqında qanunun müddəalarına baxmadan interneti də buraya əlavə etmək hökumətin bəyanatlarıyla, ən azından açıqlamalarıyla ziddiyyət yaradır. Axı bir tərəfdən hökumət deyir ki, mən onsuz da adamları həbs etmirəm, artıq bu maddəyə monitorinq qoymuşam, 3 ildir dayandırmışam. O biri tərəfdən təzədən bu maddənin sanksiyalarını gücləndirir və ya buraya yeni anlayışlar gətirir. İkinci bir problem də odur ki, bu gün mövcud qanunvericiliyimiz görə, internet onsuz da kütləvi informasiya vasitəsi sayılır. Əslində burada bir az da psixoloji basqı var ki, internet istifadəçiləri qorxsun və bilsinlər ki, həbs olunma ehtimalları var».

«QANUNVERİCİLİKDƏ TAM DƏQİQLƏŞDİRİLMƏYİB»

Dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisə baş prokuror Zakir Qaralovun imzası ilə daxil olub.
Baş Prokurorluq
Baş Prokurorluq

Mayın 1-də təklifi irəli sürən Baş Prokurorluq məsələni əsaslandırmağa çalışıb. Prokurorluğun hüquqi təminat və informasiya idarəsinin hazırlayıb açıqladığı əsaslandırmada bildirilir ki, Cinayət Məcəlləsinin «Böhtan» və «Təhqir» maddələrində nəzərdə tutulan əməllər informasiyanın daha çox yayıldığı, informasiya təminatının böyük hissəsinin həyata keçirildiyi internet informasiya resursunda nümayiş etdirildiyi halda cinayət məsuliyyəti doğurub-doğurmaması qanunvericilikdə tam dəqiqləşdirilməyib:

«Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsin böhtan və ya təhqirə məruz qalmasının cinayət məsuliyyəti yaradan hal kimi aydın göstərilməsi, onun azadlığı və ləyaqətinin qorunması, bu hüquq pozuntularının qarşısının alınmasının təmin edilməsi məqsədi daşıyır».

Bildirilir ki, qanun layihəsi hazırlanarkən xarici ölkələrin, o cümlədən bir çox Avropa ölkəsinin qanunvericilik təcrübəsi təhlil edilib və təklif Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarına uyğundur.

Ələsgər Məmmədlinin fikrincə, bu əsaslandırmada deyildiyi kimi boşluqlar yoxdur:

«Bu, bir az stadiona oynamaqdır. Fikirləşin ki, futbolçular stadionda futbol oynayır və qarşı qapıya top vurulmalıdır. Bəziləri də şou göstərir. Bu da onun kimi bir şeydir».
XS
SM
MD
LG