Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:41

İsa Qəmbərlə Əli Kərimli həbsdəki gəncin məktubuna cavab verdi


Həbs edilən gəncin məktubunu siyasi liderlər belə cavabladı
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00

Həbs edilən gəncin məktubunu siyasi liderlər belə cavabladı

-
«Biz bir yerdəyik. Amma bizim birlikdə olmamız da kifayət deyil, daha böyük birlik olmalıdır».

Bunu AXCP sədri Əli Kərimli gənc fəal İlkin Rüstəmzadənin müxalifətin birləşməsi ilə bağlı ona və Müsavat başqanı İsa Qəmbərə ünvanladığı müraciətə cavab olaraq deyib:

«Biz İlkin bəyin xahişi olsa da, olmasa da millətimizin bu sifarişini artıq almışıq. Gerçəkdən də bu gün hamının bir araya gəlməsinin alternativi yoxdur. Bir araya gəlib hökuməti güzəştlərə məcbur etməsək, bu o deməkdir ki, indiki zülmün davamına səssizcə razılaşmış olacağıq».

Müsavat başqanı İsa Qəmbər də AXCP ilə bir yerdə olduqlarını deyib və buna 2005-2010-cu il seçkilərinə eyni blokda getməklərini misal çəkib:

«2008-ci il prezident seçkilərinə eyni münasibət bildirmişik. 2010-cu ilin sonundan bu günə qədər 3 ildir eyni təşkilatda - İctimai Palatada fəaliyyət göstəririk. İndi də Milli Şuranın yaranması yönündə fəaliyyət göstəririk. Yəni, bu qədər birlik faktları ortada ola-ola, bizi birliyə çağırmaq o qədər də önəmli deyil. Önəmli olan İlkin kimi gənclərin fədakarlığını davam etdirməsidir».

Mayın 17-də 2 aylıq həbs edilən İlkin Rüstəmzadə məhkəmə zalından müxalifətə məktub ünvanlayıb. O, Əli Kərimli ilə İsa Qəmbəri aralarında fikir ayrılıqlarını kənara qoyub birləşməyə çağırıb:

«…İsa bəy, Əli bəy, nə olar birləşin. Bu həyatının ən enerjili dövründən bir neçə ilini həbsdə günahsız olaraq yatacaq bir gəncin sizdən xahişidir. Seçkiyə tam, vahid, güclü halda gedib, bu rejimdən qurtarın bizi!».

Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə barəsində Nəsimi rayon Məhkəməsi 2 aylıq həbs qətimkan tədbiri seçib. O, Youtube-da yerləşdirilən «Hаrlem Shake» videosunu hazırlamaqda təqsirləndirilir.
XS
SM
MD
LG