Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:19

Xaricdə Təhsil Dövlət Proqramına sənəd qəbulu başlayır


Təhsil nazirliyi
Təhsil nazirliyi
-

2013-2014-cü tədris ili üzrə Xaricdə Təhsil Dövlət Proqramına sənəd qəbulu başlanıb.

Sənədlər mayın 22-dən avqustun 15-nə kimi davam edəcək. Proqramda orta və ali məktəbdə yüksək nəticələr göstərənlər iştirak edə bilərlər. Qəbulda iştirak etmək istəyənlər üçün bu sənədlər tələb olunur.

Seçimlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın 15.05.2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunan universitetlərə qəbul olunanlara üstünlük veriləcək.

Müraciət edənlər seçim zamanı ixtisas seçimində də diqqətli olmalıdır. Seçimləri Xaricdə Təhsil Dövlət Proqramının elan etdiyi prioritet ixtisas istiqamətlərinə uyğun olmalıdır.

Müraciətlərin qəbulu 15 avqustda başa çatacaq.

Azərbaycanda Xaricdə Təhsil Dövlət Proqramı 2007-ci ildən icra olunur. 2015-ci ilədək sürəcək proqramın 5 min nəfərə şamil edilməsi nəzərdə tutulur. Bu o deməkdir ki, qarşıdakı 2 ildə azı 3 min tələbə bu proqramdan yararlanmalıdır, çünki ötən 6 ildə həmin proqramdan 1200-dən çox adam bəhrələnib. Onlardan 514 nəfəri bakalavr, 457 nəfər magistr, 93 nəfər aspirantura, 143 nəfər rezidentura pilləsi üzrə təhsil alırlar. Proqramın icrasına 20 milyondan çox vəsait xərclənib.
XS
SM
MD
LG